ANA SƏHİFƏ / YAZARLAR

Reportaj

Vüqar Abbasov, Niderland

16704    |   2018-09-04 16:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Salam, öz işlərini bir kənara qoyub, diasporun "oyunlarını", fəaliyyətini izləyən əziz oxucular. Salam, .... . Bir sözlə, salam, bütün oxucular. Hər birinizi AAK-ın (Avropa Azərbaycanlıları Konqresi) stadionundan salamlayıram. Kompüter və klaviaturalarımız AAK-ın stadionunda birləşdirilib. Klaviatura arxasında mənəm, Vüqar Abbasov.

Bugünkü reprotajın sizlər üçün maraqlı olacağına ümid edirəm. Hesab edirəm ki, meydandakı oyunçuların adları sizlərə tanışdır. Hazırda meydanın bir tərəfində Sahil (Qasımov) və onun komandasını, qarşı tərəfdə isə Füzuli (Məmmədov) və onun komandasını görürsünüz. Sahil Qasımovun kapitanı olduğu komanda qıpqırmızı geyimdə, Füzuli Məmmədovun kapitanı olduğu komanda isə gömgöy geyimdədir. Komandaların oynayacaqları meydan yamyaşıldır. Komandaların geyimlərinin rəngləri və meydanın yaşıl örtüyünün kombinasiyası bizə çox yaxın və doğma bayrağımızın rənglərini xatırladır, ancaq bu gün o barədə söhbət açmayacağıq. Ona görə ki, bu oyunda söhbət bayraqdan getmir.

Komandaların məşqçilərini meydanın kənarında görmək olmur. Deyəsən, onlar özlərini tamaşaçılara göstərmək istəmirlər. Ancaq təbii ki, hər iki komandanın məşqiçi heyəti haqqında müəyyən fikirlərimiz var. Görünür ki, komandalar oyuna çıxmazdan öncə məşqçilərindən lazım olan təlimatları alıblar. Məşqçilərlə bağlı məlumatları dəqiqləşdirməyə və növbəti reportajlarda sizlərə məlumat verməyə çalışacam.

Bəli, hər iki tərəf isinmə hərəkətləri etməkdədir və mən də bundan istifadə edərək sizlərə bir qədər məlumat verim. Qəribədir ki, meydanda hələlik top yoxdur və oyunçular isinmə hərəkətlərindən çox pıçapıçla məşğul kimi görsənirlər. Görünür "pıç-pıç" da bu oyunda vacib olan məqamlardandır. Komandalar öz kapitanlarına güvənirlər; Sahil Qasımovun komandası onun bu cür oyunlardakı təcrübəsinə, Füzuli Məmmədovun komandası isə onun DİPLOMATiyasına güvənir. Qeyd edək ki, indiki vaxtda təcrübə nə qədər önəmli olsa da, DİPLOMATiya da çox vacib məqamlardan hesab edilir. Yaxın günlərədək hər iki kapitan bir komandada oynayırmışlar kimi görsənirdilər. Qıpqırmızı geyimdə olan oyunçular bir-birlərini yaxşı tanıyırlar, onlar üçün bir-biri ilə paslaşmağın rahat olacağını düşünürəm. Gömgöy geyimdə olan komanda isə daha çox legionerlərdən ibarətdir.

Oyuna hakimlik edənin adı açıqlanmır, ancaq hakimin kimliyini təxmin etmək o qədər də çətin deyil. Vaxtilə bütün hakimlər briqadası qırmızı, daha doğrusu, qıpqırmızı geyinənlərin yanında idilər, hakimlər heyətində baş vermiş dəyişikliyə görə durum hazırda fərqlidir. Hələlik baş hakim öz mövqeyini bildirməyib, odur ki, hər iki tərəfin həyəcanlı olduğunu görmək olar. Oyunu dünyanın dörd bir tərəfindən olan soydaşlarımız, əsasən də Avropada fəaliyyət göstərən bir çox diaspor təşkilat rəhbərləri izləyir. Tamaşaçılar da indilikdə hansı komandanın tərəfini tutduqlarını açıq büruzə vermirlər. Hələlik eşidilən, mənim qulağıma çatan bir neçə səs olub ki, onların da səsi çox astadan eşidildi. Niderlandın Den Haaq şəhərindən İlhan Aşkın bir neçə dəfə "Füzuli, Füzuli" deyə səsləndi və sonra susdu. Yenə də bu ölkədən, Niderlandın Şimalından Elxan Mirhəşimlinin səsini eşitdim, ancaq kimin adını çəkdiyini elə də yaxşı anlaya bilmədim. Digərləri isə səssizcə oyunu izləməkdədirlər.

Budur, fit çalındı, oyuna başlamaq olar. Ancaq dayan, fit baş hakim tərəfindən verilmədi, səs tamamilə fərqli tərəfdən gəldi. Buna baxmayaraq oyun başlanıb və hakimlər deyəsən oyunu saxlamaq fikrində deyillər. Görünən odur ki, fit çalanın kimliyi hakimlərə o qədər də maraqlı deyil, yaxud da artıq bəllidir. Hakimlərin susması məndə belə bir təəssürat yaradır ki, oyunun nəticəsi onlar üçün qaneedici olmazsa, "oyunu başlamaq fitini biz vermədik, siz başqa fitə oynadınız" deyə oyunun nəticəsini etibarsız elan edə bilərlər.

Aha, budur ilk zərbə (mənim gördüyüm, ola bilsin ki, bundan qabaq da zərbə olub) Füzuli Məmmədovdan gəlir. Top (oxu: söz) sürətlə rəqib qapıya tərəf gedir. Sahil Qasımovun komandasından Elsevər Məmmədov (yarımmüdafiəçi) ayağını topun qarşısına qoyur (bu zərbəni gözləyirmiş kimi) və topun sürətini azaldır. Ancaq top qapıya tərəf getməkdədir. Füzuli Məmmədov zərbəni vurduğu yerdən topun hərəkətini seyr edir. Sahil Qasımov (onu meydanın (özlərinə tərəf) hər yerində görmək olur) topu qapı meydanında saxlayıb Vasif Muradlıya (onu da həm müdafiədə, həm də hücumda görmək mümkündür - AAK-ın Nəzarət Təftiş Komissiyasının sədridir) ötürür. O da topu qüvvətli zərbə ilə meydanın əks tərəfinə, düz Füzuli Məmmmədovun üstünə vurur. Belə başa düşdüm ki, qırmızılar topu qapıya deyil, Füzuli Məmmədovun üzünə vurmaq istəyirdilər. Aha, burda kimsə cənfəşanlıq edərək özünü topun qarşısına atmağa çalışır, ancaq Füzuli Məmmədov buna imkan vermir. O da bu zərbəyə hazır kimi görsənir və buna görə də topu sinəsi ilə saxlayır və komanda yoldaşlarına ötürür. Deyəsən göylərin kapitanı oyunçulara müəyyən göstərişlər verir və bəli, budur, bu da nəticə; göy geyimdə olanlar qarşı tərəfə ard-arda zərbələr vurmağa çalışırlar: bir zərbə, iki zərbə, üç zərbə, dörd zərbə və beləcə zərbələr davam edir. Qarşı tərəf də bu zərbələrin qarşısını almağa və vurulmuş topların bəzilərini geri vurmağa çalışır və vururlar da. Gördüyünüz kimi, qarşılıqlı zərbələr davam edir. Topun cəmi bir dəfə göylərin qapı tirinə dəydiyini nəzərə almasaq, oyun elə də maraqlı keçmir, hesab açılmır. Tərəflərin heç biri digər komandanın tərəfinə keçib hücum etməyə cəhd etmir (bəzən qarşı tərəfə, sanki kəşfiyyata gedirmişlər kimi, keçməkləri nəzərə almasaq), bütün toplar, ən yaxşı halda, mərkəz xəttin yaxınlığından vurulur. Füzuli Məmmədov oyunçularını nə qədər həvəsləndirməyə çalışsa da, onlar meydanın mərkəzindən o tərəfdə görsənmirlər. Hər iki tərəf meydanın mərkəzini cəmi bir neçə dəfə keçib. Elə bil ki, hər iki komandanın üzvləri qarşı tərəfə keçəcəkləri zaman rənglərinin dəyişəcəyindən ehtiyat edirlər.

Tərəflər oyunu maraqlı oynamağa çalışırlar, ancaq tamaşaçıların bir çoxunun yorulduğu, bezdiyi aşkar hiss olunur. Bəziləri meydandan çəkilərək "öz meydanına" yollanır. Bəziləri isə, məsələn, Kıbrıslı tamaşaçılardan biri haqlı olaraq bu oyundan bezdiyini açıq bəyan edir və görünən odur ki, belə gedərsə o da "öz meydanına" çəkiləcək.

Oyunda fasilə elan olunur. Tərəflər növbəti oyuna (zərbələrə) hazırlaşmaq üçün meydanı tərk edirlər və biz də reportajımızı burda saxlayırıq. Oyun boyu, hakimin fitinin səsini eşitmədik. Oyunun başından bəri hakimin bir əlinin cibində olduğunu görürdük. Hakimin cibindən ya fitini, ya sarı, ya da qırmızı kartı çıxaracağını gözləsək də, hakim çox hövsələ ilə oyunu izlədi; nə arxadan badalaq vurana, nə üzbəüz şillə vurana, nə topa başla (heç deyilsə) deyil, əllə toxunana, nə yıxılarkən əlini atıb rəqib oyunçunun şortikini çıxartmağa çalışana və s. fit çalmadı, kart göstərmədi. Anlaşılan odur ki, tərəflərdən birinə qırmızı kart göstərilməyənə qədər oyun, fasilələrlə olsa da, davam edəcək.

Bəli, reportajımızı burda saxlayıram. Ancaq sonda onu da qeyd etmək istəyirəm ki, oyun bir qədər daha uzansa və belə maraqsız getsə, meydanda nə oyunçu qalacaq, nə ehtiyat oyunçu, nə də meydana toplaşanlar.

P.S. Bu yazını son vaxtlarda AAK-da baş verənlərə mənim kiçik, yumoristik, zarafatyana bir yanaşmam kimi qəbul edilməsini və adları çəkilənlərin bu yazını bir dost zarafatı kimi dəyərləndirmələrini istəyərdim. Hələlik zarafatyana, sonrasına "oyunun" gedişatında baxarıq.




İmza:

YAZARIN ARXİVİ

2018-09-04 : Reportaj
2015-12-07 : Adsız yazı
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK