Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: KAŞ MƏNİ SEVMƏYƏYDİN... Adalet.az | Əbülfət MƏDƏTOĞLU: KAŞ MƏNİ SEVMƏYƏYDİN... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: KAŞ MƏNİ SEVMƏYƏYDİN...

Onda sənin ömrün qayğısız olardı

12589    |   2018-07-20 16:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yazımın başlığını bilgisayara diqtə edib nəfəsimi dərəndə iş otağımızın pəncərəsindən içəri ruhu oxşayan, adamı bir anlıq özü ilə birlikdə göy üzünə çəkib aparan azan səsi gəldi. Bu səs o qədər həzin, o qədər möhtəşəm idi ki, Gülər xanım bilgisayarın arxasında, mən isə pəncərədən boylandığım vəziyyətdə susduq. Mən yüzə-yüz əminəm ki, həmin səs, həmin azan Gülər xanımı da bir anlıq "Azərbaycan" nəşriyyatından götürüb apardı. Çünki onun da ruhunda, onun da əxlaqında Allah xofu və iman var. İmanı, Allah xofu olan hər kəs o səsi eşidəndə özündən asılı olmadan qeyri-ixtiyari dayanır. Dayandığı yerdəcə susur. Bu susmaq fiziki anlamdadır. Yəni dili-dodağı danışmır. Amma ürəyi onda Allaha o qədər yaxın olur ki, onu ifadə etmək, onu sözə çevirmək mənim imkanım xaricindədir!..

Bax, belə bir məqamda mən özüm də bilmədən razılaşmalı oldum. Bilirsiniz nə ilə? Onunla razılaşdım ki, bugünkü yazımın başlığı bilgisayara köçürülüb interval vurulanda azanın başlaması iç dünyamın közərən işığına nur kimi əlavə olundu. Və mən o nurun fonunda təkcə özümü, ətrafımı deyil, həm içimi, həm də içimdəki Səni gördüm. Gördüm ki, bu dünya elə mənim arzularım boydadı... gördüm ki, bu dünya mənim səsimin çatacağı məsafəyə qədərdir... gördüm ki, bu dünya Sənin durduğun, olduğun və olacağın yerdi.

Bəli, bunları görmək, anlamaq və görüb anladığının şərhini vermək o qədər də asan deyil. Çünki hər kəsin özəl görmə bucağı var. Ona görə də mənim gördüyüm, mənim duyduğum və mənim verdiyim şərh heç də müqəddəs kitab yazısı deyil. O sadəcə mənim dərk etməmin ifadəsi və bir də görmə qabiliyyətimin ortaya qoyduğu görüntülərdi. Amma hər nə olur-olsun və kim də necə qəbul edir-etsin heç nə deyə bilmərəm.

Sadəcə onu deməkdə özümü haqlı sayıram ki, sən mənim dünyamda olmusan, varsan və olacaqsan! Neyləyim ki, bu qənaətim, bu qərarım sənin tərəfindən birmənalı qarşılanmır.Hətta şübhələrə də tuş gəlir. Belə olan halda əlim hər yerdən, hətta azan səsinin gedib çatdığı məqamdan da üzülür. Onda öz-özümə deyirəm ki:


Kükrədi, daşdı - dedim,

Ürəyə - daşdı! - dedim.

Min dəfə kaş ki - dedim.

Sən məni sevməyəydin.


Xəyalım bulud üstə,

Can yerdə, bulud üstə.

Bir çınqı umud üstə -

Sən məni sevməyəydin.


Yuxumu atlandırıb

Atı qanadlandırıb...

Ruhumdan qan aldırıb -

Sən məni sevməyəydin...


Könlün aldanıb, seçib,

Bir işdi olub, keçib.

Tay mənim odum keçib -

Kaş məni sevməyəydin...


***

Adətən yazıya köklənəndə hər şeyi unutmağa çalışıram. Amma neyləyim ki, işlə bağlı zənglər, yazı otağına icazəsiz müdaxilələr, xüsusilə dizaynerimiz Şamxal Şəbiyevin "toy tutmaq" ovqatlı ifaları məni kökləndiyim notdan tez-tez uzaqlaşdırırdı. Və məcbur olub yenə ilk nöqtəyə qayıdırdım. Ona görə də yazının ləngərli alınmasını gərək üzürlü sayasınız...

Hə, insan olanın, insan yarananın həm ömür yolu öncədən Tanrı tərəfindən müəyyənləşdirilir, həm də onun qohum-əqrabası, çevrəsi təyin olunur. Yəni heç kim özünə dünyaya gəldiyi an qohum seçmir qardaş-bacını da, əmi-dayını da, xala-bibini də Tanrı özü hər kəsin taleyinə qoşur. Və bu qoşalaşan tale yolları davam etdikcə o yolun həm də gərgin, bəzən qaranlıq məqamları da insanın həyatına, ovqatına öz təsirini göstərir. Təkbaşına yol getmək, təkbaşına öz dünyana çəkilmək belə məqamda xeyli çətinləşir. Bunun başlıca səbəbi də sənin, mənim qohumluq tellərimdi. Kimlərinsə hayına çatmaq, kimlərinsə işinə yardımçı olmaq, bəzən hərdən kimlərisə də çiynində daşımaq məcburiyyətində qalırıq. Bu məcburiyyətin savabı onda olur ki, etdiyin, göstərdiyin xidmət bir təbəssümlə, bir mimikayla qiymətləndirilir, dəyərləndirilir. Nə yazıqlar ki, həmin bu dediyim diqqət artıq əriyib qurtarmaqda olan şamdı. Onu hamı görmür, onu hamı önəmli saymır. Görənlər də bunu qohumluq borcu, qohumluq missiyası hesab edir. İddia da, tələb də budur ki, "etməlisən!". İndi hünərin var etmə?!

Əslində hər birimizin bu məqamda özümüzə görə hünərimiz var. Lakin o hünəri göstərməyə əxlaqımız yol vermir. Deyə bilmirik ki, "öz yükünü özün daşı!".

Deməli, bax, bu vurğuladığım nöqtəni mən təsadüfdən seçməmişəm. Çünki yavaş-yavaş uzaqlaşan, aramızdakı məsafəni soyuq havalarla dolduran qohumlar, doğmalar mənim "bir işə yaramadığımı" hiss etdikcə susmağa daha çox üstünlük verirlər, görməməyi daha zəruri sayırlar. Və mən də onların bu "möhtəşəm" sevgisindən məmnunluqla, içində sənin də olduğun ürəyimin halına qalmağa çalışıram. Təəssüf ki, ürək məsələsində iş işdən keçib. Onu təzədən öz məcrasına döndərmək mümkün deyil. Bu mümkün olmayan qovuşmanın isə bircə yolu var. O da səninlə danışmaq, səni, yəni iç dünyamın sahibini ziyarət, ibadət etməkdi. Məhz bu qərarın, bu daxili istəyin diqtəsilə də üzümü sənə tuturam və yazıram:


Qu tükündən yumuşaq

Bir beşikdi ürəyim.

Sığışa bilmədiyin -

Ev-eşikdi ürəyim.


Gözümə yer, göy dəyir

Qamətimi göy əyir.

Hava çəkir, göynəyir -

Gəl, deşikdi ürəyim!..


Batıb aha - günaha

Əlin açıb Allaha.

Dinindən dönüb daha -

Bax, keşişdi ürəyim!..


***

Sözün dəyərini, necə deyərlər, vəznini az-çox bilirəm. Onu çox deyəndə, çox xırdalayanda həm təsir gücünü, həm effektliliyini, həm də loru dildə desək, kəsərini itirir. Ona görə də istənilən yazımda ovqatımı az sözlə, məntiqli sözlə şərh etmək istəyirəm. Lakin nə edə bilərəm ki, öncə də vurğuladığım kimi, ovqatımı öz əlimdə saxlamağa imkan vermirlər. Bu mənada ürəyimin haldan-hala düşməsi, hətta sevgi dilinə keçməsi, sevgi dilinə ibadəti bir məcburiyyət kimi qarşıma çıxır. Və mən də ona boyun əymişəm, tabe olmuşam. Ən azından ona görə ki, bu dediklərimin içərisində istənilən nöqtədən baxanda özün, sözün, yerin görünür. Və mən də səni gördükcə daha ürəkli, daha cəsarətli, daha inamlı olmağa çalışıram. Düşünürəm ki, keçdiyim yol, verdiyim qərar ən azından ürəyimin önündə etirafdı... Ən azından ürəyimin qarşısında xidmətdir... Ən azından həm də bu xidmətlər, qərarlar bizim bir-birimizə olan bir az dumanlı, bir az aydın olan yanaşmaların naxışlarıdı, xalı üzərindəki naxışları...

Hə, indi özün, elə həm də sizin özünüz qərar verə bilərsinizmi ki, mən öz seçimimdə, öz qərarımda nə qədər haqlıyam, nə qədər ədalətliyəm. Görürəm susursunuz. Hiss edirəm ki, danışmaq, münasibət bildirmək istəmirsiniz.

Ona görə də özüm demək məcburiyyətində qalıram. Özü də bir şeir parçası kimi. Bəlkə bu şeir kimliyimin danışan dilidir, nə bilmək olar?! Gəlin bu şeiri oxuyaq və yaxud da dinləyək.


Çəkilib dur kənarda

Dodağını büzmədən...

Sevdiyinin gözündən -

Gözlərini üzmədən...


Çəkil bir az duman tək,

Bir az da bulud kimi...

Dodaqları qanamış -

Sonuncu umud kimi...


Çəkil, amma yaranı

Qoyma sarğı götürsün...

Görüşdən ürək özü -

Səni hər gün ötürsün!..


***

Bəli, ha istədim ki, yazımın əvvəlindəki ovqatıma qayıdım. Alınmadı, daha doğrusu, imkan verilmədi. Ona görə oturduğum yerdən qayıdıb yenə pəncərənin önünə gəldim... yenə boylandım əvvəllər xəyalən söhbət etdiyim Yasamal qəbiristanlığına. Amma bu dəfə qəbiristanlıqla yox, orda inşa edilmiş Allahın Eviylə danışmağa çalışdım.

İçimdən gəlib keçdi ki, kaş, o minarədən bir azan səsi yüksələydi və məni o səs yenidən yazımın ilk hərfindəki ovqata qaytaraydı. Amma bu istəyim də mümkün deyil. Çünki indi azan vaxtı deyil.

Ona görə də yenə ürəyimin qapısını, pəncərəsini döyəcləməyə çalışıram. İstəyirəm ki, heç olmasa ürəyimin içindən bir səs eşidim. Adına uçduğumun, kölgəsinə baş əydiyim, özünə sitayiş etdiyim bir doğma səs! O səsi indi bütün varlığımla istəyirəm, arzulayıram. Amma o səs də susur və məni məcbur eləyir ki, bir qadına bu misraları yazım. Yazım ki:


Seçdiyim yolu geyindim

Ümid adına, adına...

Öz dərdlərimdən deyindim -

Mən bir qadına, qadına...


Deyindim başı ağrıdı

Gördü ki, daşı ağırdı!..

Gözünün yaşı axırdı -

Çatmaz dadına, dadına...


Deyindim, huşu da getdi

Baharı, qışı da getdi...

Bir sevgi boşuna getdi -

Düşməz yadına, yadına...


Nəhayət, bütün bu düşündüklərimi, yəni tez-tez pərən-pərən düşən ovqatımı və bu ovqatın yenidən öz məcrasına qayıtmasına təşəbbüsçü, köməkçi olan Gülər xanımın xidmətlərini və bir də işə pəl vurmaqda öz səsilə ustalığını nümayiş etdirən Şamxal Şəbiyevin "yaradıcılığını" caladım bir-birinə. Bu calaq peyvənd məhsulu verəcək, ya heç bar gətirməyəcək, bunu deyə bilmərəm, bu zamanın işidi. O zamanın da hakimləri sizsiniz, yəni bu yazını oxuyanlar. İndi özünüz yazıya da, onun calaqlarına da, bütövlükdə mənim yaşantılarıma da necə istəsəniz, elə də qiymət verin. Seçim də asandı, seçilmək də. Və...

Mən isə indiki anda ürəyimdən sənin səsini eşitmək həvəsindəyəm. O səslə bahəm içimdən bir azan səsi də gəlib keçir. Ruhumun rahatlığı üçün!




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK