ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: BİR ADAMIN BURNU QANAMADAN…

6263    |   2018-07-06 14:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Çox ağır gün idi. Və o gün getsin bir də geri dönməsin. Dönsə bəlkə də işimiz yenə ağır olar, ölkəmiz, məmləkətimiz zülmətə bürünər…İyulun 3-də Mingəçevirdə Elektrik Stansiyasında baş verən qəzadan sonra ölkəmizin demək olar ki, enerji sistemi çökdü… Bu çökmə heç də elə-belə ötüşmədi... Onun dalğası, qasırğası bütün ölkəni bürüdü və iflic vəziyyətinə saldı…

Təbii ki, ölkə prezidenti yanında keçirilmiş müşavirədə bu məsələlərə bir daha aydınlıq gətirildi və problemin araşdırılmasına cənab prezident tərəfindən göstəriş verildi. Və yaradılmış komissiya aydındır ki, bu məsələni araşdıracaq, səhlankarlıq və məsuliyyətsizlik göstərən vəzifəli şəxslər heç də yaxalanırı kənara çəkə bilməyəcəklər. Bunlarla bizim işimiz yoxdur. Onların cəzalandırılması dövlət başçısının səlahiyyəti daxilindədir.

… Biz o məsələlərin üstünə işıq salmaq istəyirik ki, iyulun 3-də Bakı şəhərində hansı vahiməli, qorxulu anlar yaşanıb. Və bu vahiməli, qorxulu anlar ən çox da metropolitendən istifadə edən insanların başına gəlib. O anları, o dəqiqələri o insanlar və bu məqamları yaşayan adamlar daha çox duyublar, biliblər. Sözün açığı, metroda uzun illər bundan əvvəl terror aktı olandan sonra çoxları qatarlara səksəkəylə minir. Hətta mənim özüm də qatarlara minəndə digər nəqliyyat vasitəsindən daha çox həyəcanlı anlar, sıxıntılar yaşayıram.

Ki, bir neçə dəfə də metro qatarı texniki nasazlıq üzündən tuneldə qalıb. Və həmin an da qaranlıq çöküb, qadınların, uşaqların çığırtısı, vahiməli səsi eşidilib. Bir neçə dəqiqədən sonra işıqlar yanıb və insanlar özlərinə gəliblər. Hətta bir dəfə metro qatarının sürücüsü qəfil əyləci basanda qatarda möhkəm silkələnmə baş verdi. Yaşlı qadın necə qışqırdısa, ətrafdakılar əyləc səsindən çox bu səsdən qorxdular. Qorxu keçirən qadını sakitləşdirdilər…

İndi görün iyulun 3-də axşam saatlarında metronun stansiyalarında və qatarlarda tunellərdə qalan qoca, xəstə, uşaq və eləcə də digər insanlar hansı vahiməli anları yaşamağa məcbur olub. Özü də bu an dəqiqələrlə deyil, saatlarla ölçülür. Hər tərəf qaranlıq, vahiməli səslər, çığırtılar və bağırtılar…

Belə anlarda çox insanlar özlərini itirir və necə hərəkət etməklərini belə unudurlar. Yəni həyəcanlı dəqiqələrdə vahiməyə düşən insanlar çıxış yolu tapmaqda çətinlik çəkirlər. Mənim bir qonşum da işıqlar sönən vaxt metro qatarında tuneldə qalıb. Deyir ki, hamı başını itirmişdi. İşıq yox, hər tərəfə qaranlıq çöküb. Bir müddət bilmədik nə edək. Qatarın sürücüsü də bizi sakitləşdirmək istəyirdi. Ancaq qaranlıqdan vahimələnən insanlar get-gedə daha da ağır vəziyyətə düşürdülər. Yarım saatdan sonra bizə polislər və Fövqəladə Hallar Nazirliyinin xüsusi təlim görmüş və peşəkar əməkdaşları kömək göstərdilər. Onların yardımıyla biz qatardan düşüb tunellə stansiyaya doğru hərəkət etdik. Yaxşı yadımdadı, orta yaşlı qadın yeriyə bilmirdi. Onu polis nəfəri çiyninə aldı, düz stansiyaya qədər apardı. Orda bizim hamımıza yardım göstərildi – həm polislər tərəfindən, həm də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən. Həkimlər də vardı. Bir onu bilirəm ki, bizi xilas edən və ölümdən qurtaran Azərbaycan polisinə və eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ömrümüz boyu borcluyuq. Əgər onlar vaxtında köməyə çatmasaydı, nə qədər adamın həyəcandan, qorxudan ürəyi partlaya bilərdi. Amma bizim yanımızda xilas olmuş insanlardan bir nəfərin də burnu qanamamışdı.

Azərbaycan polisi sözün həqiqi mənasında bu millətin, bu xalqın ən ağır, ən çətin günündə onun yanında olub. Hətta özlərini ölümün pəncəsinə ataraq çətin vəziyyətdə olan insanları xilas edib. İyulun 3-də də Azərbaycan polisi xüsusən də metropoliten polisi əsl şücaət, igidlik və qəhrəmanlıq göstərib. Onlar Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə metropolitenin müxtəlif stansiyalarında və tunellərində qalmış 30 mindən çox sərnişinin həyatını xilas ediblər. Qısa zaman kəsiyində bu təxliyyənin həyata keçirilməsi elə də asan iş deyil. Amma hər iki qurumun əməkdaşlarının peşəkarlığı, igidliyi nəticəsində 30 mindən çox insan ağır andan və durumdan xilas edilərək təhlükəsizlikləri təmin edilib. Bu işi görən hər bir polis əməkdaşı və eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşı sözün həqiqi mənasında o 30 min insanın və onun qohum-əqrəbasının çox böyük məhəbbətini, sevgisini, hörmətini qazanıb. Eşq olsun bu cür oğullara! Və bu cür oğulları Allah qorusun!

Mən, metropoliten polisi haqqında bu yazıda xüsusilə söhbət açmaq istəyirəm. Çünki onlar öz peşə vəzifələrini həmişə yüksək ustalıqla yerinə yetiriblər. Sutkanın 24 saatını metroda işləyərkən ayıq-sayıq olurlar və gözlərindən heç bir şey yayınmır. Üstəlik də cibgirlərə qarşı son vaxtlar mübarizə daha da gücləndirilib. Kameralar vasitəsilə aşkar olunan bu oğurluqların üstü isti izlərlə açılır. Bununla yanaşı, metropoliten polisi xalqın, cəmiyyətin və metrodan istifadə edən sərnişinlərin böyük hörmətini qazanıb. Belə ki, hər hansı stansiyada, lap metro qatarının özündə sərnişinlərin səhhəti pisləşəndə birinci onlar özlərini çatdırır, lazımi köməklik göstərirlər. Bunun mən dəfələrlə metronun «Xalqlar dostluğu», «Neftçilər», «28 May» və «Elmlər Akademiyası» stansiyasında şahidi olmuşam. Şahidi olmuşam ki, polis nəfərləri ağır vəziyyətdə olan xəstəni xilas etmək üçün həkimlər gələnə qədər əldən-ayaqdan gediblər, dərman tapıblar, su gətiriblər və xəstəni çətin vəziyyətdən xilas ediblər. Bir növü onlar həm də həkimlik ediblər.

Metropoliten polisini mənə sevdirən bir cəhət də ondan ibarətdir ki, onlar sərnişinlərlə çox mədəni, nəzakətli və səmimi davranırlar. Təbii ki, bu da elə-belə deyildir. Çünki daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubov dəfələrlə kollegiya iclaslarında, yığıncaqlarda polisə tapşırıq verib ki, insanlarla, vətəndaşlarla mədəni davransınlar və onlarla sıx ünsiyyət yaratsınlar. Azərbaycan polisi də cənab nazirin bu tapşırığını çox yüksək səviyyədə yerinə yetirir, ən çətin, ən ağır anda xalqın, millətin yanında olurlar.

Azərbaycan prezidentinə bir daha sadiqliyini həm Daxili İşlər Nazirliyi, həm də Fövqəladə Hallar Nazirliyi öz əməlləriylə göstərdilər. Cənab nazir Ramil Usubov da, cənab nazir Kəmaləddin Heydərov da dövlətə və dövlətçiliyə necə sədaqtəli olmağı bir daha əməlləriylə, prezidentə, xalqa sevgiləriylə təsdiq etdilər. Onlar bir daha sübut etdilər ki, Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin və Azərbaycan xalqının ən ağır, ən çətin günündə onların yanındadı, təhlükəsizlik məqsədilə bütün tədbirlər vaxtında və operativ yerinə yetiriləcək. Və Azərbaycan xalqı da bu gün öz prezidentinə və bu cür sadiq nazirlərinə güvənirlər. Azərbaycan xalqı güvənir ki, onun müdrik prezidenti var və dövlətə, dövlətçiliyə xidmət edən belə də naziri var.

Bu xalq, bu millət çox ağır anlar, günlər yaşayıb. Xalq görəndə ki, onun ağır, çətin günündə dövlət onun yanındadı, onu xilas etmək istəyir, bax, onda bu xalqın, bu millətin ölkənin prezidentinə və dövlətinə məhəbbəti birə beş artır. Çünki bu qəza zamanı 30 mindən çox sərnişinin xilas edilməsi bir daha göstərdi ki, elə Allah-Təala da bu xalqı, bu milləti çox istəyirmiş.

Yoxsa Allah-Təalanın köməyi üstümüzdə olmasaydı, metropolitendəki qəza zamanı bu qədər insan xilas edilməzdi. Zarafat deyil ey, 30 min adamdan birinin burnu qanamadı. Buna görə insanlar Allaha, ölkə prezidentinə, nazirlər - Ramil Usubova, Kəmaləddin Heydərova minnətdardılar. Allah xalqını sevən bu cür böyük şəxsiyyətləri hifz eləsin!..




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-21
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK