ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU:BEŞƏ BEŞ DƏQİQƏ QALMIŞ

2250    |   2018-07-05 13:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Belə bir deyim var: «Tələbəlik, əsgərlik və türmə yoldaşları ən sədaqətli insanlardı». Bu fikrə yəqin ki, kimlərinsə etirazı ola bilməz. Beş il tələbəlik ömrü yaşamışam, universitetdə oxuyanda hərbi dərs keçmişik və üç ay «zbor»da olmuşuq. Həmin vaxt da bizə leytenant rütbəsi veriblər. Ancaq türmə həyatı yaşamamışam. Bildiyim odur ki, həqiqətən də tələbəlik illərinin dostları çox sədaqətli olurlar.

Və mənim də barmaqla sayılası bir neçə belə dostum var. Onlardan biri də Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor və Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlıdı. Bir neçə gün bundan əvvəl mənə telefon açmışdı. Və həmişə olduğu kimi, onu çox səmimi və doğma səsini eşitdim:

- Gözəl insan, səni saat beşə beş dəqiqə qalmış Elmlər Akademiyasının çayxanasında gözləyirəm. Barəmdə təzə kitab çıxıb, onu sənə vermək istəyirəm. Həm də oturub bir stəkan çay içib dərdləşərik.

Beşə beş dəqiqə qalmış Akademiyanın çayxanasına çatdım və həmin anda o da «003» xidməti maşınında dediyimiz yerə gəlib çatdı. Yanında da köməkçisi əyləşmişdi. Maşından düşdülər və özünəməxsus bir səmimiyyətlə mənimlə görüşdülər və sonra keçib kölgəlikdə olan bir stolun arxasında əyləşdik. Çay sifariş verdik və çay gələnə qədər təzə çıxmış kitabını avtoqraf yazaraq mənə təqdim etdi. Həmişə olduğu kimi , bu dəfə də kitaba belə bir səmimi sözlər yazmışdı: «Tələbəlik illərindən üzü bəri unudulmaz və qardaşım kimi bağrımda gəzdirdiyim görkəmli qələm sahibi Faiq Qismətoğluya!»

Sözün düzü, tanınmış bir böyük alimin mənim haqqımda belə bir səmimi sözlər işlətməsi qoltuğumun altına elə bil ki, bir qarpız verilmişdi. Mən onu həmişə hansı vəzifədə çalışmağından asılı olmayaraq, 1980-ci ildən bax belə, sadə və səmimi ziyalı insan kimi tanımışam. Və heç vaxt da dəyişməyib.


Onun 60 illiyi ilə əlaqədar olaraq çap olunmuş kitabı belə adlanır: «Görkəmli elm adamları Məhərrəm Qasımlı -60 ömür yolu və biblioqrafiya». Kitab «Uğur» nəşriyyatı tərəfindən çap edilib. Tərtib edəni Xalidə Vəliyevə, redaktoru Yeganə Məmmədova, kompüter tərtibçisi və dizayneri Namiq Vəlioğlu, texniki redaktoru Lalə Aslanovadır. Bu kitab demək olar ki, böyük alim və ziyalı Məhərrəm Qasımlının 60 illik ömür yolunu güzgü kimi əks etdirir. Kitabdakı Məhərrəm Qasımlının ömür yolu, həyatındakı mühüm məqamlar, kitabdan seçmələr, Məhərrəm Qasımlı haqqında söylənilənlər, Məhərrəm Qasımlının rəhbərliyi altında müdafiə etmiş fəlsəfə doktorlarının siyahısı, kitabları, tərtib edib hazırladığı kitablar, elmi məsləhətçisi və redaktoru olduğu kitablar, dövri mətbuatda və məcmuələrdə dərc edilmiş məqalələri və hazırladığı folklor səhifələr, şeirləri , tərcümələri, müsahibələri, haqqında yazılanlar toplanaraq oxucuya ərməğan edilib.

Kitabın ən maraqlı məqamları biri ondan ibarətdir ki, Məhərrəm Qasımlı haqqında Xalq şairi Bəxtiyar Vahabzadə, Xalq yazıçısı Elçin Əfəndiyev, professor, Əməkdar elm xadimi Yaşar Qarayev, Dövlət mükafatı laureatı, şair Məstan Günər, xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov onun istedadı ilə bağlı orijinal fikirlər səsləndiriblər. Akademik Nizami Cəfərov onun barəsində yazır: «Son zamanlar oxuduğum kitablar içərisində ən çox xoşuma gələni Məhərrəm Qasımlının «Aşıq sənəti» kitabı olub – bu kitab həm aşıq sənəti sahəsində bu günə qədərki araşdırmaların nəticələrini ümumiləşdirir, həm də orijinal mülahizələr verir».

Mən Məhərrəm Qasımlı kimi sadə, səmimi, duzlu və yumorlu adam çox az-az görmüşəm. Bizim çay içməyimiz də bəzən bir bəhanə olur. Çünki onun kimi mənəviyyatı, iç dünyası işıqlı olan insanla bir stəkan çay içəndə, bir kəlmə söhbət edəndə adam özünü göyün yeddinci qatında hiss eləyir. Qəlbi, ruhu və iç dünyası nurla, işıqla dolur. Və mənim ötən əsrin 80-ci illərindən tanıdığım tələbə yoldaşım Məhərrəm Qasımlı bu işığı, bu nuru tək mənə deyil, həm də öz millətinə, xalqına, aşıq və ozan sənətini sevən yüz minlərlə insana ötürməyi bacarır.

60 yaşın mübarək, ey gözəl insan! Allah ömür versə, avqustun 5-də sənin yaşını bir yerdə qeyd edəcəyik. Və bir də Allah kömək eləsə, 60 yaşına ürəyimdən keçənləri sənə çatdırmağa çalışacağam. Çünki sən hər cür sevgiyə və diqqətə layiq olan çox böyük gözəl insan və gözəl də dostsan!..




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK