hacklink Adalet.az | Faiq Qismətoğlu: ALTMIŞI AŞIRDIN, YÜZƏ NƏ QALDI?! Adalet.az | Faiq Qismətoğlu: ALTMIŞI AŞIRDIN, YÜZƏ NƏ QALDI?! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq Qismətoğlu: ALTMIŞI AŞIRDIN, YÜZƏ NƏ QALDI?!

12645    |   2018-07-27 14:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Bir müddət bundan əvvəl Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının yenicə çapdan çıxmış "Məhərrəm Qasımlı - 60" kitabı ilə bağlı bir cızma-qara eləmişdim. O yazının da sərlövhəsi belə idi: "Beşə beş dəqiqə qalmış". Məhərrəm müəllimin dediyinə görə, yazı çox səmimi alınmışdı. Elə oldu ki, bir məsələ ilə əlaqədar onun mobil telefonuna zəng vurdum. Amma gördüm ki, telefonu bir xanım götürüb. Sözün açığı elə bildim səhv düşmüşəm. Bir qədər dinləyəndən sonra hiss etdim ki, səhv düşməmişəm. Telefonu da qaldıran xanım Məhərrəm müəllimin həyat yoldaşı imiş. Yazı ilə bağlı mənə o qədər razılıq elədi ki, özüm də utandım. Sonra da dedi ki, Məhərrəm müəllim 2-3 dəqiqəyə gələcək. Sizin adınızın telefonda yazıldığını görüb ürəyimdən keçənləri sizə çatdırmaq istədim. Siz ki, bu çətin zəmanədə tələbə dostunuz Məhərrəmi unutmursunuz, Allah da sizi yaddan çıxarmasın, özünüzün və balalarınızın köməyi olsun!..

...Beş dəqiqədən sonra dostum və qardaşım Məhərrəm müəllim mənə telefon açdı. Dedi ki, xanımım sənin adını görüb ona görə telefonu açıb. Yoxsa ömrü boyu kim zəng eləsə telefona yaxın gələn deyil. İndi sən düşün ki, gör yazın xanımın nə qədər xoşuna gəlib ki, o sənə öz təşəkkürünü bildirib...

...Hər bir xanımın qarşısında güclü kişi olmalıdı. Hər bir kişinin yanında da güclü bir xanım olanda o ailə, o ev möhkəm, qüdrətli, basılmaz bir qalaya bənzəyir. Məhərrəm müəllimin xanımı da çox ziyalı, savadlı, dünyagörüşlü və əsil-nəcabəti olan Azərbaycan xanımıdır. Mən o xanımı bir dəfə Məhərrəm müəllimin qızının toyunda görmüşəm. Elə onda da ana kimi, bacı kimi ona qarşı qəlbimdə çox böyük hörmət yaranıb. Və Məhərrəm müəllimin ən ağır günündə, yəni ürəyindən Ankarada əməliyyat olunanda elə ona "qorxma" deyən o mərd qadın olub. Həyat Məhərrəm müəllimi tez-tez sınağa çəkib. Bir dəfə də vəziyyəti lap ağırlaşmışdı, bir neçə ay işə çıxmadı. Allahın, həkimlərin və o mərd qadının hesabına ağır xəstəliyi arxada qoydu və ayağa qalxdı. Onu ayağa qaldıran Ulu Yaradandısa, ona arxa duran ən yaxın dost, sirdaş, qardaş, söykək olan xanımıdı. Ümumiyyətlə, yaradıcı adamlarla yola getmək, onları başa düşmək hər qadının işi deyil. Bu cür ağıllı və müdrik xanıma rast gələndə Məhərrəm müəllim kimi istedadlı adamlar həm elm sahəsində, həm də bədii yaradıcılıq sferasında böyük uğurlara imza atırlar. Allah bu cür etibarlı, sədaqətli, namuslu Azərbaycan qadınlarını hifz eləsin!..


Mənim dostum, tələbə yoldaşım və qardaşım Məhərrəm müəllimin avqustun 5-də 60 yaşı tamam olur. Və bu 60 yaş çox enişli-yoxuşlu, ağrılı-acılı və mən deyərdim ki, kədərli yollardan keçib. Bu yaşın o qədər sıxıntısı, o qədər kədəri olub ki, amma bunların heç birini Məhərrəm müəllim kiməsə bildirməyib. Özü həyatın ağuşuna atılıb, onun zəlzələsini görüb, dalğasını hiss eləyib, tufanını yaşayıb və gəlib bugünkü professor Məhərrəm Qasımlı olub. Adam var ki, yüz il yaşayır, bu həyatda bir iz qoymur. Amma Məhərrəm müəllim bu 60 ildə çox nadir adamların görə biləcəyi işləri gerçəkləşdirib. Bu o işdir ki, Məhərrəm müəllim yuxusuz gecələri, maddi çətinlikləri və ən nəhayət, heç kimi olmayan bir məqamı özü arxada qoyub. Hər şeyi halallıqla, alın təriylə qazanıb...

Biz tələbəlik illərində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin müxtəlif redaksiyaları ilə yaradıcılıq əlaqələri yaradırdıq. Elələri vardı bizə sevgi ilə yanaşırdı, bəzi istedadsızlar isə dirsək göstərirdi. Məhərrəm müəllim də belə bir dövrdə tələbəlik illərində "Bulaq" verilişinə ssenarilər yazırdı. Həmin verilişin də aparıcıları xalq artistləri Səməndər Rzayev və Məhluqə Sadıqovaydı. "Bulaq"da da Azərbaycan folklorundan, adət-ənənələrindən, xalq yaradıcılığından, bayatılardan, qoşmalardan, gəraylılardan, dastanlardan... söhbət açılırdı. Və həmin ssenariləri hər iki istedadlı aktyor elə gözəl, elə şirin səsləndirirdilər ki, sanki Gədəbəyin, Kəlbəcərin, Şuşanın bulaqlarının səsini eşidirdin. Və o vaxt da "Bulaq" verilişinin ssenarilərini Rəfael Hüseynov, Məhərrəm Qasımlı, Faiq Hüseynov (mən Faiq Hüseynov yox ha), İntiqam Mehdizadə və bizim tələbə dostumuz, rəhmətlik Ağalar Mirzə qələmə alırdı. Və sonda da Səməndər Rzayevlə Məhluqə Sadıqovanın sehrli səsi eşidilirdi: "Bugünkü "Bulaq"ı araya-ərsəyə gətirdi Məhərrəm Qasımlı..."

...O səslərin sehrinə düşmək, o səslərdən nur almaq və o səslərin şirinliyində göyün yeddinci qatına qalxmaq olardı. Çünki o yazılar da, o səslər də möcüzəli bir yazılar idi. Və bu gün bizim həm o səslər üçün, həm də qaynayıb daşan bal kimi sözlər üçün burnumuzun ucu göynəyir.

Məhərrəm Qasımlı böyük alimdi... böyük yazardı... böyük şairdi... Həm də Məhərrəm Qasımlı mənim üçün heç kimə bənzəməyən, olduğu kimi görünən, danışdığı yumorlardan, lətifələrdən bal süzülən qeyri-adi bir istedad sahibidi. Onun bir-birinə bənzəməyən çox gözəl şeirləri var. O şeirləri dinləyəndə sənin qəlbinə bir yaz yağışı yağır... O şeirlərə qulaq asanda ilk məhəbbətim yada düşür... O şeirləri oxuyanda tələbəlik illərinin sızıltısını, kədərini və xoş ovqatını eşidirsən...

Mən hər adamın yanında ürəyimi boşalda bilmirəm və hər adamın yanında da istədiyimi danışa bilmirəm. Xüsusən də istedadlı adamlar görəndə susuram və onlardan nəsə öyrənmək istəyirəm. Amma dörd-beş istedadlı adamın yanında özüm də heç nədən qorxmadan söhbət açıram. Və onlar da mənə diqqətlə qulaq asırlar. O istedadlardan biri Vaqif Bəhmənli, biri Məhərrəm Qasımlı, biri Cahangir Məmmədli, biri İsgəndər Quliyev, biri də mənim uşaqlıq dostum, gözəl cərrah, uzun müddət Almaniyada işləmiş (mən ona filosof deyərdim) rəhmətlik Əhliman Əliyevdi. Onlarla söhbət eləyəndə heç vaxt darıxmırdım. Vaxtın və zamanın necə gəlib keçdiyini hiss eləmədim. Bir də gördüm ki, qəlbimə, ruhuma, içimə bir nur seli hopub. O nur selinin işığıyla mənim ən ağır dərdim, ən ağır kədərim, ən ağır qəmim bir müddət yaddan çıxıb. Və ən çətin anımda da çalışmışam ki, iki daşın arasında olsa da bu böyük ziyalı və işıqlı insanlarla görüşüm, ürəyim bir az sakitləşsin. Görüşmüşəm və ürəyim də sakitləşib. Bircə istedadlı insanın yanında danışa bilmirəm: o da Aqil Abbasdı. Allah köməyi olmuş o qədər şirin, o qədər bal kimi söhbətlər eləyir ki, sənin insafın gəlib o söhbəti kəsmək istəmirsən. Mehman Cavadoğlu deyir ki, bu yaxınlarda İsmayıllıdan Musa Yaqubu ziyarət etməkdən gəlirdik, Aqil müəllim Bakıya qədər danışdı. Mənim də ürəyimdən bir söz keçirdi, onu deyə bilmədim. Bakıya çatanda dedi ki, nəsə demək istəyirdin. Mehman müəllim də dillənir ki, vallah, demək istədiyim söz yadımdan çıxdı.

...Məhərrəm Qasımlı haqqında çox tanınmış adamlar müxtəlif fikirlər səsləndirib. Amma onların arasında xalq şairi Bəxtiyar Vahabzadənin bu böyük ziyalı haqqında dediyi sözlər mənim yaddaşıma həkk olunub. Bəxtiyar müəllim yazır: "Məhərrəm Qasımlı mənim tələbələrimdən olmuşdur. Həmişə sual verən tələbələrimi çox sevmişəm. Çünki sual vermək öyrənmək arzusunun ifadəsidir. Məhərrəmin bilmədiklərini bilmək, görmədiklərini görmək arzusu onun düşünmək qabiliyyətindən xəbər verirdi... Mən o zaman tələbəmdəki bu arzunun onun gec-tez yaradıcılıq aləminə gətirəcəyinə inanmışdım. Belə də oldu. Ədəbiyyata yeni gələn hər bir gəncin birinci vəzifəsi tapdanan yolla getməmək, öz sözünü demək və həm də özü kimi deməkdir. Məhərrəm sevimli müğənnimiz Flora Kərimoya həsr etdiyi bir şeirdə "səsin boyu" ifadəsini işlədir. İlk baxışda bu deyim adama qəribə gələ bilər, necə yəni səsin boyu? Səsin də boyu olar? Lakin bu deyim şeirdə bədii ifadə kimi həm məqbul, həm də yerindədir:

Sözləri ötüb keçir 

səsinin boyu.

Şair demək istəyir müğənninin səsindəki məlahət o qədər gözəldir ki, biz onun oxuduğu nəğmədə sözlərin təsirini unuduruq. Səsin ecazına o qədər uyuruq ki, səs sözü üstələyir, mücərrəd səs konkret sözdən qabağa keçir. Bu deyim yeni və orijinal olduğu qədər də bədiidir. Onun "Payız", "Səndən muraz umdum", "Qoca əkinçinin öyüdü" və sair şeirlərindəki ifadələr də orijinal və bədiidir".

Bax, budur Məhərrəm Qasımlının istedadı. Məhərrəm müəllim Bəxtiyar Vahabzadəni bu gün də ən sevimli müəllimi kimi xatırlayır və yada salır. Deyir ki, o heyrətamiz müəllimimin dərsində oturmaq üçün bu gün də tələbə olmağa hazıram. Və üstəlik də Bəxtiyar müəllimin bir alim, bir şair, bir müəllim kimi əvəzsiz ziyalı olduğunu xatırlayır. Və Bəxtiyar Vahabzadənin məşhur iki misrasına:

Alim Bəxtiyarı şair Bəxtiyar

Qatlayıb dizinin altına qoyar...

- deyiminə özünün yazdığı bu misraları əlavə edir:

Qoy inciməsin nə alim Bəxtiyar,

nə şair Bəxtiyar,

Vurğunu olduğum

müəllim Bəxtiyar,

Onların ikisini də qatlayıb

dizinin altına qoyar.

Bax, budur tələbənin müəllimə olan əbədi və bəşəri sevginin inkası! Eşq olsun bu möhtəşəm, unikal deyimə görə, Bəxtiyar Vahabzadənin tələbəsi Məhərrəm Qasımlıya!

Məhərrəm Qasımlı həm də Orxan Paşa imzasıyla çox gözəl, yadda qalan şeirlər yazır. Və bu gün də gənclik eşqiylə, gənclik ürəyi ilə bir-birinə bənzəməyən məhəbbət mövzusunda şeirlər qələmə alıb. Və o şeirləri sinəsi sazlı-sözlü aşıqlarımız çox yaxşı da ifa eləyirlər.

Yaddaşın səhifələrindən: "Məhərrəm Paşa oğlu Qasımlı 1958-ci il avqustun 5-də Tovuzun Alakol kəndində anadan olub. 1965-75-ci illər arasında doğulduğu kənddə orta təhsil alıb. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirərək filoloq-müəllim ixtisasına yiyələnib. Universiteti bitirdikdən sonra 1983-cü ilə qədər Siyəzən rayonunda dil-ədəbiyyat müəllimi işləyib. 1983-cü ilin yazında AMEA-ın Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına qəbul olub. 1987-ci ildə "Şah İsmayıl Xətayinin poeziyası" mövzusunda dissertasiya işini uğurla müdafiə etdikdən sonra institutun folklor şöbəsində elmi fəaliyyətə başlayıb. 1997-ci ildə "Aşıq sənəti: təşəkkülü və mühitləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2003-cü ildən folklorşünaslıq ixtisası üzrə professordur, 1992-2017-ci illər arasında Ədəbiyyat İnstitutunun direktor müavini vəzifəsində çalışıb. 30-dan çox yetirməsi onun elmi rəhbərliyi ilə fəlsəfə doktoru adını qazanıb. Hazırda şöbə müdiridir və Aşıqlar Birliyinin sədridir".

Yazımızın əvvəlində qeyd elədik ki, Məhərrəm müəllim çox duzlu, yumorlu adamdır. Həmişə də dostları ilə görüşəndə bu duzlu, şirin yumora onları "qonaq" eləyir. Mən də belə "qonaqlıq”ları çox görmüşəm. Bir dəfə danışır ki, yayda babamgillə yaylağa istirahətə getmişdik. Gördüm ki, babam nənəmin xətrinə tez-tez dəyir. Yazıq nənəm də bütün günü samovarda çay qaynadırdı, biş-düş eləyirdi və bizim əziyyətimizi çəkirdi. Hiss etdim ki, babam nənəmi çox incidir, dedim baba, bir də nənəmin xətrinə dəysən, yaylağa gəlməyəcəm. Bu sözlərdən sonra nənəmin xətrinə dəymədi, qəlbinə toxunmadı. Və mən də hər dəfə yayda babamgilə qoşulub yaylağa gedərdim...

Mənim tələbə dostum və qardaşım Məhərrəm Qasımlı, Allah sənin ürəyinə görə mükafatını versin! Sənin çox gözəl ailən, balaların və nəvələrin var. Bəlkə də belə gözəl ailəni Allah-Təala hər adama qismət eləmir. Amma sənin ürəyinə görə, qəlbinə və Allah sevginə görə qurban olduğum bu "mükafatı" sənə bəxş edib. Mən sənə nə arzulayım? Hər şeyə nail olmusan. Bircə onu arzulayıram ki, indən sonra yaşadığın ömrü ağrısız, acısız, sıxıntısız öz balalarınla, ailənlə, nəvələrinlə arxada qoyasan. Çünki sənin arxada qoyduğun hər bir gün, hər bir ay, hər bir il ömrünə qızıl hərflərlə yazılıb. Bax, bunu da Allah-Təala hər adama qismət eləmir ha!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK