nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Aqil ABBAS: Almanların Türkiyə, yoxsa Ərdoğan düşmənçiliyi Adalet.az | Aqil ABBAS: Almanların Türkiyə, yoxsa Ərdoğan düşmənçiliyi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: Almanların Türkiyə, yoxsa Ərdoğan düşmənçiliyi

31262    |   2018-05-18 10:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son illər Almaniya ilə Türkiyə arasında gərginlik son həddə çatıb. Tarixə nəzər salsaq görərik ki, əsrlər boyu almanlar və türklər arasında bir dostluq münasibəti olub. Bəzən savaşlarda, xüsusilə də I Dünya savaşında müttəfiq olublar. Bu dostluğun nəticəsidir ki, Almaniya həmişə öz qapılarını türklərin üzünə açıb. Və hazırda bu ölkədə 5 milyona yaxın türk yaşayır, türk millət vəkilləri var, nazirləri var, yüksək vəzifəli dövlət məmurları var, minlərlə iş adamları var.

Arada-sırada neofaşistlər qan qaraltsalar da, Almaniya hökuməti dərhal buna reaksiya verib və neofaşistləri cəzalandırıb.

Çox təəssüf ki, yuxarıda qeyd etdiyimiz kimi, son illər münasibətlər korlanıb. Almaniyanın birdən-birə Türkiyəyə münasibətinin 180 dərəcə dəyişməsinin kökündə nə dayanır?

Görünür, Türkiyənin getdikcə daha qüdrətli bir dövlətə çevrilməsi, iqtisadiyyatının durmadan inkişafı, özünü həddindən artıq müstəqil aparması, regionda söz sahibi olması Avropanın digər dövlətləri kimi Almaniyanı da narahat edir. Müsəlman dövlətlərinin inkişafı, xüsusilə Türkiyənin inkişafı təbii ki, xristian dövlətlərə xoş gələ bilməz.


Bir səbəb budursa, başqa bir səbəb sayın Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqdə baş verən hadisələrdə sərt mövqe sərgiləməsi, İraqda və Suriyada gedən iç savaşlara Avropa dövlətlərinin sözü ilə oturub-durmaması və bu məsələlərə sərt müdaxilə etməsi. Türkiyəni az qala İslam dünyasının qoruyucusuna çevirməsi. İraqı, Suriyanı iç savaşa sürükləyən, terrorçu təşkilatları silahlandıran ABŞ başda olmaqla, Avropa dövlətlərinin yürütdüyü siyasətə qətiyyətlə təpgi göstərməsi.

Və ən başlıcası, xalqının öz lideri sayın Ərdoğanı dəstəkləməsi. Təbii ki, belə bir xarizmatik lider, belə bir qətiyyətli dövlət başçısı Avropaya sərf eləmir.

İndi görün nə olub. Sayın Ərdoğan İngiltərədə səfərdədi. Elə bu səfərin bir nəticəsidir ki, İngiltərənin baş naziri xanım Mey ABŞ-ın səfirliyini Qüdsə köçürməsini dəstəkləməyib, yəni Türkiyənin, Fələstinin yanında oldu.

Təbii ki, bir ölkənin dövlət başçısı başqa bir ölkəyə səfər edərkən ordakı soydaşları onunla görüşməyə can atır – iş adamlarından tutmuş, adi bir işçiyə qədər. Sevinir, bayram edir, küçələrdə maşınının qabağını kəsib öz məhəbbətlərini nümayiş etdirirlər.

Sayın Ərdoğanın səfərində də bu özünü daha qabarıq şəkildə göstərir.

Bildiyiniz kimi, İngiltərənin ən məşhur klublarında türk əsilli futbolçular oynayır. Və onlar türklük adına bir şərəf gətirirlər. Özü də təkcə İngiltərədə yox, Avropanın onlarla məşhur komandalarında türk əsilli futbolçulara rast gəlirik.

İndi dünyanın ən məşhur futbolçuları siyahısında olan Məsud Özil, İlkay Gündoğan və Cenk Tosun gəliblər sayın Ərdoğanın qaldığı otelə, onunla bir çay süfrəsi arxasında əyləşiblər, sayın cümhur başkanları ilə dərdləşiblər və həm də şəkil çəkdiriblər. Məsud Özil də öz formasının üzərinə «sayın cümhur başkanımıza sevgilərlə» yazaraq hədiyyə edib.

Bu da Almaniyada bomba kimi partlayıb, yer-yerdən Özilə və Gündoğana təpgilər yağdırırlar, hətta Almaniya Futbol Federasiyası da onların Türkiyə cümhur başkanı ilə görüşməsini və şəkil çəkdirməsini qınayıblar. Və bunu təkcə dünyada deyil, eləcə də Türkiyədə milyonların sevimlisi olan futbolçuların qarşıdan gələn cümhurbaşkanlığı seçimlərində sayın Ərdoğanı dəstəkləmələri kimi qiymətləndiriblər.

Əvvəla, bu futbolçular ikili vətəndaşlıq daşıyırlar, həm də Türkiyə vətəndaşlarıdırlar. İkincisi də, öz liderlərini dəstəkləməkdə nə pis şey var ki?

Almanlar kimi soyuqqanlı bir millətin adi bir görüşü və bir fotonu belə hiddətlə qarşılamalarını anlaya bilmədik və QINAYIRIQ!




İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-04-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Deməli, belə. Səyavuş Novruzov əsgərlikdədi. Ali təhsilli olduğuna görə, onu bölmə komandiri qoyurlar. Və deyirlər ki, bölmə yeddi nəfərdən ibarətdi, siz də komandirsiniz.

Bölməni yığır və sayır. Görür altı nəfərdilər. Soruşur ki, bəs, yeddinci hanı? Axtarın tapın. Bölmə axtarır. Nəhayət, əsgərlərdən biri deyir ki, mən tapdım.

Deyir ki, komandir, sıraya düzülək. Düzülürlər sıraya. Əsgər başlayır saymağa: bir, iki, üç, dörd, beş, altı da Səyavuş Novruzovdu. Sonra da deyir:

-Yeddinci də mən.

Səyavuş Novruzov həmin əsgərin təpəsinə bir şapalaq vurur:

- Bir saatdı səni axtarırıq, hardasan?





digər lətifələr
ARXİV
FACEBOOK