deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Anam gülürsə, Günəşdir, ağlayırsa, Yağış... - Eminquey yazır Adalet.az | Anam gülürsə, Günəşdir, ağlayırsa, Yağış... - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Anam gülürsə, Günəşdir, ağlayırsa, Yağış... - Eminquey yazır

19942    |   2019-05-07 15:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən anamı atamdan sonra kəşf etməyə başladım. Elə bilin ki, bir Magellan kimi. Əvvəl bu dünyanın içində idim. Mənim üçün o, sərhədlərdən ibarət idi. Sonra bəstəboy bir dünyanı gəzməyə başladım. Hər gün bir yeni ölkəsini, hər gün yeni bir dilini öyrənməyə başladım.

Əvvəl anamın boğazını kəşf elədim. Ən çətin vaxtlarımızda anamın boğazından qidalandım. O boğazdan keçməyən tikələr müqəddəsdir and içmək üçün. Sonra dilini kəşf elədim. O, atamla başqa dildə, mənimlə başqa dildə, qardaşları, bacıları, atası, anası ilə başqa dillərdə danışırdı. Onlarla danışdığı dilləri başa düşməsəm də, bu dillərdən ruhuma süzülən sevgi, musiqi var ha, nəyə desən bəs edər. Eynən dilini başa düşmədiyimiz, amma sevdiyimiz musiqilər kimi. Sonra kəşf elədim ki, anam susanda Sakit Okeana bənzəyir. O Sakit okean ki, adı ilə xüsusiyyətləri üst-üstə düşmür. Bu susqunluq dünyanın ən dəhşətli səs-küyüdür. Atam dünyadan köçəndə kəşf elədim ki, bu bəstəboy dünyanın sahilləri necə də uzun, dalğaları necə də hündür və təlatümlüdür. Nə qədər yaxşı üzsən də, o dalğalar səni yuyub apara bilər. Sonra bu dünyanın yaşını öyrəndim onun əllərindən. Qadınların yaşını əlləri biruzə verir, bilirsənmi?! Onun gözləri artıq qocalıb, bilir ki, adamı necə aldatmaq olar, amma əlləri... Əlləri uşaq kimidir. Heç vaxt yalan danışa bilmir.

Mən anamı kəşf elədikcə, başıma maraqlı və sirli hadisələr gəldi

Çox cavan qocaldım, çox cavan. Çox tez kişi oldum, çox tez. Atam anamı necə də sevirmiş. Atam deyirmiş ki, mən öləndə səni incitməyəcəm, elə rahat öləcəm ki, əzab çəkməyəcəksən. Hər şey atamın arzusuna uyğun baş verdi. Maraqlı və sirli. Bu hadisənin sirri onda idi ki, atamın yanında işləyirdim. Günboyu bir-birimizi daha yaxşı kəşf edirdik.

Yavaş-yavaş öyrəndim ki, sən demə, bu dünya elə də qoca deyil, bəlkə də hələ öz ayağı üstündə durmağa belə naşıdır. O qədər ərköyündür ki... Atamın ona yaşatdığı rahatlıq, heçnədən korluq çəkməməsi indi-indi özünü biruzə verməyə başlayır. Mən də tənbəlin yekəsiyəm. Bir də görürsən ki, nəsə bir iş tapşırır, həmin gün ərinirəm onu həllə eləməyə. Anam öz-özünə gileylənir: Atan olsaydı, indi çoxdan həll eləmişdi. Rəhmətliyin şəkli asılan divara söykənir anam yatdığı çarpayının başı. Hər dəfə ondan misal gətirən də barmağını o divardakı şəkilə tuşlayıb danışır anam. Elə bil, divar anamın ikinci qibləsidir. Mən evdə olmayanda o şəkillə danışır.

Bu dünyanın hikkəsi var, hirsi var. Əgər evə gec gəlirəmsəo,qapını açıb ildırım sürətilə məndən üz çevirib qaçır otağa. Bu hal onun küsməyini bildirir.

Əgər nahara pomidor-yumurta, doğramac, qarpız-pendir yeyəcəyiksə deməli, oyorğundur, yemək bişirə bilməyib.

Əgər o yan-bu yanıma fırlanıb "balamı çox istəyirəm, atan mənim xətrimə dəymirdi" deyirsə, ya siqaret çəkməməyimi, ya da üzümü qırxmağımı istəyir.

o gün anamın avazına oyandım,

nə ev təmizləyirdi,

nə pəncərə,

heç evimizin çölə pəncərəsi də yox ki,

açıb udasan otların qoxusunu,

Günəş sığal çəkə dibçəklərə,

gözlərini ovxalayıb

tökəsən küçələrə gözlərinin yuxusunu.

atamçun oxuyurdu Quranı

onun bağlanmış ömür kitabında

səhvləri düzəldirdi,

silirdi,

"günahlarını bağışla, ilahi"

deyirdi...

nə də olsa müəllim işləyib on il,

vərdişidi.

inanmırdım...

elə bilirdi,

adına bişirdiyi yeməkdən atam da yeyəcək,

onunçun çox bişirirdi aşı,

qaranı,

gecə yuxusuna gələcək,

qucaqlayacaq,

göz yaşlarını siləcək.

inanmırdım...

atamdan danışırdı dəqiqəbaşı

divardakı şəklini göstərirdi,

nəfəsini dərirdi,

için-için ağlamaqçun.

o gün bilmişəm,

bizim evin pəncərəsi

atamın divardakı şəklidi,

anam ağlayırsa hava yağışlıdı,

gülürsə Günəşlidi.

o gün bilmişəm,

bu ev nə vaxtsa yansa,

anam birinci o şəkli götürəcək özüylə,

yuxularında sağ qalan atamın bircə sözüylə

xoşbəxt oyanacaq yenə yuxudan.

o gecə məni ən çox qorxudan

anamın bir anlıq kəsilən nəfəsiydi,

deyəsən,

atam möhkəm qucaqlamışdı onu bu dəfə...

yuxulara inanıb yatdım

o gecə səhərə kimi yuxumda atamı gözlədim...

Bu bəstəboy dünyanın bircə yuxusundan qorxuram. Elə şirin yatır ki, zəhərə qalsın bu şirinlik. Gecə tez yatmağın daşını atamdan sonra atmışam. Elə bilirəm, Əzrayıl bizi güdür, bir amana bənddir ki, gəlib yapışsın yaxamızdan. Tez-tez oyanıram ki, anam nəfəs alır, ya yox?! Bəzən nəfəsini o qədər həfif və səssiz alar ki, qorxaram, yaşayırmı? Bəzən bərkdən öskürərəm, diksindisə, oyandısa, sevinərəm. Çox əclaf qorxudur. Elə bil ki, səhər harasa gedəcəksən, gecikməyəsən deyə durub tez-tez saata baxırsan. Çox əclaf cümlədir, içini yeyir hər gün -"Hə, nəfəs alır, sağdır!”.

Onun üçün yollar qorxuludur

Hər səhər işə gedəndə üzümdən öpür, arxamca su atır, deyir ki, işə çatanda zəng elə. Sonra günorta naharında zəng vurub yemək yediyimi soruşur. Bir də görürsən, evə gecikirəm. Qayıdır ki, bir də getsən, nə vaxt gələrsən? Bax, onda başa düşürəm,mamaqorxur, qorxur ki, atam kimi bir də qayıtmaram.

Yenə onun doğum gününə qosqoca bir əliboşluqla hazırlaşıram. Hər dəfə daha geniş açır qucağını, hər dəfə daha möhkəm qucaqlayır. Sevinirik ki, ikimizin də qucağı boş qayıtmır bir-birimizdən. Amma nə gözəl olardı doğum günündə onu ən çox görmək istədiyi bir yerə aparmaq, ən sevdiyi geyimi almaq. Lap elə Bulvardakı "Mirvari" restoranına... orada ailəvi xatirələrimiz yatır. Hər yay atam tez-tez bizi ora aparardı. Hər yay dəniz havası bizə qəribə bir aclıq gətirərdi. Pişiklər dadanardı masamızın yanına. Onlar da bizimlə birgə doyardı. Çox vaxt da tək getməzdik. Ya xalamgil, ya qonşumuzdan kimisə qonaq edərdik. İndi atamın adət-ənənəsini davam etdirə bilmirəm. Anam nə görübsə, nə yaşayıbsa elə atam dünyasını dəyişənə kimi görüb, yaşayıb. Necə ki, bir vaxtlar atamın möhkəm durmağı üçün çalışırdı, indi də mənim üçün eynisi edir. İşlə bağlı əsəbilərim gəriləndə, yumruğa düyünlənən barmaqlarımı açır, üzümə sığal çəkib qıcıtdığım dişlərimi sakitləşdirir, "səbr elə, bundan yaxşı olacaq hər şey" deyir. Və məni incidən ən əsas şey, anam hələ də məni özünə ən gözəl hədiyyə bilir

Çox yaşa mənim bəstəboy dünyam!




İmza:Eminquey

YAZARIN ARXİVİ

2019-07-11 : CİNAS BAYATILAR
2019-07-10 : VAQİF QARAYEV,
2019-07-04 : Başsız heykəl
2019-07-04 : Sirli Örənqala
2019-07-03 : SEVİLƏN PEDAQOQ
2019-07-02 : ŞƏRHSİZ...
2019-07-01 : TUTDƏY QUŞU
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK