ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: MÜŞFİQ CABİROĞLU, BİZDƏN KÜSÜB NİYƏ GETDİN?

8731    |   2018-06-21 13:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Onunla 20 il bundan qabaq dostlaşmışdıq: çörək kəsmişdik, çay içmişdik, yoldaşlıq eləmişdik!Onda xalq şairi Cabir Novruz hələ sağ idi. Onda Müşfiqə çoxları atasına görə hörmət eləyirdi… Onda Müşfiqi yaxşı tanımırdılar. Və deyirdilər ki, Cabir Novruzun oğlu Müşfiq istedadlı oğlandı. Həm də Cabir Novruzun oğlu Müşfiq təkcə istedadlı oğlan deyildi; o, istiqanlı, tərbiyəli və mərifətli bir gənc idi. Elə bir gənc ki, onun dünya boyda ürəyi vardı.

Təkəbbürlük, yekəxanalıq ondan çox uzaq idi. Bəziləri kimi atasının şanına, şöhrətinə və hörmətinə sığınaraq ondan sui-istifadə eləməzdi, onunla bir dəfə söhbət eləsəydi, görərdin onun necə ürəyi var., Cabir Novruzun oğlu olduğu üçün o adı daha uca tutar, oturuşu, duruşu və ünsiyyətilə Cabir Novruz adına xələl gətirməz, əksinə, o şərəfi daha da ucaldardı…

Ölümündən bir ay əvvəl redaksiyamıza gəlmişdi. Səhv eləmirəmsə, Əbülfət Mədətoğluya yazı gətirmişdi. Və bizim otağa girib dizaynerimiz Şamxal Şəbiyevə əlindəki filaşkartı uzatdı dedi ki, burda materiallar var, Əbülfət müəllim baxar, məsləhət bilsə, növbəti nömrələrdə dərc eləyərsiniz. Özünəməxsus bir səmimiyyətlə və nəzakətlə bizimlə xudahafizləşib getmək istəyəndə onun bacanağı böyük bəstəkar Oqtay Kazıminin oğlu dostumuz Elçini soruşdum. Çünki Elçinlə də uzun müddət haqqı-salamımız olub. Xeyridə-şərdə bir yerə toplaşmışıq. Və bir müddət elə oldu ki, mənim Elçinlə əlaqəm kəsildi. Elə ondan da Elçinin mobil telefon nömrəsini soruşdum. O da nömrəni dedi və nömrəni telefonumun yaddaşına yazdım. Sonra isə gülümsəyərək dilləndi:


- Ay Faiq, elə Elçin də səni tez-tez soruşur. Allah imkan versə, bu yaxınlarda yığışıb bir yerdə bir sətkan çay içərik, çörək kəsərik!

Ancaq Allah imkan vermədi. Və eşitdim ki, Müşfiq ürək tutmasından dünyasını dəyişib. Sözün açığı, mənim Cabir Novruzun ailəsinə və onun övladlarına həmişə çox böyük sevgim olub. Ən azından ona görə ki, onun hər üç oğlu çox savadlı, ləyaqətli və qürurlu ziyalı idi. Mirzə rəhmətliyi yaxşı tanıyırdım. Elə onu da xeyir-şərdə görmüşdüm. Daha doğrusu, Mirzəyə də məni rəhmətlik Müşfiq təqdim eləmişdi. Demişdi ki, Faiq mənim dostumdu. Yaxşı da yazıları var. Mirzə də bu tanışlığa şad olmuşdu, hətta icra başçısı olsa belə öz sadəliyiylə fərqlənmişdi və demişdi ki, onun imzasını yaxşı tanıyıram. Əlbəttə, Cabir Novruz kimi istedadlı bir şairin ocağında böyüyən, tərbiyə alan və gəlib yüksək mövqe tutmuş bir ziyalının ağzından bu sözü eşitmək çox yaxşı hal idi. Elə o vaxtdan da bizim aramızdakı münasibətlər daha da doğmalaşdı.

Bir gün Müşfiq mənə dedi ki, Faiq, bəs Elçin oğluna kiçik toy eləyir. Sən də ora dəvətlisən, vaxtın olsa gələrsən! Bir neçə gündən sonra Yasamal rayonundakı şadlıq saraylarının birində o toy baş tutdu. Təbii ki, mən də bir dost olaraq həmin toyda iştirak eləməkdən qürur duydum. O toyda çox istədiyim Elçin müəllimin atası gözəl bəstəkar və uzun müddət Cabir Novruzla dostluq eləmiş Oqtay Kazımini gördüm. O toyda Elçinin və Müşfiqin qaynatası xalq artisti Əlabbas Qədirovla görüşdük… O toyda Cabir Novruzun böyük oğlu Mirzəylə də hal-əhval tutduq… Toyu da səhv eləmirəmsə, istedadlı aktyor, əməkdar artist Əjdər Həmidov aparırdı. İnanın, toyda bir şirinlik, bir səmimiyyət, bir mehribanlıq var idi ki, mən bu cür doğmalığı və sadəliyi heç bir toyda görməmişdim. Onda Elçin Yasamal rayon Polis İdarəsində yeniyetmələrlə iş şöbəsində çalışırdı. Və özü kimi də sədaqətli dostlarını toya dəvət eləmişdi. Polkovnik-leytenant Çingiz müəllimin «Bu qala daşlı qala» musiqisinə dostları ilə birlikdə qol qaldırıb oynaması heç vaxt yadımdan çıxmır. Bu təkcə toy deyildi, həm də Oqtay Kazıminin, Əlabbas Qədirovun, Mirzənin, Müşfiqin və eləcə də dostum Elçin Kazıminin ən gözəl, yaddaqalan günləriydi. O günlər ki, bir tarixə çevrilirdi… O günlər ki, çoxlarının qəlbində yeni bir səhifə yazırdı... O günləri ki, həmin anları, həmin dəqiqələri lentə alan operatorlar da bilmirdilər ki, bu məqamlar toyda iştirak edənlərin yaddaşına necə həkk edilir…

Onda Əlabbas Qədirovlu, Oqtay Kazımili, Mirzəli, Müşfiqli günlər idi. O günlərin şirinliyi, o günlərin istiliyi indi bir an da olsa, mənim qəlbimə bir sevgi, bir hərarət, bir işıq, bir nur gətirir. Və elə düşünürəm ki, onlar bizdən nə qədər uzaqlaşsalar da, bu anlar, bu dəqiqələr, bu xatirələr bizi bir-birimizə bir o qədər yaxınlaşdırır…

Bəstəkar Oqtay Kazımi nə qədər istedadlı bir sənət adamı idisə, bir o qədər də səmimi, böyük ziyalı idi. Yaxşı yadımdadı, Cabir Novruzun sözlərinə bəstələdiyi mahnılardan ibarət «Sağlığında qiymət verin insanlara» kitabını da elə rəhmətlik Oqtay Kazımi aftoqraf yazaraq mənə vermişdi. Və orda da qeyd eləmişdi ki, «mənim oğlum Elçinin sadiq dostu, istedadlı qələm sahibi Faiq Qismətoğluna böyük sevgilərlə!». Sözün düzü, belə böyük sənətkarın mənim kimi balaca bir qələm sahibi haqqında bu qədər səmimi və isti sözlər deməsi qəlbimə bir işıq gətirmişdi. Çünki Oqtay Kazımi heç də hər yazar haqqında belə dolğun, belə obrazlı ifadə işlətmirdi. Və bir də böyük şair Cabir Novruzun bütün gözəl şeirlərinə ölməz musiqiləri məhz Oqtay Kazımi yazıb. Hələ də «Cavanlığım» mahnısını dinləyən tamaşaçı o musiqinin, o sehrli sözlərin içində gənclik illərinə qayıdır. Və Zaur Rzayevin möhür vurduğu bu mahnı əbədiyaşar bir musiqidir. İnsanlıq nə vaxta qədər ki, olacaq, bax, bu musiqi də, bu sözlər də həmişə yaşayacaq.

Gör hardan gəlib hara çıxdım. Bunların hamısını mən dostum, qardaşım Müşfiqin hesabına nail olmuşam. Yəni Müşfiqlə tanışlığım olmasaydı, nə Oqtay Kazımini tanıyardım, nə Mirzəylə bir stəkan çay içərdim, nə də Elçin Kazımı ilə dostluğumuz baş tutardı. Çünki Müşfiq insanlar arasında körpü yaratmağı, ünsiyyət qurmağı və onları bir-birinə birləşdirməyi bacaran ziyalı idi.

Bir-iki dəfə ona qarşı bəlkə də diqqətsizlik eləmişdim. Yəni bizim redaksiyaya gələndə iş-güc başımızı necə qatırdısa, bir qədər hal-əhval tuta bilmirdik. Amma nə yaxşı ki, sonuncu dəfə redakasiyamızda olanda dərdləşdik. Bir az ötən günləri - Elçinin oğluna toy elədiyi gözəl anları xatırladıq. Toyda oynamağımızı, zarafatlarımızı yada saldıq. Onda Müşfiqin gözündə bir işıqn gördüm, bir sevgi hiss elədim, bir məhəbbət duydum. O məhəbbət ki, Müşfiq gördü mən əvvəllər olduğu kimi heç bir təmənna ummadan ona qarşı çox səmimi və əvvəllər olduğu kimiyəm. Nə yaxşı son anlar Müşfiq bunları gördü və bildi…

Biz Müşfiq kimi gözəl ziyalını, onun qəlbini, iç dünyasını qoruya bilmədik. Daha doğrusu, elə bildik Müşfiq elə həmişə bizimlə bir olacaq. Amma Müşfiq bu dünyadan, eləcə də onu anlamayan, başa düşməyən, dəyər verməyən insanlardan küsüb getdi çox sevdiyi böyük Müşfiqin, atası Cabir Novruzun və qardaşlarının yanına. Yəqin orda özünü indi daha rahat, daha sakit hiss eləyir. Çünki ruhlar Allahın dərgahına qovuşanda daha bu dünyada olduğu kimi narahat olmur. Onun barəsində narahat olanlar doğmaları, dostları və onu sevənləridi. Müşfiqi də sevənlər, xətrini istəyənlər çox idi. Ən azından iki istedadlı yazar Müzəffər Şükür və Mahir Qabiloğlu onun haqqında çox gözəl yazılar qələm aldılar. Bu da təsdiq edir ki, Müşfiq onu sevənlərin, onu istəyənlərin qəlbində və ürəyində həmişə elə olduğu kimi də yaşayacaq!..



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK