ANA SƏHİFƏ / AVTOMOBİL

Azərbaycan Almaniyada yeni BMW zavodu üçün tədarüklərə başladı

17457    |   2018-03-31 10:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sumqayıt Texnologiya Parkı (STP) sinkləşdirilmiş metal məhsullarının Almaniyaya ilk tədarükünü həyata keçirib.

Bu barədə  STP-dən məlumat verilib.

Məlumata görə, həmin məhsullar Köln şəhərində "BMW” avtomobil şirkətinin yeni zavodunun tikintisi üçün satın alınır:

"Metal məhsullarının Almaniyaya ilk tədarükü barədə müqavilə "DMT Foundry GmbH” şirkəti ilə imzalanıb. Hazırda növbəti tədarüklə bağlı danışıqlar aparılır”.

Qeyd edək ki, Sumqayıt Texnologiya Parkının isti sinkləmə zavodunda materialların emalı üçün 9 vanna mövcuddur. Yükləmə və boşaltma proseslərində hər vanna üçün 6,3 ton gücündə krandan istifadə olunur. Toz və palçıqdan təmizləndikdən sonra materiallar birinci zonaya göndərilir.

Daha optimal iş, texniki xidmət və yüksək keyfiyyətli sink örtüyünün yaradılması üçün EN ISO 1461:2009 standartında "Zn 1 (99 995%)” sinif sinkdən istifadə olunur.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK