ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: SÖZÜN MƏNİ SUSDURDUĞU YER

Əli Hacıya üz tutmuşam

9454    |   2018-04-02 14:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər hansı bir yazı təkcə Sözün kağıza köçürülməsi deyil. Mənə görə bu həm də Sözə nəfəs verilməsidi, Sözün ətə-qana, cana gətirilməsidir. Deməli, Sözün danışan, özünü ifadə edən varlığa çevrilməsidir…

Bunları elə-belə demirəm. Çünki yazdığım yazının mövzusu 3 gündür ki, məni Sözün yüksələ biləcək son nöqtəsinə qədər havalandırıb. Və mən həmin o son nöqtədə Sözün gücünü, Sözün kəramətini görməyə, anlamağa başlamışam. Anladığım o Yerdən və Göydən fərqli olan dünyanın rəngarəngliyinin içində susub qalmaqdan başqa heç bir yol tapa bilməmişəm. Söz məni susdurub. Çünki Söz gülün, xüsusilə də qırxləçək qızılgülün qatları kimi bir-bir aralanıb. Dəftər vərəqləri kimi səhifələnib. Onların arasından Söz səsin formasında dayanıb qarşımda. Və:

mən sənin gözündən düşdüm, İlahi!
sən də sözlərimdən göyün altına…
adam tək torpağın istisi qaçıb
təzə don biç, gətir yerin qatına.

soyuyan ruhumu elə isit ki,
bu yer də göy kimi görünsün sənə.
elə redaktədən keçir bu ömrü,
təzə film kimi görünsün sənə..!

Bəli, bax, sözün göyün altıyla yerin arasındakı bu hökmü susdurur məni. Və susduğum anda da sanki kimsə məndən soruşur necəsən? Mən isə necə olduğumu, niyə bu hala düşdüyümü demək üçün söz axtarmıram. Əksinə, qarşımdakı o qat-qat sözün bir ləçəyinə toxunuram.

bir daha gəlmədin bu yaz gecəmə
bu qışdan çıxanı görüm necəsən.
tumurcuq bağlayır hələ sözlərim
ev tikib, ev yıxan görən necəsən…!

ütülənib dərdlərim gəlinliyim tək,
sən də mənsizliyin dur, yükünü çək.
hərdən saçlarını dağıdan külək
bir aça yaxanı, billəm necəsən…!

halım bir susuzun halıdı indi
vaxtın, əqrəbləri daladı indi.
getmisən yollar da xarabdı indi
yoxdu yola baxan, gələm, necəsən!

yuyulan görmədim üz qaraltısın
deyəsən sevgidə – söz qarıltısı…!
günahın özündə gəz qaraltısın,
mən də bir günahsız öləm, necəsən?!


Yəqin ki, bu şeiri oxuyandan sonra mənim halımın necə olduğunu artıq soruşmayacaqsınız. Hətta məni özünün bir parçası, ifadəsinin özü bilən Sən də soruşmayacaqsan. Axı, soruşsan onda deyəcəm ki,

hardasan, uzaq düşənim?!
qara günə sağ düşənim.
ay üzümə ağ düşənim
qapım açıqdı gələsən.

inanma Fələk qarıya,
körpünü saldım araya.
mən gəlim, sən gəl yarıya
necə ölürlər görəsən.

sinə göyərtdim sənə də,
ömür əritdim sənə də.
gəlmədin, bitdim sənə də
qız, səni qərib öləsən…

Təbii ki, bu qarğış deyil. Bu əslində həm də sözün içindəki o işığın, o diriliyin özünü hər kəsə göstərməsidi. O yerə qədər ki, orda söz bitir və bitən sözlə birlikdə həm də o sözü bitirən, göyərdən bitir. Və onda qəriblik, bir az da qərib kimi ölmək adamın ağlının ucundan gəlib keçir. Axı, bu bitmiş sözün çətiri altında uzanıb ölməkdən gözəl heç nə yoxdu. Və mən də eləcə o çətirin altında hələlik diz üstdə dayandığım sözün gözümün yaşından da dupduru olduğunu əminliklə əllərimi bir kitab səhifələri kimi bir-biriylə üz-üzə qoyuram. Və görürəm ki, əllərim sənin əllərinə bu günə qədər bir dəfə də olsun çiçək uzatmayıb. Buna görə də Sözə çevrilib, dinlənib, günahını misralayıbdı.

çiçək görməyib ki, əllərin məndən
yuma gözlərimi çiçək əllərim!
oxşaya bilmədi göz yaşlarını
bu qara üzümu yuya gözlərin!

Sözün bu qədər həlimliyi, bu qədər elastikliyi hardandı görəsən? Özümə verirəm bu sualı. Elə özüm də onun axtarışına çıxıram. Gəzirəm, dolaşıram təbii ki, sözün içində, sözün çəmənliyində. Və hər biri fərqli biçimdə, fərqli gözəllikdə olan çiçəklərin arasında görürəm sözü. Bax, onda bilirəm ki, göy üzündən gələn bu sözlər sığındıqları çiçəklərin arasında özlərinin gözəlliklərini gizlədirlər. O ana qədər ki, o çiçəklərin kəpənəklərini izləyə-izləyə, o sözün sahibi gəlib tapır onları. Əsl xiridarı, əsl ustadı, əsl bilicisi tapıb ortaya çıxarandan sonra sözün gözəlliyi hər tərəfə öz işığını saçmağa başlayır. Amma naşı qələminə tuş gələndə qolu-qanadı qırılmaqdan başqa gözəlliyi də xəzələ çevrilir Sözün. Şükürlər olsun ki, indi dünyasında olduğun Söz sözün o rəngarəngliyini, o ətrini, o bihuşdarlığını hopdurur mənə. Və mən də onda bir daha hiss edirəm ki:

bu yurd mənim gor evimdi
dayan görüm nə danışır
zalım qardaş, tənha burax
görüm gorum nə danışır?!

burax məni baş-başa sən
tanrı ilə savaşa sən.
alqışı – sən, qarğışı – mən
görüm tanrı nə danışır.

şərabı süz bu boş cama
burax məni bu axşama
yonulmamış baş daşıma
görüm dilim nə danışır.



Təbii ki, belə bir durumun içərisində mənim özümün özümə sual verməyim qəribə səslənəcək, qəribə görünəcək. Amma məndən asılı olmadan içərisində olduğum söz özü məni həmin o suallara doğru çəkib aparır. Sanki xatirələri, olmuşları yaddaşımda təzələmək, gözümün önündə canlandırmaq istəyir. və pıçıldayır ki:

xatirəmi bir yerə yaz
oxunmağa gün gələcək.
ya yaddaşda asıb saxla
boş vaxtı öldürəcək.

Hə, hər bir insan əgər özünü Tanrı bəndəsi sayırsa, onun içindəki sözün də Allahdan gəldiyinə şübhə yeri olmur. Ona görə də Sözə də Allahın bir zərrəsi kimi sayğı göstərir. Bax, bu mənada mən Allahın gülləsinin boşa çıxmadığına yüzə-yüz inanıram. Bu inancla da poeziyası şərdən, böhtandan, xüsusilə yamsılamadan şikəst, əlsiz-ayaqsız nəfəssiz fikirlərdən çox-çox uzaq olan Əli Hacının söz dünyasını işığın, ifadəsi kimi qəbul edirəm və özüm də o işığa bürünürəm. Çünki o işıqdan başqa bir kisəm yoxdu. Özü də o işıq sözün bütün mənalarında ruhun qidasıdı. Axı:

Kimim var sevə məni…
Tanrım, ruhum, bir də sən
Mən ölsəm yerdən götür
Görsünlər hər yerdəsən!

Qoy yusun buludların
Kəfənim yarpaq olsun
Başaltım yar yaylığı,
Başdaşım torpaq olsun!

Mən ki, sənin oxşarın…
İlahi! Dur dərd elə!
Bu yer götürməz məni
Öz yanında yer elə…!

Bəli, mən Əli Hacının «Yerimi yanında salmışam, Allah» kitabı haqqında isti-isti yazdığım bu beş-üç cümlənin Əli Hacı poeziyası barədə fikir çələnginə qoşmaq istəyində deyiləm. Bu onun ixtiyarındadı. Amma içimdə bir istək var, onu gizlədə bilmərəm. Yəni içimdən gəlib keçir ki, Əli bəyi bu şeir toplusuna görə bir oxucu, bir dost, bir sözdən başı çıxan Allah bəndəsi kimi ürəkdən təbrik edim. Sözün mübarək olsun, qardaş! –deyim.




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK