viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Aydın BAĞIROV: Azarkeş və futbolçu problemi Adalet.az | Aydın BAĞIROV: Azarkeş və futbolçu problemi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aydın BAĞIROV: Azarkeş və futbolçu problemi

12495    |   2018-08-27 14:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünənki "Qarabağ” – "Neftçi”, bir həftə əvvəl isə "Neftçi” – "Qəbələ” oyunlarında əsl futbol adına nəsə görmək mümkün olsa da, çempionatımızda məyusluq doğuran hallar durmadan davam etməkdədir. Bu mövsümün ilk üç turunda keçirilən 11 oyunu stadionda izləyən toplam azarkeş sayına fikir verin: cəmi 8700.

Bu, bir neçə il əvvəl Lənkərandakı mühüm oyunların təkcə birində tribunaları dolduran fanatların yarısı qədərdi. Ya da gərək ki, ötən il Gəncədə "Kəpəz”lə "Qarabağ” arasında keçirilən oyuna gələn azarkeş sayından xeyli azdı.

Bundan sonra həmin "Kəpəz” AFFA və PFL-dən başqa kimsəyə lazım olmayan birinci divizion adlı yarışda əvəzedici heyətlərlə qarşılaşmalı olacaq. Normalda bu turniri birinci divizion adlandırmağın özündə belə məntiq yoxdu. Çünki 14 komandadan düz 7-si yüksək liqadakı klubların əvəzedici heyətləridi. Əslində yarışın səviyyəsinə ən yaxşı qiyməti zamanında mənası olmayan bu perspektivsiz turnirdən imtina etməklə "Qəbələ” verdi. Sən stadion və baza qur, lazımsız oyunlara görə yüzminlərlə pul xərclə, axırda da AFFA öyünsün ki, "birinci divizionda futbolu inkişaf etdirirəm”.

Normal futbol ökələrində birinci divizion vacib yarış sayılır, futbolun populyarlığına, inkişafına xidmət edir, intiriqa olur, qalib yüksək liqaya yüksəlir. Bizim futbolda isə o qədər anormal durumdur ki, artıq son neçə ildə divizionun çempionu Premyer Liqaya buraxılmır. AFFA həmin çempion klubların pullarının olmadığını iddia və bəhanə edir, amma şəxsi münasibətlər, dost-tanışlıq önə çıxanda birinci divizionda 5, ya 6-cı yeri tutan Bakı qeydiyyatında olan bir ilin komandası "Sabah”, ondan əvvəlki ilsə "Səbail”ə pul ayırır və Premyer Liqaya buraxır. O komandaların da ev oyunlarına maraq o qədər az olur ki, stadiona 300-400 adam gələ, ya gəlməyə. "Səbail”in Bakıda məskunlaşmaqla nə qədər uğursuz layihə olduğunu ötən il gördük. "Sabah”ın da həmin aqibətlə üzləşmək ehtimalı xeyli yüksəkdi.

AFFA bu komandalara istədiyi pulu buraxa bilər, amma onlar Bakıda oynamalı deyil, bölgələrdən birini təmsil etməlidi. Ya da hazırda bölgələri təmsil edən köklü klublar niyə neçə illərdi birinci divizionda oynamalı, gözdən uzaq qalmalıdı? Axı, təsdiq olunub ki, azarkeşlərin, futbol adamlarının ürək yanğısıyla "Bakı çempionatı” adlandırdıqları 8 komandalı bu Azərbaycan çempionatı bizim futbola zərərdən başqa heç nə vermir.

AFFA-nın özünə yaxın komandaları paytaxt təmsilçisi kimi yüksək liqaya buraxması, bölgələrin isə aşağı liqalarda gün keçirməsi bizim futbola hansı zərbəni vurur? Bu sualın cavabı milli komandamızın sabiq üzvü Nadir Nəbiyevin bu ilin aprelində Qol.az-a verdiyi müsahibədə də gizlənir. Hazırda doğma Tovuzu "Turan”da icraçı direktor işləyən Nəbiyev gələcəkdə bizi gözləyən problemə toxunmuşdu:"Ötən il "Turan" birinci divizionda çempion olanda yerli uşaqlarda futbola maraq o qədər artmışdı ki, valideynlər özləri övladlarını gətirirdilər. Amma komandanın yüksək liqaya buraxılmayacağı dəqiqləşəndən sonra Tovuzda aşağı yaş qruplarında oynatmağa uşaq tapmırıq. Seçim etmək üçün məktəblərə gedirik, valideynlər uşaqlarını futbola buraxmır. Deyirlər ki, futbolda pul yoxdur”.

Görünən acı həqiqət budu ki, bölgələrdə futbolun tamamilə məhv olmağa doğru getməsi təkcə yüksək liqada tribunaların boş qalmasına gətirib çıxarmır, həm də yaxın gələcəkdə ölkədə ciddi futbolçu qıtlığının yaranmasına möhkəm təkan verir. Şübhə yoxdu ki, təkcə Tovuzda deyil, Azərbaycanın digər şəhər və rayonlarında da valideynlərin və uşaqların futbola marağının kəskin azalması prosesi başlayıb. Və bunun başlıca səbəbi Premyer Liqada 8 komandalı limitin tətbiqi, bölgə klubları qarşısında çox vaxt süni problemlərin yaradılmasıdı. Bu problem davam etdikcə isə stadionlarımıza gələn azarkeşlərin sayı günbəgün azalmağa doğru gedəcək, bizim klublar da, milli də beynəlxalq yarışlarda uğursuz çıxışı davam etdirəcək, bu gün üzdə olan 3-4 normal oyunçumuzu sabah əvəz edəcək futbolçu tapılmayacaq.

Bu problemin həllinin açarı isə yerli çempionatda ildə yalnız 1-2 dəfə rast gəldiyimizsəviyyəli oyunlarda deyil.




İmza:Qol.az

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK