ANA SƏHİFƏ / YAZARLAR

İSLAM FAŞİZMİ

(Bəşəriyyəti bu bəladan yalnız Allah xilas edə bilər)

18080    |   2006-08-30 04:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəli, artıq bütün dünya İslam faşizminin əlində ələk-vələk olub. Srağagün də London dəymişdi bir-birinə, ABŞ-da da vəziyyət yaxşı deyildi. Və ABŞ-ın prezidenti Corc Buş da İslam faşizmindən bərk gileyləndi. Və dedi ki, bunun kökünü kəsmək lazımdı.
   
   İslam faşizmi ilk dəfə özünü 1945-ci il avqustun 6-da göstərdi. İslam faşistləri həmin gün hətta Allahı da insanları yaratdığına peşman elədi, bəşəriyyətə və insanlığa dəhşətli bir zərbə vurdu. İranın Həmədan şəhərində məşhur fiziklər Əhməd Müştərinin və Süleyman İbrahiminin hazırladıqları atom bombasını təyyarəçilər - Cəfər Həmədani və Məhəmməd İsfahani Yaponiyanın Xirosima şəhərinə atdılar. Bir neçə saniyənin içində 130 min yapon yanıb külə döndü. Yüz minlərlə insan şikəst oldu. Böyük bir şəhərdə daş daş üstə qalmadı. Bundan vəcdə gələn İslam faşistləri avqustun 9-da həmin atom bombalarından birini də Naqasakiyə atdılar. Yenə də yüz minlərlə insan həlak oldu, yandı, şikəst oldu, zülm ərşə dirəndi və sair və ilaxır. Bəli, İslam faşizminin bünövrəsi belə qoyulub.
   
   1950-ci illərin əvvəllərində İslam faşistləri İsrailə soxuldular, İsrail torpaqlarını zəbt elədilər, dinc əhalini qırdılar, Təl-Əvivi darmadağın dağıtdılar. Və demək olar ki, 1967-ci ildə İsraili tamamilə əllərinə keçirdilər. Düzdür, sonradan bir balaca onlara muxtariyyət verilsə də, bu günə kimi həmin muxtariyyətin torpaqlarına girirlər, dinc yəhudi ailəsini ən müasir silahlarla qırırlar, hətta kimyəvi silahlar da işlədirlər. Və çox təəssüf ki, bütün dünya yəhudi xalqının ahu-zarına biganədir, göz yumur. Birləşmiş Millətlər Təşkilatı və bu təşkilatın Baş katibi Kofi Annan da İslam faşizminin qarşısında acizdir. Çünki dünyanın böyük İslam dövlətləri, o dövlətlər ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvləridir, hamısı İslam dövlətidir və hamısının atom bombası var və hamısı da durublar İslam faşistlərinin arxasında. Xüsusilə də Həbəşistan, bütün nüvə başlıqlı raketlərini tuşlayıb Vaşinqtona və Nyu-Yorka ki, əgər bir balaca İsrailə dayaq dursanız düyməni basacam. Həbəşistan kralı Neçənci Hüseynsə Təhlükəsizlik Şurasının iclasında qətiyyətlə bildirib ki, əgər kimsə Təl-Əvivə ikicə maşın şirniquş belə göndərsə, həmin ölkə üçün nəinki atom bombasından, hətta fil nəcisindən istifadə edəcəyik. Fil nəcisi də çox ağırdı, təhlükəlidi və çox da pis iyi var, ona görə də Corc Buş qaçıb gedib girib bunkerə.
   
   İslam faşistləri onların qarşısını kəsə biləcək qüvvə olmadığını görüb gündən-günə həyasızlaşırlar. Dörd il bundan qabaq İslam faşistləri Texasda demokratiyanı bərqərar eləmək və insan hüquqlarını qorumaq üçün İslam Təşkilatı ölklərindən də külli miqdarda hərbi kömək alaraq Amerikanın bu ştatına qoşun çıxartdılar. Əslində isə İslam faşistlərini Texasda nə demokratiya maraqlandırırdı, nə də yazıq meksikalıların hüquqları. Bu bir şirma idi. Bütün işğalçılar sülh və demokratiya adı altında öz planlarını bu cür həyata keçirirlər. Necə ki azərbaycanlılar Yerevanı işğal eləyib orda demokratik ölkə qurmaq istəyirlər. Və yaxud türklər Yunan Kiprini bütün dünyadan təcrid ediblər və yazıq yunanların insan kimi yaşamaq haqqını tanımırlar. Bəli, artıq dörd ildir ki, İslam faşistləri Texası işğal altında saxlayır. Düzdür, orda futbol komandası-zad yaradıb, amma bütün bunların hamısı işğalçılıq siyasətlərinə don geyindirməkdən başqa bir şey deyil.
   
   Bununla doymayan İslam faşistləri iki il bundan əvvəl İsa peyğəmbərin doğum günü, Xristian dünyasının bayram günü Fransaya girdilər, fransız xalqının bayramını qara bayrama çevirdilər, ölkənin prezidenti Jak Şirakı da tutub qoydular türməyə və fransız xalqına demokratiya apardılar, insan hüquqları bağışladılar. İndi hər gün Parisin küçələrində, Strasburqun küçələrində, Lionun küçələrində, Marseldə dəhşətli terror aktları həyata keçirirlər və dinc fransız əhlini qırıb-qurtarırlar. Hətta Nant şəhərində bir toyu bombaladılar ki, burda xristian terrorçuları var. Və bütün dünya da buna göz yumur. Səbəb məlum, BMT-nin Təhlükəsizlik Şurasının bütün üzvləri İslam dövlətləridir və onlar İslam faşistlərini müdafiə edirlər. Həbəşistanın kralı Neçənci Hüseyn düz 47 vaqon fil nəcisi hazır saxlayıb ki, hansı xristian dövləti ... - baş eləsə, təpəsinə töksün. Bayaq qeyd elədiyimiz kimi, fil nəcisinin də çox pis qoxusu var və həm də çox təhlükəlidir.
   
   Bəli, iki ildən artıqdır ki, fransız xalqı İraq ərəblərinin işğalçılıq siyasətinin qurbanı olub. Minlərlə fransızı Quantuman həbsxanasına yığıb başlarına olmazın oyunlarını açırlar.
   
   Hazırda İslam faşistləri yenidən İsraildə qırğın törədirlər, Təl-Əvivi yer üzündən silmək istəyirlər. Əslində İsrail bir bəhanədir, İsraildən atom bombası düzəltmək istəyən İngiltərəyə çıxmaq istəyirlər. Bu isə yolverilməzdir. Atom bombası yalnız və yalnız müsəlmanların əlində ola bilər. Çünki Allah müsəlmanları daha çox istədiyindən bu bombanı onlara hədiyyə edib. Dəfələrlə İngiltərə və başqa dünya dövlətlərinin təzyiq etməsinə baxmayaraq, Toni Bleyer fikrindən dönmək istəmir və İngiltərənin mütləq atom bombası əldə edəcəyini vurğulayır. BMT-nin Təhlükəsizlik Şurası da Toni Bleyeri nə qədər sıxsa da, xeyiri yoxdu. Baş nazir fikrindən dönmək istəmir. Ona görə də İslam faşistləri bu ölkəni məhv eləmək qərarına gəlib. Yazıq ingilis xalqı əlacsız bir vəziyyətdədi. Srağagün London aeroportlarında baş verən hadisələr də buna sübutdur.
   
   Artıq Amerikanın bir tərəfini, Fransanı bütövlükdə işğal eləmiş İslam faşistləri İngiltərəni də vot-vot məhv etməkdədilər. Qalır Almaniya. Almaniyaya isə başqa cür təzyiq göstərirlər. PKK-nı silahlandırıb salıblar Almaniyanın üstünə. Gündə terror, günahsız insanlar qırılır və sair və ilaxır. O gün Almaniyanın federal kansleri bir balaca tripaçlıq elədi, İslam dövlətlərinə, xüsusilə də İslam dövlətlərinin lideri Həbəşistana dedi ki, siz niyə İsrailə girirsiniz ki, guya terrorçularla mübarizə aparırsınız, mən də PKK-nın özəyi olan İraqa girəcəm. Amma Həbəşistanın kralı Neçənci Hüseyn necə gözünü ağartdısa Almaniyanın federal kansleri soxdu yerinə. Çünki almanlar da fil nəcisindən bərk qorxurlar.
   
   Keçmişdə bir Sovet hökuməti vardı, müsəlmanların Allahı təpəsinə bir daş saldı, İslam faşistləri heç olmasa bu hökumətdən bir az çəkinirdilər. İndi bu hökumət də yoxdu, İslam faşistləri ağıllarına nə gəlir onu da eləyirlər. Yuqoslaviyanı dağıtdılar, Qarabağda dinc erməni qulduru qalmadı, hamısını qırıb qurtardılar, Yunan Kiprini blokadada saxlayırlar, Fransada fransızları qoyun yerinə qoyurlar və sair və ilaxır.
   
   Bəli, dünya İslam faşizminin qabağında aciz qalıb.
   
   Yer üzünü İslam faşizmindən xilas etmək üçün yeni bir peyğəmbərə ehtiyac var.
   
   
   
   


İmza:Aqil ABBAS

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK