ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: UCALIĞIN ZİRVƏSİ

14123    |   2018-06-22 15:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Onda aləm bir-birinə qarışmışdı... Və onda Füzulinin ən ağır günüydü… Onda 1993-cü ilin avqustun 23-dü... Hava həddindən artıq isti olsa da, insanlar canlarının hayındaydı. Aləm necə qarışmışdısa, hətta doğma insanlar bir-birini ayaqlayıb getmək istəyirdi. Bir tərəfdən də erməni ordusunun yaxınlaşması bu vahiməni daha da artırırdı…

Füzulinin «Dördyol» deyilən Əhmədbəyli, Bala Bəhmənli kəndini birləşdirən bu yerdə ah-nalə, göz yaşı bir selə bənzəyirdi. Camaat bilmirdi ki, hara üz tutsun. Və camaat üzü Beyləqan, İmişli istiqamətinə tələsirdi. Belə bir məqamda Füzuliyə yenicə icra başçısı təyin olunmuş Nəbi Muxtarov camaatın qarşısına çıxdı. Tozun, torpağın və həyəcanın içində boğulan insanlar son ümid kimi gözlərini ona dikdilər. Nəbi müəllimin də gözləri dolmuşdu. Çünki artıq Füzuli şəhəri işğal olunmuşdu… Çünki artıq rayonun böyük bir ərazisi yağıların əlinə keçmişdi. Nə qədər ağır olsa da, o, gücünü toplamağı bacardı və pərən-pərən düşmüş camaatı sakitləşdirirdi. Onun bu təsəlliverici sözlərindən sonra camaat bir qədər rahatlaşdı. O, «Dördyol»dan geri dönüb Horadiz istiqamətinə getdi. Və orda da elə, obaya arxa durdu. Yenə camaatın gözü ona dikildi. Yenə ümid yeri kimi Horadizdə də insanlar ona baxdı. Bir an ləngimək insanların məhv olması, əsir düşməsi demək idi. Nəbi Muxtarov hər anın, hər dəqiqənin qədrini qiymətləndirməyi bacardı. Araz çayının üstündəki körpüdən çoxlu sayda insanları İrana keçirdi və özü də axırda onların arxasınca getdi. Yəni başqa vəzifə sahibləri kimi camaatdan əvvəl rayondan çıxmadı. O, göydən qrad yağa-yağa, mərmi yağa-yağa çoxlu sayda insanları İran tərəfə keçirməyə nail oldu. O, buna nail oldu. Ancaq bir günün içərisində 30-40 ilin əzabını yaşadı. Və özü də xəbəri olmadan bu həyəcandan şəkər xəstəliyi tapdı…

… O insanlar xalq, millət tərəfindən sevilirlər ki, ən yüksək vəzifədə olanda, kresloda əyələşəndə ədalətli, obyektiv və vicdanla işləyirlər. Yəni həmin adamlar gözünün işığı olsa da, haqsızdırsa, ona haqq qazandırmır, haqqın, ədalətin yanında özlərini görürlər. Nəbi Muxtarov da hansı vəzifədə işləyibsə, həmişə zəifin, acizin, haqlının, ədalətin yanında olub. Və bu da ona həmişə ucalıq, şərəf və qürur gətirib. Biz Nəbi müəllimin, Aslan Mehdiyevin komsomolçuları olmuşuq. Düzdür, biz komsomola keçəndə komsomolun birinci katibi Qəzənfər müəllim idi. Amma Qəzənfər müəllimi cəmi bir dəfə görmüşdük. O da komsomola keçəndə. Nəbi Muxtarovu isə orta məktəb illərində tez-tez görürdük və bəzən də elə ona bənzəmək istəyirdik. Çünki yığıncaqlarda, iclaslarda o qədər gözəl, o qədər səlis danışırdı ki, biz ona qibtəylə baxırdıq. Düşünürdük ki, Allah, görəsən biz də belə gözəl danışa, çıxış edə bilərikmi? Yəni Nəbi müəllim tam səmimi deyim ki, sözün həqiqi mənasında bizim kimi gənclərə böyük örnək idi.

O, müxtəlif məsul vəzifələrdə çalışıb. Komsomolun birinci katibi vəzifəsindən tutmuş nazir müavini vəzifəsinə qədər, hətta komitə sədrinin müavini vəzifsində də işləyib. Və o cümlədən müxtəlif dövrlərdə yüksək vəzifələrdə əyləşib. Ən nəhayət, 1993-cü ilin avqustunda Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Füzuli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Nə az, nə çox, düz 18 il bu vəzifədə kişi kimi işləyib. Ona görə kişi kimi deyirik ki, o harda olubsa, hansı vəzifədə çalışıbsa, şərəflə, ləyaqətlə, namusla işləyib. Vəzifə onu deyil, o vəzifəni ucaldıb və vəzifəyə şərəf gətirib. Hansı iş tapşırılıbsa, orda Nəbi Muxtarov modeli, Nəbi Muxtarov ab-havası hiss olunub.

İstedadlı yazıçı və dostum Seyran Səxavətin iki misrası yadıma düşür: «Gedib yetmiş iki dil öyrənmişəm, hələ tapmamışam dilini sənin».

Nəbi Muxtarov 120 mindən çox əhalisi olan Füzuli camaatı ilə öz dilində danışmağı bacaran bir vəzifə sahibi, ziyalı olub. Və hamı da yaxşı bilir ki, Nəbi Muxtarovun bir sifəti var: arxada necə idisə, üzdə də o cür davranıb. Tay başqaları kimi ciliddən-cilidə girməyib. Elə Nəbu Muxtarovu da Füzuli camaatına sevdirən, doğmalaşdıran, yaxınlaşdıran bu Kişiliyidi. O, dosta dost deyib, düşmənə düşmən! Yəni pambıqla baş kəsənlərdən olmayıb. Onun yanına davaya gələn adam axırda elə yumuşalıb muma dönüb ki, buna görə Nəbi müəllimdən sonda uzr istəyib. Çünki Nəbi Muxtarov o havalı gələn adamın havasını almağı bacarıb, onunla dil tapıb və axırda da o şikayətçi yerdən göyə qədər razı halda kabineti tərk edib...

Axı dedim, Nəbi müəllim hamının dilini bilən adam olub. Bizim Bəhmənli kəndi çox ağır bir eldir. Siz təsəvvür edin, Nəbi Muxtarov o kənddəki adamların əksəriyyətinin şəcərəsini, tarixini, kökünü çoxlarından gözəl bilir. Mənim özüm də Bəhmənlinin hər hansı tayfası barəsində bilmədiyim həqiqətləri və tarixi Nəbi müəllimdən öyrənmişəm. İnsan bu qədər məlumatlı, savadlı olarmı?! Hər hansı kəndçimizdən danışanda Nəbi müəllim onun yeddi arxa dönənindən söhbət edirdi. Və mənim də matım-qutum quruyurdu.

… Bir dəfə elə oldu ki, vaxtilə Mircəfər Bağırovun həbs etdirdiyi kolxoz sədri Müseyib kişidən söhbət düşdü. Nəbi müəllim dedi ki, mən onu yaxşı tanıyıram, yanımda da olub. Soruşdum ki, Müseyib kişi, o vaxt Mircəfər Bağırov sizi niyə tutdurmuşdu? Dedi ki, bir söz dedi, eləmədim. Ona görə də gedib türmədə yatdım. Amma yenə desələr, eləmərəm. Nəbi müəllim deyir ki, Müseyib kişinin bu qətiyyətini, polad iradəsini görəndən sonra ona hörmətim birə-beş artdı.

Nəbi müəllim bizim ailəyə çox yaxın, doğma bir adamdı. Ən azından ona görə ki, atam Qismət kişiylə duz-çörək kəsib, qardaşım Qürbət müəllimi təmənnasız olaraq Füzuli rayon İcra Hakimiyyətində işə götürüb. Hətta rəhmətlik qardaşım bir dəfə dedi ki, getdim Nəbi müəllimin yanına, ona elədiyi yaxşılığın bir hissəsini qaytarım. Nəbi müəllim bunu biləndə mənə əsəbləşdi və dedi ki, get mənə elədiyin yaxşılığı camaata elə. Elə sən qaçqınları və köçkünləri yola verirsən, onların problemlərini həll eləyirsən, bax, bu mənə böyük köməkdi. Mən Nəbi müəllimin yerinə «Quran»a əl basaram ki, o çox adama belə təmənnasız kömək edib, çörək verib, arxa durub. Amma onun çörəyini itirənlər də olub və çörəyini itirənlər də Allahın cəzasına çatıb.

Biz icra başçısı görmüşük ki, onun oğlu, qardaşı, qohum-əqrəbası rayonda at oynadıb. Kefi istədiyi işləri görüblər. Ancaq bu gün Füzulidə bir kimsə deyə bilməz ki, Nəbi müəllimin işlədiyi 18 ildə onun hansısa qohumu, doğması bir ərköyünlük edib, camaata yuxarıdan aşağı baxıb. Buna mən günəşin çıxması kimi inanıram. Çünki Nəbi müəllim elə bir ziyalı ailəsindən çıxıb ki, o ailədə həmişə Allah sevgisi və halallıq öndə olub. Allah sevgisi və halallıq olan yerdə çətin ki, kimsə cızığından çıxa bilər.

Mən həmişə Aslan Mehdiyevlə Nəbi Muxtarovun dostluğuna çox böyük sevgi, çox böyük məhəbbətlə yanaşmışam. Hansı məclisə, xeyir-şərə getmişəmsə, hər ikisini bir yerdə görmüşəm. Onları bir yerdə görəndə mənim ürəyim dağa dönüb. Və bir dəfə də mənim dostum, qardaşım Əbülfət Mədətoğlunun atasının yas məclisində hər iki dostu yas mərasimi olan binanın yaxınlığında gördüm. Hər ikisiylə öpüşüb görüşdüm və ürəyimdən keçənləri dedim: «Bax, sizin bu cür mehribanlığınız Füzulidən olan vəzifə sahiblərinə çox gözəl nümunədir. Bu o deməkdir ki, biz dostluğu, duz-çörəyi vəzifədən üstün tuturuq. Hər ikinizə mehribanlığa və səmimiyyətə görə, eşq olsun!».

… O, həddindən çox mütaliəli, savadlı, dünyagörüşlü bir ziyalıdır. Nəbi müəllim nə qədər çox gözəl danışırsa, bir o qədər də dinləməyi, qulaq asmağı bacaran bir insandı. Gərək onunla ünsiyyətdə olanda oturuşuna, duruşuna, danışığına fikir verəsən. Görəndə ki, qarşısındakı savadlı, bilikli, ağıllı adamdı, Nəbi müəllim onun söhbətinə əvvəldən axıra qədər qulaq asır. Və Nəbi müəllim həm də istedadlı, savadlı jurnalistlərə vəzifədə olanda da bu gün də diqqətlə yanaşıb. Əgər o jurnalist həqiqətən jurnalistdirsə, Nəbi müəllimin diqqətindən heç vaxt kənarda qala bilməz. Füzulidən çoxlu sayda istedadlı, tanınmış yazıçılar, şairlər və jurnalistlər var. Onların hamısı və içi mən qarışıq Nəbi müəllimin xətrini çox istəyirik. Bilirsiniz niyə? Ona görə ki, bu kişi hansı vəzifədə olubsa, elə olduğu kimi də qalıb. Bu gün tək-tük vəzifə sahibləri el-obanın arasına çıxa bilir. Nəbi Muxtarov da belə kişilərdən biridi. O, Füzulidə hansı qapını açsa, hansı həyətə girsə, Allaha and olsun ki, onu duz-çörəklə, çox böyük hörmətlə qarşılayarlar.

Bizim ailənin ən ağır günündə Nəbi Muxtarov yanımızda olub. Anam rəhmətə gedəndə də qardaşım dünyasını dəyişəndə də düz iki-üç dəfə öz başının adamlarıyla məclisimizdə iştirak edib. Hətta bir dəfə Milli Məclisin vitse-spikeri Bahar Muradova ilə qardaşım Qürbət müəllimin yasına gəlmişdilər. Bax, onda da hər iki böyük şəxsiyyətin bizim yas məclisində iştirak etməyi dərdimizi yüngülləşdirdi və bu insanları bizə bir daha doğmalaşdırdı.

Nəbi müəllimin atası Muxtar kişi ədəbiyyat müəllimi olub. Bəlkə də elə Muxtar kişinin ona verdiyi tərbiyənin, elmin və savadın bəhrəsidir ki, onun belə böyük ürəyi var. Mən düşünmürəm ki, Nəbi müəllim vəzifədə olanda daha hörmətli idi. Bu, əsla belə deyil! Nəbi müəllim vəzifədə olanda elin-obanın hörmətini qazanmağı bacarmışdı və bu gün də qazandığı o hörməti xərcləyir. Və deyərdim ki, bu gün Füzulidə Nəbi müəllimin hörməti vəzifədə olduğundan da qat-qat çoxdur. Mən özüm dəfələrlə şahidi olmuşam, o hansı məclisə gedibsə, vəzifə sahiblərini qoyub camaat gəlib onunla görüşüb. Vallah, bundan böyük hörmət, sevgi ola bilməz!..

… Bu yazını neçə aydı ürəyimdə gəzdirirəm, dolandırıram. Əvvəllər bir neçə dəfə yazmaq istədim, ancaq alınmadı. Çünki Əbülfət Mədətoğlu Nəbi müəllmi barəsində o qədər gözəl və səmimi yazı qələmə almışdı ki, qorxurdum mənim yazım o yazıya kölgə sala bilər. Amma yazını qələmə almamışdan öncə sərlövhəni Əbülfət Mədətoğluna dedim və o da xırda redaktə ilə sərlövhəni bəyəndi. Tay bilmirəm, Nəbi müəllim mənim qələmə aldığım bu yazını bəyənəcək, yoxsa bəyənməyəcək?! Ancaq sadəcə olaraq, mən ürəyimin səsini dinlədim və onu qələmə aldım.

Qələmə aldım ki, qoy Nəbi Muxtarovu tanıyanlar da, tanımayanlar da bilsin ki, o, sıradan bir insan deyil. Nəbi Muxtarov uca dağların zirvəsidir. Və uca dağların zirvəsi həmişə ən uzaq yerdən belə görünür. Çünki uca dağların zirvəsində nə qədər külək, qar, yağış, tufan olsa da, yenə ucalığında qalacaq…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK