hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: Şadlıq sarayında at əti? Adalet.az | Faiq QİSMƏTOĞLU: Şadlıq sarayında at əti? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: Şadlıq sarayında at əti?

9639    |   2018-07-16 13:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Toydan gözəl nə ola bilər? Burda iki gəncin qovuşduğu an, qovuşduğu məqam tarixə çevrilir. Və o toyda kim iştirak edirsə, sevincli anlar yaşayır. Amma gəlin razılaşaq ki, bugünkü toylarımızda əvvəlki dövrlərlə müqayisədə sanki bir sönüklük, bir quruluq hiss olunur. Çünki toylar hamısı eyni cür olur, eyni ssenari əsasında başlanır (əgər buna ssenari demək mümkünsə) və eyni ssenarilə də bitir. Toyların çoxunda insanlar musiqiyə qulaq asmaq əvəzinə, istirahət etmək əvəzinə səs-küydən canını qurtarmaq üçün foyeyə qaçır. Hətta foyedə səs o qədər güclü çıxır ki, burda da qulaq dincliyi tapmaq mümkün deyil. Məni qanıma qəltan eləsələr də deyəcəm: bu gün yaşlı adamlar toydan çox yas məclislərinə getməyə üstünlük verirlər. Çünki yas məclislərində heç olmasa «Quran» oxunur, insanların ruhu, qəlbi dincəlir…

Toylarımızın lap şiti çıxıb ey! Xüsusən Bakıda keçirilən toylar toydan çox bir soyğunçuluq məclisinə bənzəyir. Paytaxtda o qədər şadlıq sarayları var ki, saymaqla qurtaran deyil. Hamısının da müxtəlif cür menyuları var. Yəni bu menyularda 35 manatdan tutmuş 250 manata qədər qiymətlər olur. O hansı adamdır ki, bir toyda 250 manatlıq yemək yeyə bilir. Görəsən elə adam var?! Mən elə adam tanımıram. Siz tanıyırısınızsa, ünvanını göstərin, gedib onunla söhbətləşək. 250 manatlıq yemək verən şadlıq sarayının adminstratoru deyir ki, buna təəccüblənmək lazım deyil. Çünki bu yeməklərə beş-on cür dəniz qidaları – balıqlar, kürülər və bahalı-bahalı içkilər daxildir.

Aydındır ki, 250 manatlıq stola görə, pulu olmayan adamlar o toya getməyəcək. Yəni ən azından bu toya 250 manat nəmər yazdırmalısan. Burda qazanan bilirsiniz kimdir? O şadlıq sarayının sahibi. Onunla işimiz yoxdur. Hər kəs öz əməlinə görə cavabdehdir. Və bir də 250 manatlıq toya o adam gedir ki, onun imkanı olur. Heç inanmıram ki, stolu 250 manata olan o şadlıq sarayına toy edən adam imkansız insanı dəvət eləsin. Hərənin öz əhatə dairəsi var. Buna da sözümüz yoxdur.

Sözümüz onadır ki, orta səviyyəli şadlıq saraylarında da camaatın başına olmazın oyunlar açırlar. Məsələn, bu yaxınlarda prestijli bir şadlıq sarayında yaxın dostumuzun oğlunun toyunda işitrak elədik. Məndən savayı həmin toyda da bir dostumuz vardı. Əvvəldən şərtləşmişdik ki, bir stol arxasında əyləşək. Tez gəldiyimdən gəlib əyləşdim, gördüm ki, acmışam, pomidordan, xiyardan, pendirdən yavaş-yavaş yeməyə başladım. Yarım saatdan sonra ən çox xoşladığım mal ətindən olan buğlamanı gətirdilər. Xidmətçi həmin buğlamadan iki tikəsini səliqə ilə mənim boşqabıma qoydu. Mən də tez çəngəllə həmin ətdən yemək istədim. Bıçağı ətə vurdum, gördüm ki, qapqaradı. Buna baxmayaraq hər iki tikəni yedim. Ətin rəngi qıpqırmızıydı. Öncədən xidmətçiyə beş manat vermişdim ki, yaxşı xidmət eləsin. Xidmətçini çağırıb «belə də yemək olar?» - deyə iradımı bildirəndə xidmətçi yazıq görkəm aldı: «Müəllim, istəyirsiniz adminstratoru çağırım, sözünüzü ona deyin. Vallah, məndə heç bir günah yoxdur. Mənə nə verirlər, mən də stolun üstünə gətirirəm». Sonra xidmətçi əyilib yavaşca qulağıma pıçıldadı: «Stolun üstünə qoyulan ət yeməklərinin heç birini yeməyin. Hamısı köhnədir, ötən toydan qalıb. Ən yaxşısı budur ki, meyvələrdən istifadə eləyin. Bax, meyvələrimizə söz ola bilməz».

Bir qədər keçəndən sonra dostum gəldi. O da mənim yanımda əyləşib yeməklərə göz gəzdirdi, nəsə ağlı bir şey kəsmədi. Mənim kimi pendirdən, pomidordan, xiyardan boşqabına yığdı. Sonra da yavaş-yavaş nuş eləməyə başladı. Mənim də qabağımda bir pomidor vardı. Deyəsən köhnə idi. Bıçaqla kəsəndə pomidorun şirəsi necə sıçradısa, dostumun təzə geydiyi köynəyinin üstünə düşdü. Xəcalətimdən bilmədim neyləyim. Tez stolun üstündəki solfetkadan birini götürüb onun köynəyinə düşmüş pomidorun şirəsini sildim. Dostum gördü ki, əldən-ayaqdan gedirəm, elədiyim hərəkət üçün utanıram, tez dilləndi: «Qardaş, utanıb eləmə, köynəkdi də, ləkə düşüb düşsün. Yüz belə köynək sənin bir saçına qurban. Evdə yudurdacam, hər şey də düzələcək. Səndə günah yoxdu, günah o köhnə pomidoru stolun üstünə göndərən və onu ora gətirib qoyandadı. Gördüm ki, nə illah eləyirsən, bıçaq pomidoru kəsmir ki, kəsmir. Baxıram ki, toyuğun soyutmasından da, kababından da qoxu gəlir».

Dostum bu sözləri deyib iri boşqaın içindəki buğlamadan ikisini öz boşqabına çəkdi. Sonra mənim kimi bıçaqla bu buğlamanı kəsəndə qaraltı gördü və yenidən səsləndi: «Əşi, bu ki, köhnə ətdir. Üstəlik də qıpqırmızıdı. Vallah, deyəsən bu dana əti deyil, at ətidir. At əti ancaq belə qırmızı olur. Üstəlik də köhnəlib».

Diqqətlə yeməklərə göz gəzdirən dostum təəccübünü gizlədə bilmədi. Stolumuzun ətrafında əyləşmiş qonaqlardan biri (özünün dediyinə görə həkim idi) dedi ki, buğlamaya baxan kimi gözüm su içmədi. Eləcə də digər yeməklərə baxan kimi hiss elədim ki, köhnədi. Mən nə buğlamadan yedim, nə o köhnə toyuq və toyuq kababından. Salatlara isə qətiyyən əl vurmadım. Görürsünüz ki, üç-dörd dənə ərik yemişəm.

Mən isə buğlamadan iki tikə yediyimə görə, çox narahat idim. Çünki mədə-bağırsağımda problem olduğuna görə, həmişə köhnə yeməklərdən və xörəklərdən qaçmışam. Toylarda olanda isə ən yaxşı halda mal ətinin soyutmasını, ya da buğlamasını yemişəm. Bir az da pendirdən, pomidordan istifadə eləmişəm. Deyəsən bu dəfə tək mən deyil, toydakıların əksəriyyəti bu cür köhnə yeməkdən əllərini çəkmişdilər.

Toyun sahibi çox hörmətli bir insandı. Onun başı qonaq-qarasına necə qarışmışdısa, yeməklərə nəzarət eməyi unutmuşdu. Dostum neyləsin? Oğlunun əziz günüdü, insanlarla sevincini paylaşır və onlara yaxşı istirahət etməyi arzulayır. Tay nə bilsin ki, şadlıq sarayının vicdanını itirmiş rəhbəri köhnə yeməkləri əvvəlki toydan onun toyuna ötürüb.

Və bir də ki, şadlıq saraylarına sanki toy edənlərə borcu var. Çünki şadlıq sarayları toy zamanı bir manat da olsa toy eləyənə güzəşt eləmək istəmir. Özü isə toy sahiblərini müflis edir, aldadır. Dünyanın heç yerində bizim toylarda olan bədxərclik baş verə bilməz. Yemək-içmək, hər cür təamlar stolun üstündə qalır və şadlıq sarayları da həmin yeməkləri toy sahibinə vermək istəmir. Ən yaxşı halda, bəylə gəlinə bir paket düzəldərlər və pay verərlər. Toydan qalan yeməklər, sərinləşdirici və spirtli içkilər şadlıq sarayına qalır. Ona görə də şadlıq sarayaları qaz vurub qazan doldururlar. Hansı ki, toy eləyən adam 200-300 manat borcu olsa və onu ödəməsə, şadlıq sarayları bəylə gəlini girov saxlayır və sonra o pulu ödətdirir.

Bir dəfə Xırdalanda toyun pulunu tam ödəməyən toy sahibinin oğlu və gəlini girov götürülmüşdü. Pul ödəniləndən sonra onları buraxdılar. Şadlıq sarayları özlərinin bir manatanın qiymətini çox yaxşı bilir, amma camaatın minlərlə manat pulunun dalına keçəndə heç «uf» da demirlər.

Ümumiyyətlə, şadlıq saraylarının toy sahiblərini soyması ilə bağlı məsələ gündəmə gətirilməli, hətta bu mövzu Milli Məclsi səviyyəsinə qədər qaldırılmalıdır. Çünki yas yerləri ilə bağlı məsələ bir zaman gündəmdə oldu və bir çox yerlərdə israfçılığın qarşısı alındı. Bakı toylarında isə bu israfçılıq bilavasitə toy edənlərə ziyan gətirir, şadlıq saraydarına isə on minlərlə xeyir verir. Əksər toylarda toy sahibləri ora nə qədər pul yığılırsa, elə xərci güclə ödəyir. Mənim bir qohumum var, toyuna Bakıda 12 min manat pul yığıldı, üstünə də 500 manat qoyub şadlıq sarayına ödədi. Toydan sonra bir qanqaraçılıq oldu, gəl görəsən.

Şadlıq saraylarının başını kəssən də öz bildiklərini eləyir. Yəni toy sahibi deyir ki, filan salatları, filan soyuq qəlyanaltıları menyudan çıxart, isti xörəkləri artır, şadlıq sarayldarı qətiyyən buna razılaşmır. İki ayağını bir başmağa dirəyib deyir ki, məsələ belədir və bu cür də biz xidmət edirik . Sizin dediyinizin heç biri bizə sərf eləimr. Bax, bu başdan-ayağa soyğunçuluq və toy sahiblərini aşağılamaqdı.

Sumqayıda və başqa şəhərlərdə şadlıq sarayları icarəyə verilir. Uzaqbaşı 1000 manat ödəyib o şadlıq sarayını toy sahibi bir günlük icarəyə götürür. Eyni zamanda o 1000 manatın içərisində şadlıq sarayı xidməti də özü edir. Mənim qohumum Sumqayıtda toy elədi, əti, balığı, tərəvəz məhsullarını hamısı özü təptəzə gətirib verdi şadlıq sarayına. Onlar da hər şeyi qəşəng bişirib ortaya qoydu. Cəmü-cümlətanı bir stolunun qiyməti 20-25 manata düşdü. Onun yeməyinin dadı, tamı, təzəliyi 80-90 manata olan Bakı toylarından yaxşı idi. Və hamı da o toydan razı getdi. Yığılan pul da qohumuma qaldı. Çox cüzi bir hissəsi toya xərcləndi.

Toyda şadlıq sarayları toy sahiblərinin qanını qaraltmamalıdır. Haramlıqla, əyri yolla qazanılan pulların vallah, bərəkəti də olmur. Ancaq bizim şadlıq saraylarının bir çoxunun əldə etdiyi gəlir heç də halallıqdan keçmir. Onlar toy sahiblərini soyur, dəfələrlə baha qiymətə yemək təşkil edir, üstəlik də o biri toydan qalan köhnə yeməkləri camaata sırıyır. Bax, bunun adına nə demək olar, onu hələ ki, mən tapıb deyə bilmirəm. Siz tapıb desəniz, bizə xəbər eləyin və biz də gələn saylarımızda sizin dediklərinizi qələm alaq.




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK