Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Aqil ABBAS:MEHMAN CAVADOĞLU İLƏ ŞUŞA SƏFƏRİ Adalet.az | Aqil ABBAS:MEHMAN CAVADOĞLU İLƏ ŞUŞA SƏFƏRİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS:MEHMAN CAVADOĞLU İLƏ ŞUŞA SƏFƏRİ

23968    |   2018-05-10 09:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mehman Şuşanı görməmişdi. Ağdamda dostlarla bir yerdə qonağımıydı. Qalxdıq Malıbəyliyə Vasif Quliyevin toyuna. Səxavət Məmmədovun İsa bulağının suyu kimi tərtəmiz, Şuşanın havası kimi dadlı, qaymaqlı səsinə qulaq asdıq. Gözəl bir kənd toyu. Sonra dedim, Mehman, gəl səni qaldırım Şuşaya, Cıdır düzünü gör.

Dostları da götürdük – Əmir Pəhləvan, İlqar Həsənov, rəhmətlik Yusif İsmayılov və Yusif müəllimin qardaşı İlham İsmayıl qalxdıq Şuşaya, Cıdır düzünə.

Mehman da həmişə mənlə zarafat etməyi, sancmağı xoşlayırdı. Cıdır düzündə çəmənlikdə süfrə açmışıq, çay içirik, Mehman başladı:

- Ə, bu Cıdır düzünü nə qədər öyürsüz ey! Cıdır düzü! Cıdır düzü!... Cıdır düzü budu?! Burda nə tarixi bir şey var axı?


Təbii ki, söz məni tutdu və Mehmanın zarafatla dediklərinə ciddi cavab verdim.

- Mehman, bax, indi sən oturduğun yerdə Pənah xan oturub, Mehralı xan oturub, İbrahim xan oturub, Mehdiqulu xan, Xan qızı Natəvan, Kərim bəy Cavanşir. Bax, sən oturduğun yerdə şahlar şahı Ağa Məhəmməd şah Qacar oturub. Məmməd bəy Cavanşir o Cıdır düzündə çox İran pəhləvanlarının dizini yerə qoyub, atını çapıb, burda Vaqifin başını kəsiblər, Qarabağın bütün el şənlikləri burda olub. Gözünü yumub bir az fikrə getsən, Cabbar əminin, Xan əminin səsini eşidərsən…

Mehman bir az tutuldu, qayıtdı:

- Ə, mən zarafat elədim, sən də lap… İndi məni şuşalılara döydürmək istəyirsən?

Və həmin Mehman Şuşa işğal olunanda hönkür-hönkür ağladı.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-12-16
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK