hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU:AĞSAQQAL… Adalet.az | Faiq QİSMƏTOĞLU:AĞSAQQAL… Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU:AĞSAQQAL…

8439    |   2018-08-21 16:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Saçın, saqqalın ağ olması hələ ağsaqqallıq demək deyil. Və hər saçı ağ olan adama da ağsaqqal demirlər. Ağsaqqal o adama deyirlər ki, ağlı, zəkası və tutduğu yolla el-obanın hörmətini qazanır... Ağsaqqal o adama deyirlər ki, çətin vəziyyətdə olan insana düz yol göstərir... Ağsaqqal o adama deyirlər ki, heç vaxt haqqı nahaqqa vermir, gözünün işığı da olsa, haqsızlıq da eləsə ona sərt sözlər deyir...

Ağsaqqalın göstərdiyi yol həmişə işıqlı yol olur və bu işıqlı yolla gedən insanlar axırda öz istəyinə çatır. Və istəyinə çatan o adam da görür ki, balam, o ağsaqqal ona vaxtında düz yol göstərib və düz yol da axırda aparıb onu çatdırıb istədiyi nöqtəyə...

Bizim eldə də, obada da sayılıb-seçilən dağdan ağır kişilər olub. O kişilər kimlər idi? O kişilər Bəhmənlinin ağır oturub batman gələn ağsaqqalları idi. Onlar molla oğlu Əliş kişi idi, Əsəd kişi idi, Abbas kişi idi, Pənah kişi idi, Rzaxan kişi idi... Bu kişilər kəndin ortasına çıxanda böyükdən kiçiyə qədər onlara hörmətlə yanaşırdılar. Çünki bu ağsaqqallar həm çox zəhmli idi, həm də çox tədbirli idilər. Çətinə düşən adamlar həmişə bu kişiləri arayıb-axtarırdılar. Və o kişilər də səbrlə onları dinləyər, hər şeyin mahiyyətini biləndən sonra onlara öz məsləhətlərini verərdilər. Qan davası idisə, barışdırardılar. Qonşu davası idisə hər iki tərəfə sözlərini deyərdilər və onlar da bundan nəticə çıxarıb yenidən mehriban dolanardılar...

Bəhmənlidə həmişə zamanından və məkanından asılı olmayaraq, sayılıb-seçilən ağsaqqallar olub. O kişilərdən, o dağdan ağır ağsaqqallardan sonra gələn kişilər də onların yolunu kişi kimi davam etdiriblər: Yusif kişi, Əyyub kişi, Seyidəli kişi, Qismət kişi, Talıb kişi, Əvəz müəllim, Nəsib kişi... Onların sözü həmişə yek olub. Yəni bu kişilər söz verdilər, söz dedilər, tay onu çevirmək olmazdı. Və bu sözdən də hər kəs payını götürərdi.

Bəhmənlinin Kəbirli elində sayılıb-seçilən ağsaqqallar həmişə olub və bu gün də var. Kəndin ağsaqqalı olmuş Pənah kişinin oğlu Zülfüqar həkim də belə sayılıb-seçilən, ağır oturub batman gələn ağsaqqallardan sayılır. Mən bunu tam məsuliyyətlə deyirəm və altdan da imzamı atıram. Ümumiyyətlə, bu ocağın kişiləri həmişə mərd və ədalətli olublar. Zülfüqar həkimin qardaşı rəhmətlik Əhliman həkim də ağsaqqal adam idi. Düzdür o, 50 il ömür yaşadı. Ancaq 50 ildə 100 ilin izini qoyub getdi. Və bu gün də Bəhmənlidə elə bir adam tapılmaz deməsin ki, Əhliman həkim elin kisəsindən gedib. O çox böyük ziyalı idi, filosof idi və insan idi. Bu gün Əhliman həkimin 4 ağıllı oğlu, 2 qeyrətli qızı var. Hamısı da ali təhsil alıb və bir neçəsi də məsul vəzifədə çalışır.

Zülfüqar Pənah oğlu Əliyev düz 40 ildər çoxdur ki, Füzulidə Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkimi işləyir. Ona dəfələrlə daha yüksək vəzifələr təklif ediblər. Amma bu adam heç vaxt vəzifə üçün başqaları kimi dəridən-qabıqdan çıxmayıb. Füzulinin sabiq baş həkimi olmuş Tapdıq Behbudov deyirdi ki, mən Zülfüqar həkim kimi savadlı, təmiz, böyüyün, kiçiyin yolunu bilən, vətənini sevən ikinci bir şəxs tanımıram. O, hər cür vəzifəyə və şöhrətə layiq ziyalıdır.

Ziyalı sözünü hər adama şamil etmək olmaz. Hər qalstuk taxan, hər diplomu olan insan ziyalı deyil. Ziyalı odur ki, onun işığı, nuru elin-obanın üstünə düşür. Ziyalı odur ki, özündən çox xalqın və millətin marağını düşünür. Məhz Zülfüqar həkim də belə dəyərlərə malik olan ziyalı ağsaqqallardan sayılır. Həmişə onunla görüşəndə özümü bir balaca yığışdırmışam. Çünki mənim qarşımdakı çox savadlı, mütaliəli, dünyagörüşlü bir insandır. O, nə qədər ciddidirsə, nə qədər zəhmlidirsə, bir o qədər də yumşaq ürək sahibidir. Bir də yadımdan çıxmamış deyim ki, onun çox duzlu, şirin söhbətləri var. Bir dəfə danışır ki, Bəhmənlidən bir kişi ötən əsrin 40-cı illərində Mərkəzi Komitəyə teleqram vurur ki, bəs kənddəki atların əlli faizi qırıldı. Teleqramı alan Mərkəzi Komitənin işçilərindən biri özünü tez kəndə çatdırır. Gəlib görür ki, kənddə iki at varmış onun biri ölüb, biri sağdır. Mərkəzi Komitədən gələn teleqramı vurana deyir ki, a kişi, bəs yazırsan ki, atın əlli faizi qırılıb. Kişi də gülür və bildirir: Mən elə yazmasaydım siz kəndə gəlməzdiniz. Heç olmasa o bir atı xəstəlikdən xilas edin. Həkimlər tökülüşür və atı sağaldırlar.

Zülfüqar həkim Tibb institutunu bitirib. Özü də çox savadlı insandır. O təkcə həkimliyə dair ədəbiyyatı deyil, bədii ədəbiyyatı da kifayət qədər mütaliə edib. Maraqlıdır ki, mən hələ onun indiyə kimi əsəbləşdiyini, kiməsə hirsləndiyini görməmişəm. Təbii ki, bu da onun mənəvi zənginliyindən, insanlara sevgisindən irəli gəlir. Hər adam kitab oxumur və bu gün kitab oxuyan adam da çox azdır. Ancaq Zülfüqar həkim həm dövrü mətbuatı, həm də bədii ədəbiyyatı böyük həvəslə izləyir. İsveçdə maraqlı bir hadisənin şahidi oldum. Orda şəhərin mərkəzi küçəsində üç kilometr uzunluğunda iki cərgədə kitab satışı təşkil edilmişdi. İnsanlar kitaba elə bir sevgi ilə yanaşırdılar ki, sanki bizimkilər ucuz qiymətə bazarlardan mer-meyvə, pomidor-xiyar alırlar. Özü də bir adam 5-6 kitab alırdı. Bax ona görə Avropalılar belə tərəqqi edib hər şeyi qazana bilib. Bizdə də kitab sərgisi olanda tək-tük adam gözə dəyər və onların arasından bir iki insan kitab alar. Sözümün canı ondan ibarətdir ki, Zülfüqar həkimin həmişə kitaba, elmə və bədii ədəbiyyata çox böyük sevgisi olub. Və o sevgi bu gün də var.

Belə bir deyim var: "Göy üzündə Allahı, Yer üzündə prezidenti, evdə ağsaqqalı uca tutun. Onları uca tutun ki, özünüz də ucalasınız”. Bəli, bu gün Bəhmənlinin Kəbirli elində çoxları tərəfindən hörmətlə qarşılanan və onun özünə, əməlinə görə böyük diqqət yetirilən bir ağsaqqal da var – Zülfüqar Pənah oğlu! Atası Pənah kişi kimi o da çox təmkinli, ağayana və səbrli insandır. Elə səbrinə, ağayanalığına və təmizliyinə görə də onu nəinki Bəhmənlidə, Füzulidə çoxları xətrini istəyir və hörmət bəsləyir.

Mən bu yazını qələmə alanda istədim Zülfüqar həkimə telefon açam və şəklini alam. Ancaq tez də fikrimdən daşındım. Bildim ki, Zülfüqar həkim nə yazının yazılmasına, nə də şəklin qəzetdə verilməsinə razı olacaq. Çünki o, nə qədər savadlıdırsa, nə qədər sadədirsə, nə qədər gözəl insandırsa, bir o qədər də təvazökardır. Özü haqqında heç vaxt danışmağı sevməz və istəməz ki, kimsə də onun haqqında xoş sözlər, təriflər desin. Mən də bu səddi keçərək onun xəbəri olmadan ürəyimdən keçənləri qələmə aldım. İnsanlara sağlığında qiymət vermək lazımdır. Böyük şair Cabir Novruz da gözəl deyib: "Sağlığında qiymət verin insanlara”. Düşünürəm ki, bu yazını yazmaqla çiynimdən ağır yük götürüldü. Həm rəhmətlik Pənah əmimin, həm də dostum rəhmətlik Əhliman həkimin ruhu qarşısında borcumdan çıxdım. Ən azından ona görə ki, bizim ocaqda əvvəlki ağsaqqalların yolunu davam etdirən, yaşadan çox dəyərli və ziyalı insan olan Zülfüqar həkim kimi ağsaqqal var. Ağsaqqalı olan ocaqda həmişə ruzi-bərəkət, böyük kiçiyə hörmət olar...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK