ANA SƏHİFƏ / MARAQLI

Gözlərin rənginin xarakterə təsiri

14857    |   2018-06-21 11:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İsveçdəki Orebro Universitetinin elm adamları xarakterin göz rəngiylə bağlı olub-olmadığını görmək üçün 428 insanı sınaqdan keçirdib. Göz rəngləri oxşar olan insanların davranışlarının bir-birilərinə oxşadığı sübut olundu. Dr. Fallone "Gözlərimizin sinirlərlə beynimizə bağlı olduğunu və beynimizin işləməyinə dair həyatı ip uclarının verdiyini” dedi. Yaxşı, hansı göz rəngi xarakterimizə necə təsir edir?



                                                                                               Tünd qəhvəyi – qara gözlər

Bu rəngdə gözlərə sahib olan adamlar liderlik xüsusiyyətləriylə seçilirlər. Cürətli qərarla almaqdan çəkinməzlər. Tünd gözlülər idmanda da uğur qazanırlar. Gözün tündlüyü melanin sistemindən qaynaqlanır. Melanin beyin hücrələri arasındakı əlaqə üçün daşıyıcı funksiyanı yerinə yetirir.

İnsanda nə qədər çox melanin varsa, beyni o qədər sürətlidir. "Personality and İndividual Differences” adlı jurnalda dərc olunan bir araşdırmaya görə də tünd rəngli gözləri olan insanrın açıq rənglilərə nisbətən daha az içki içdiyi bəlli olub. Tünd rəngli gözləri olanlar stolüstü tennis kimi hədəf vuran oyunlarda daha uğurludurlar.


Mavi gözlər

Bir çoxları bunu görməsə də mavi gözlülər böyük mənəviyyata və fiziki gücə sahibdirlər. Mavi gözlü insanlar biraz qorxaq və müdafiəsi kimi görünə bilərlər. Daily Mail-dəki bir xəbərə görə 2006-cı ildə Alman psixoloqların mavi gözlü uşaqların yeni nəyəsə rast gəldikdə daha ehtiyatla davarandıqları və digərlərinə nisbətən daha qapalı olduqları bilinib. Medical Daily isə bir çox insanın mavi gözlü insanların "rəqabətçi” və hətta "paxıl” olduqlarını düşünür.

Pittsburgh Universiteti Tibb Fakültəsi tərəfindən aparılan araşdırmalara görə gözləri açıq rəngli olan qadınların açıq gözlülərə nisbətən doğum ərəfəsində ağrıya daha dözümlü olduqları ortaya çıxdı.


                                                                                           Boz gözlər

Nadir tapılırlar amma bunlar sadəcə mavi gözlərin variasiyasıdır. Başqa dillə desək, tünd boz gözləriniz varsa, gözləriniz mavinin kölgəsindədir. Amma mavi gözlülərə nisbətən daha çox melaninə sahibsiniz və özünüzü çətin məqamlarda daha çox yaxşı idarə edə bilirsiniz.




Açıq boz

Açıq boz gözləriniz varsa, mütləqdir ki, özünüzü ifadə etməkdə çətinlik çəkirsiniz. Eynilə medalın iki üzü kimi sizin də iki üzünüz var. İnsanlara hansı tərəfinizi göstərəcəyiniz duyğularınıza onların ehtiyaclarına görə dəyişir.






                                                                                                          Ala gözlər

Heç biri bir-birinə bənzəmir. Ala gözlülər azadlıq aşiqi, özünə əmin və plansız adamlardır. Gözdəki melanin miqdarı adamdan adama dəyişir. Buna görə də ortaq bir xarakter analizi aparmaq çətindir. Onlar sirrli bir xarakterə malikdirlər.





Yaşıl gözlər

Çevrələrindəki insanlara ən tez təsir edən yaşıl gözlülərdir. Çoxları yaşıl gözlüləri cazibədar, sirrli və ehtiraslı kimi qələmə verir. Bir araşdırmaya görə yaşıl gözlü insanlar haqqında ən çox deyilən bu olmuşdu - ehtiraslı. Göz rəngini dəyişmək istəyənlərin çoxusu yaşılı seçirdilər. Yaşıl gözlülər diqqətli və güclüdürlər.



İmza:Emin Akif
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK