hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: SAĞLAMLARI «ƏLİL» ELƏYƏNLƏR Adalet.az | Faiq QİSMƏTOĞLU: SAĞLAMLARI «ƏLİL» ELƏYƏNLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: SAĞLAMLARI «ƏLİL» ELƏYƏNLƏR

9875    |   2018-07-17 12:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir kişi günlərin birində gedir «Vitek»ə (Həkim Tibb Komissiyası) sədrin yanına. Deyir ki, xəstəyəm, əlillik dərəcəsi almaq istəyirəm. Həkim də baxıb görür ki, doğurdan da onun əlləri yoxdur. Xəstəni başa salır ki, get, müalicə olun, müalicədən sonra gələrsən baxarıq. O da qayıdıb deyir ki, ay həkim, necə olur ki, sağlam adamlar gəlir əlillik dərəcəsi alır, amma biz ağır xəstə ola-ola əlillik dərəcəsini ala bilmirik. Həkim isə bildirir ki, biz razı olmarıq ki, siz xəstəlikdən əziyyət çəkəsiniz. Ona görə də müalicə olunmalısınız. Biz xəstələrə yox, sağlam adamlara əlillik dərəcəsi veririk.

Bu fikrin nə dərəcədə həqiqət olub-olmamasını birmənalı olaraq demək ədalətsizlik olar. Ancaq fakt ondan ibarətdir ki, yeni təyin olunmuş əmək və əhalinin sosial müdafiəsi naziri, hörmətli Sahil Babayevin bu ilin 6 ayı ilə bağlı yoxlamaların keçirilməsinə göstəriş verməsi çox qanunsuzluqları üzə çıxarıb. Məlum olub ki, Həkim-Tibb Komissiyasında sağlam adamlara çoxlu sayda ikinci və üçüncü qrup dərəcəli əlillik dərəcəsi verilib. Yəni saxta sənədlərlə heç bir xəstəliyi olmayan şəxslərə bu imtiyazlar şamil edilib. Faktlar öz təsdiqini tapandan sonra həmin insanların əlillik dərəcəsi ləğv edilib, bank hesabları bağlanıb və eyni zamanda onların əvvəllər aldığı pullar geri qaytarılıb.

Əgər 6 ayın yoxlamaları sağlam adamların saxta yolla xəstə çıxarılmasını aşkar edibsə, onda görün 6 ilin nəticəsi, yaxud 20 ilin nəticəsi yoxlanılsa nə qədər qanunsuz işlər aşkarlanar?! Çox qəribədir ki, bu cür nöqsanlara görə, əksər vaxt bu qanunsuzluqları eləyən səlahiyyətli şəxslər sudan quru çıxıblar və vəzifələrini dəyişməklə problemlərdən yaxasını xilas ediblər.

Ümumiyyətlə, əlillik dərəcəsinin verilməsi ilə bağlı və bu zaman baş verən qanun pozuntusu ilə əlaqədar çoxlu sayda müzakirələr olub. Hətta əlillik dərəcəsinin verilməsinə görə, Milli Məclisdə də məsələ qaldırılıb. Səhv eləmirəmsə, deputatlardan kimsə bu dedi-qoduya son qoymaq üçün əlilliyin verilməsini Asan Xidmətə həvalə edilməsini bildirib.

Dəfələrlə Bakıdakı Həkim Tibb Komissiyasında əlil xəstələrin necə get-gələ salınmasının şahidi olmuşuq. İki ayağı, iki əli olmayan adama deyiblər ki, get müalicə olun, müalicə müddəti bitəndən sonra gələrsən sənin məsələnə baxarıq. Bir dəfə komissiyanın yanından bir əlilin ağlaya-ağlaya çıxdığını gördüm. Bunu görəndə tüklərim biz-biz oldu. Sonra kimsə ona dedi ki, sən bunların dilini bilmirsən? Yoxsa sənin başına oyun gələcək. O yazıq kişi də dedi ki, heç dərman almağa pul tapmıram. O ki, qala ağır xəstə ola-ola kiməsə şirinlik verəm. Ölsəm də buna dözəcəm. Tay bilmirəm sonradan həmin xəstə əlillik dərəcəsi aldı, yoxsa almadı?

Bir dəfə də psixi xəstəxanada bir tanışımla qarşılaşdım. Sözün düzü onu orda görüb təəccübləndim. Təəccübləndiyimi hiss edib dedi ki, müəllim, mən dəli-zad deyiləm ey, pensiya düzəltmək üçün gəlib 10-15 gün burda yatmalıyam. Deyirlər ki, 20 gün yat, hər şey düzələcək. Səhv eləmirəmsə, onun da işi elə bir müddətdən sonra yoluna qoyuldu. Çünki yüksək maaşlı bir yerdə işləyirdi. Pensiyaya çıxsaydı, 700-800 manat pul alacaqdı.

Əsl xəstələr, illərlə sağalmaz xəstəliklərlə mücadilə aparan insanlar bu əlillik dərəcəsini almaqda çox çətinliklər yaşayırlar. Hətta xərçəng xəstəsi olan, hətta ayaq üstə dura bilməyən xəstəni «Vitek»lərdə get-gələ salıblar. Amma sapsağlam, «əli cibində» olan adamı 10-15 günə «xəstə» çıxarıblar və o da gedib uzun müddət təqaüd pulu alıb.

Biz Azərbaycanın yeni təyin olunmuş əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əlilliklə bağlı verdiyi göstəriş və yoxlamanı alqışlayırıq. Çünki bu yoxlamalar zamanı çox böyük qanunsuzluqlar və ədalətsizliklər aşkarlanıb. Biz onu da alqışlayırıq ki, cənab nazirin atdığı bu cür cəsarətli addımlar xalq tərəfindən alqışlanır və müdafiə edilir. Sözün həqiqi mənasında bəlkə indən sonra saxta yolla əlillik dərəcəsi almaq istəyənlərin qarşısı alındı, əsl xəstələr, uzun illər müxtəlif sağalmaz xəstəlikdən əziyyət çəkən pasiyentlər Həkim Tibb Komissiyalarının qarşısında həftələrlə, aylarla süründürülməyəcək və onlar öz halal haqlarını alacaqlar.

Axı, elə xəstələr var ki, iki ayağı, iki gözü, iki əli yoxdur, yaxud da xərçəng xəstəliyinə tutulub. belələrini həkimlərin qapısının qarşısında hansı təmənnaya görə saxlamağı heç Allah da götürməz. Əgər kimsə həqiqi mənada xəstədirsə, onun da haqqı özünə qaytarılmalıdır. Və bir də onu qeyd edək ki, son 20 ildə əlilliyə görə, təqaüd alan insanların bəlkə də 90 fazi sağlamdılar. Əsl xəstələr isə illərdi Həkim Tibb Komissiyalarına ayaq döyür və çox vaxt da həkimlər ona deyir ki, noolsun ki, dörd-beş dəfə xəstəxanada yatmısan, get bir 20 gün də müalicə olun. Guya 20 gün müalicə olunmaqla həmin adamın ayaqları, gözləri, kəsilmiş qolları yerinə gələcək.

Hər halda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış şəffaflıq və obyektivlik onu deməyə əsas verir ki, bu cür qanunsuzluqlar və haqsızlıqlar keçmişdə qalacaq, uzun müddət müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar çox asanlıqla əlillik dərəcəsi ala biləcəklər.




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK