hacklink Adalet.az | SƏNİN ÜÇÜN DARIXIRAM, MƏLƏYİM Adalet.az | SƏNİN ÜÇÜN DARIXIRAM, MƏLƏYİM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SƏNİN ÜÇÜN DARIXIRAM, MƏLƏYİM

Fəridə RƏHİMLİ

17410    |   2018-06-29 15:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məni belə həsrətdə qoyub gedəcəkdinsə nədən gəldin, mələyim? Alabəzək kəpənək ömrünlə nələr yaşamadın, nələr yaşatmadın mənə! Başqalarını demirəm – canından can ayırıb apardığın ananın səssiz göz yaşlarını, ayrılığının əzabından bağıran atanın naləsini unuda bilmirəm. Amma mənim üçün bir başqasan, yəqin ki, bütün həyatım boyu unudulmayacaq qədər dərin iz buraxdı yaran sinəmdə. Kiçicik əllərin, mərmər kimi şümal uzun barmaqların, mələk heykəllərindəki kimi ayaqların, gerçək qızılgül ləçəyinə bənzəyən dodaqların, ilahidən allanmış yanaqların, tünd rəngli gur saçların – olduğundan üç-dörd ay böyük görkəmin gözümün önündən çəkilmir. Xəyalın o qədər gerçək görünür ki, bəzən hissə qapılaraq əl atıb səni götürmək, bağrıma basmaq istəyirəm. Əllərim boşda qalınca içimin göynərtisini kimsəylə bölüşə bilmirəm. Səndən sonrakı namazlarımın duaları göz yaşlarısız olmur. Allahımın sənə Cənnətində yer verdiyini bildiyim halda səni ona tapşırıram, mənim körpəmdən muğayət ol – deyə yalvarıram. Sənin cazibən necə bir qüvvəymiş, mələyim, içimdəki hər bir gözəlliyi kənara itələyib yerində oturmusan. Mən necə unudum səni?! Necə təskinlik tapım? Beş günlük ömrünlə nələr etmədin sən – küsənləri barışdırdın, dindən yayınanları geri döndərdin, dar gün dostlarını tanıtdın, savadsız həkimləri ifşa etdin, başqa körpələrin də məhv olmaması üçün səbəb oldun...

Beş günlük ömrünlə əlli illik ömrümə təzə cığır açdın – təmiz, saf, süd qoxulu... cənnət quşum, günahsız mələyim. Sənin üçün elə darıxıram ki... sanki mənim bədənimin bir parçasısan. Sənin saçlarını sığallamaq, səni qucağıma almaq, gözəl gözlərinə baxmaq nəsibim olmasa da xəyalın içimdədi. O müdhiş gecə hər kəsin yorulub yuxuya yaxalandığı anlarda səni bağrıma basmağı, sinəmə sıxmağı o qədər istədim ki... saçından ayaqlarına qədər öpdüyüm an oyanıb mənə acıqlanan: Şükür elə, balan salamat qurtarıb, Allaha ağır gedər, əl boyda uşaq üçün bu nə ağıdı, bu nə naşükürlükdü, – deyən ağbirçəklərdən çəkinməsəm, o son gecəni qucağımdan buraxmazdım səni. Beş günlük həyatının son gecəsini nənənin qucağında keçirmənə imkan vermədilər, mələyim, məni qorudular guya. Anlamadılar ki, sən insan deyilən canlının ən təmizi, ən pakı, ən layiqlisisən...

Yurd, torpaq itkisi ilə dərd yükünü iyirmi altı ildir daşıyan, otuz yaşlı ən yaxınından əlləri üzülən, sön nəfəsində məni evimə, torpağıma aparın deyərək gözümün içinə ümidsizcəsinə baxan atamın son arzusunu yerinə yetirə bilməyərək sinəsinə çalın-çarpaz dağ çəkilən mən nədən sənin ayrılığına dözə bilmirəm, mələyim? Sən necə bir qüvvəsən, körpəm, gül qoxulum, süd qoxulum, adsız köçən mələyim! Sənə ad seçəndə Mələk, Dilək adları da vardı siyahıda. Sən demə o, əsl adınmış, xəbərimiz yoxmuş – Mələk olacaqmışsan! Amma diləyimiz hasil olmadı...

Mən heç kimə təsəlli verə bilmirəm, heç özümün də təsəlliyə ehtiyacım yoxdu, çünki səni mənə unutduracaq heç bir söz yoxdu lüğətimdə! Çəkin qədər bir daş oturub ürəyimin üstündə - üç kilo dörd yüz qram. Çox ağırdı, ürəyim tab gətirmir, qubardan partlamaq üzrədir. Amma ömrüm boyu gəzdirəcəm səni ürəyimin içində, günahsız mələyim! Son gecə sənin buz kimi bədənini qucağımda uyutmağa icazə verməsələr də, son gecəmə qədər ürəyimdə olacaqsan, qorxma bəbəyim, mənim və Allahın himayəsindəsən.

İçimdə yuva salsan da mən sənin üçün çox darıxıram, mələyim, lap çox! İçimdə yaratdığın boşluğu heç nə doldurmur. Heç istəmirəm də o yerin dolmasını. Çünki sən Cənnət mələyi ola-ola mənim içimi də özünə yuva seçmisənsə, mən buna sevinə bilərəm. Cənnətində mənə də şəfaətçi olarsanmı, körpə balam! Yəqin ki, səni sevənlərdən yanına ilk gedən mən olacam. O gün görüşənədək, mələyim!

Sənin üçün çox darıxıram, çox darıxıram...

Sənlə bağlı nə xəyallar qurmuşdum...

Yetim qaldı neçə arzum, diləyim...

Həsrətin sinəmi yandırıb-yaxır,

Səninçün çox darıxıram, mələyim...




İmza:

YAZARIN ARXİVİ

2019-04-05 : YALTAQ
2019-03-20 : YENİ GÜN OVQATI
2019-03-07 : QADIN
2019-02-22 : QAR QAN AĞLAR...
2019-02-08 : YEYİM,YEMƏYİM?
2018-12-22 : GƏL...
2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2019-11-22
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK