ANA SƏHİFƏ / YAZARLAR

Adamların içini görürəm, mənə UZİ həkimin adını qoyublar - Eminquey yazır

16301    |   2019-11-09 10:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ad həyatımızın ən vacib detalıdır. Ad insan doğulmamışdan qabaq doğulur və öz yiyəsini gözləyir. Bizim xalqın tarix yaddaşında da ada həmişə üstünlük verilib. Amma bizim məmləkətdə ada qeyri-ciddi yanaşan bir xeyli adam var. Ki, onlar doğulan övladlarına absurd adlar qoyurlar. "Dədə Qorqud” dastanında kişinin yetkinlik yaşına çatdığı vaxt igidlik göstərib ad almağı da eynilə kriminal aləmdəki ad alma prosesilə üst-üstə düşür.

Yaşadıqca adla bağlı bir çox detallarla tanış oldum.

Məsələn, İran kinosunun şah əsərlərini yaratmış Abbas Kiorastaminin daha yaxşı filmləri olduğu deyilə bilər. Ancaq "Yaxın plan” adlı filmin bütün atmosferi və gerçəkliyi onu bu dahinin filmoqrafiyasında xüsusi edir. Özünü məşhur rejissor Mohsen Makmalbaf kimi təqdim edən adamın hekayəsini anladan filmdə aktyor yoxdur, hər kəs özünü oynayır. Kino tarixinin ən möhtəşəm final səhnələrindən biri də bu filmdədir.

Bu film də bir insanın həm sənətə, həm də onun timsalında tanınmış rejissor Mohsen Makmalbafa aşiq olmağından, həm də məşhur bir addan istifadə edib bir ailəni aldatmağı da mənim üçün adın necə önəmli məhfum olduğunu sübut etdi.

Məsələn, Kemal Sunalın filmlərindən birində Şaban kabadayının adından istifadə edir türmədə. Halbuki o, qorxağın yekəsidir. Bir gün əsl kabadayı çıxır ortaya, gəlir polisin yanına, silahlarını qoyur ortaya, cinayətlərini etiraf edir. "Filankəs mənəm, o, mənim adımdan istifadə edir, illərdir mən bu adı qazanmaq üçün çalışmışam, mən buna dözə bilmərəm, tutun məni” deyir.

Məsələn, yazıçı kitab çap etdirir, ad üstündə xeyli düşünür. O qədər rastıma çıxıb ki, mənasız, diqqət çəkməyən adı görüb kitabı oxumaqdan imtina etmişəm. Axı birinci addır adamı özünə çəkən. Adın bir enerjisi olmalıdır da.

Yaxud da özünə ədəbi təxəllüs seçəndə. Diqqətli olmalısan. Ədəbi mühitimizdə o qədər mənasız və dəxlisiz imzalarla rast gəlirik ki. Adam imzanı görüb qaçır şeirlərindən, yazılarından.

Amma təəssüf ki, adın cəmiyyətdə necə iyrənc formaya salındığını da görürük. Məsələn, müasir dövrün dırnaq arası qəhrəmanları, aftoritetləri də təəssüfləndiyim qismə aiddir. Onlara hər gün sosial şəbəkələrdə rast gəlirik. Özlərinə bu cür adlar qoymaqla həm öz adlarını gizlədirlər, həm də guya ki, hansısa mesaj vermək istəyirlər.

Jizn fuflo ay brat, Supermen, Papanin Kasub Oglu, Paxotka Qaradskoy Jizn Varavskoy, Sladkiy Ərkəy, Zerbeli Kayfuet Balaşka Revnuet, Moya Jieni İsToRiYa, Kayfarik Kafyarik, Heyat Qomli Gozler Nemli, Bloknoy Cavan Oglan, Papaşanın Xuliqan Balası.

Hələ xanımları demirəm. Onlar da belə gic-gic, mənasız adlardan istifadə edirlər.

BandiTka AvarasHka Blatnoyka, Pullu Papanin Cholka’li Qizi, Ev qiziyam, Avarawka Balawka Stilni Devuçka, Polis Papanın Narkomanka Qızı, Ne Romantishka ZaTo Simpatishka, Vor Papanın Tuz Qızı, Banditka Narkusha Kavkazochka Kayfusha.

Ad çox önəmli detaldır.

Baxın, tarix boyu bu Mikayıl adı uğurlu olub. Mikayıl Müşfiq, Mikayıl Güləddinoğlu, Mikayıl Cabbarov, Mixeyl Saakaşvili, Mikelanjelo, Maykıl Cekson, Mayk Tayson, Mişel Platini və s.

Deməm o ki, "ad" önəmlidir. Niyə Gülbadam, ya da Pirqasım adlı bir uğurlu adam ortaya çıxmayıb?!

"Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi). Sonra onları (bu mənaları) mələklərə göstərərək buyurdu: «Əgər doğruçusunuzsa bunların adlarını (və ya həqiqət və sirlərini) Mənəxəbər verin». ("Bəqərə” 31).

Quranda Adəm haqqında olan ayələrdən biridir və Adəmə adların öyrədilməsindən söhbət gedir. Eləcə də biz doğularkən ata-anamıza verdiyimiz suallar adlarla bağlı olur. Uşaqların ən çox verdiyi suallar "Bu nədir? Nə üçündür?” kimi suallar olur.

Və sonda öz adımla bağlı bir dialoq yadıma düşdü.

Bir gün anama dedim:

- Mama, nədəndisə, getdikcə insanların ilk baxışdan necə biri olmaqlarını, mənə qarşı atdıqları addımın arxasında hansı niyyətin durduğunu hiss edirəm, görürəm.

Anamın cavabını əvvəlcə başa düşmədim.

- Bəs necə olmalı idi? Sənə UZİ həkiminin adını qoymuşuq da.

Gördü ki, duruxdum, davam elədi.

- Doğulmağına az qalmışdı. Xalan oğlu da həmçinin. Xalanın oğlunu görmək üçün UZİ-yə gedirdik. Orada oturan həkimin adı Emin idi. Adı xoşumuza gəldi. Sonra sən doğuldun, elə sənin də adını Emin qoyduq. İndi sən də UZİ kimisən.

Gülüşdük.





İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-04-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK