Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Nicat NOVRUZOĞLU: AĞSAQQALLAR SÖYÜRSƏ, YENİYETMƏLƏRƏ NƏ DEYƏK? Adalet.az | Nicat NOVRUZOĞLU: AĞSAQQALLAR SÖYÜRSƏ, YENİYETMƏLƏRƏ NƏ DEYƏK? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Nicat NOVRUZOĞLU: AĞSAQQALLAR SÖYÜRSƏ, YENİYETMƏLƏRƏ NƏ DEYƏK?

22276    |   2018-03-16 12:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yenə bizim müdir tutdu qulağımdan, dedi gedəcəyik «Neftçi» ilə «Qarabağ»ın «Bakcell arena» stadionundakı oyuna. Ağzım nəydi, təbii ki, getdik. Allah heç kəsin müdirini futbol azarkeşi eləməsin.

Nə isə, getdik. Çox gözəl bir oyun izlədik. Həqiqətən elə bil ki, «Barselona» ilə «Sevilya» oynayırdı. Amma bu dəfə «Barselona» «Neftçi» idi, «Sevilya» «Qarabağ».

Hərdən mənə elə gəlirdi ki, «Qarabağ» ya məşqə çıxıb, ya da futbolçular qurdlarını öldürürlər. «Neftçi» daha inamlı oynayırdı, qalib gəlsəydi onun haqqı idi.

Ümumiyyətlə, «Qarabağ» fasilədən qayıdandan sonra həvəssiz oynayır. Çox pis. Bunun bir nədəni arxayınlaşmaqdı. Qarşıda 8 oyun var və təbii ki, «Qəbələ»nin «Qarabağ»ı keçməsi üçün bu qarşıdakı 8 oyundan 4-ünü «Qarabağ» uduzmalıdır və bütün oyunlarda da «Qəbələ» qalib gəlməlidir. Bu da mümkün kimi görünmür. Ona görə də son oyunlarda «Qarabağ» futbolçuları meydançaya qurdunu öldürmək üçün çıxır.

Mən oyunu şərh etmək istəmirəm, çünki o qədər də futbolu bilmirəm. Bu yazını niyə yazdım? Ürək ağrıdan bir məsələ vardı. Oyun zamanı «İmarət tayfa» fan klubu, eləcə də onlara qoşulan Allahverdi Bağırov ordusu, o biri qoşulanın adı nəydi, yadımdan çıxıb fan klubu «Qarabağ»a böyük dəstək verirdilər. Sevindiricidi. Düzdür, təxminən 200 nəfərdilər.

Eləcə də «Neftçi»nin fan klubu (elə onlar da təxminən o qədərdilər) onlar da öz sevimli komandalarını dəstəkləyirdilər. Çox ləzzətliydi.

Amma sonra nə oldu? «Neftçi» azarkeşləri «Qarabağ»ı söyməyə başladılar, «Qarabağ»ın fanatları da «Neftçi»ni. Və mənə elə gəldi ki, hər iki tərəf məni söyür. Və futbolda qadın azarkeşləri də vardı. Bu söyüşləri onlar da eşidirdilər. Və hər iki komandanın söyüş söyənləri bilmirdilər ki, onlar öz komandalarına dəstək vermirlər, əksinə , onlara böyük zərbə vururlar. Bütün futbol gözümdən düşdü. Və müdirə də ürəyimdə söydüm ki, bura niyə gəlmişik, oyuna baxmağa, yoxsa küçə sözlərini eşitməyə?

Və müdirin belə söyüşlərlə bağlı danışdığı bir hadisə yadıma düşdü.

Deməli, Sovetlər dönəmidi. «Neftçi»nin əvəzedici heyəti Kiyev «Dinamo»sunun əvəzedici heyəti ilə «Spartak» stadionunda (indi orda benzinkalonka tikiblər) görüş keçirir. Onda da «Dinamo» Kiyev SSRİ yığma komandasının əsas qüvvəsi olub. Deməli, oyun zamanı əvəzedici heyətdə görün kimlər oynayır: Yerimçuk, Rats, Zavarov, Belanov, adı yadımdan çıxmış, hətta bu gün Messi ilə müqayisə oluna biləcək futbolçular. Və birinci hissədi, Kiyevin əvəzediciləri – zavarovları «Neftçi»yə 4 dənə babat qol vurublar. Bütün stadion (təxminən 5 min adam, indi «Qarabağ»la «Qəbələ»nin oyununa 5 min adam nədi ey, heç min adam gəlmir, və ya «Neftçi»nin oyununa 300 adam gəlmir) «Neftçi»nin futbolçularını ən ağır küçə söyüşləri ilə təhqir edirlər. Futbolçularımız bu küçə söyüşlərindən çaşıblar.

Bu vaxt «Neftçi»nin önəmli oyunçularından biri Tofiq Abbasov gəlir durur azarkeşlərin önündə və deyir:

- Ay camaat, biz sbornı SSRİ-ylə oynayırıq ey, niyə bizi söyürsüz və sizin…

Söyənlərin dediklərinin üstünə beşini də qoyub özlərinə qaytarır.

İndi dostlar, futbolçuları küçə söyüşləri ilə təhqir edirsiz. Onlar da sizin qardaşlarınız, əmoğlanlarınız, dayoğlanlarınız və sair. Onlar həmin söyüşü sizə qaytarmırlar . Düzdür, bu günlərdə deyəsən, Rəşad Sadıqov hövsələ eləyə bilməyib həmin söyüşü qaytarmışdı və ağır cəzalanmışdı.

Siz həmin söyüşlərlə komandanıza dəstək vermirsiz, əksinə. Və mən bunun «Neftçi» ilə «Qarabağ» oyununda canlı şahidi oldum.

Hamının ana-bacısı olduğu kimi, futbolçuların da ana-bacısı var.

AFFA-dan bir xahişimiz var, eləcə də PFL-dən, belə söyüşlərə görə komandaları cəzalandırın. Və hakimlər hətta azarkeşlərə də qırmızı vərəqə çıxarsın. Bəlkə özlərinə gəldilər.

Amma söyüşləri eşidəndə gülməyim gəldi. Saytlara baxırıq, sosial şəbəkələrə baxırıq, Azərbaycanın üzdə olan ziyalıları nəinki adi söyüşlərlə, hətta ana-bacı söyüşlərinə qədər bir-birlərini təhqir edirlər. Və əgər belə böyük ziyalılar bir-birlərini təhqir edirlərsə, 15-18 yaşlarındakı yeniyetmələrə «söyüş söyməyin» demək nə qədər gülməli və məntiqlidi?!




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK