ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: HEYDƏR ƏLİYEVİN ATA OCAĞI VƏ ERMƏNİ YALANLARI

22328    |   2018-03-16 12:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Erməni təbliğatı sirr deyil ki, çox yaxşı işləyir. Və təbii ki, bu təbliğatında da şayiələrdən, uydurmalardan məharətlə istifadə edir. Acınacaqlı haldır ki, bəzən bizim mətbuat orqanları da ermənilərin uydurma materiallarını özləri də bu uydurmaya inanaraq tirajlayır. Çox təəssüf. Və sonra bu müzakirələrə çevrilir, sosial şəbəkələrə gündəm olur və sair və ilaxır. Qısası, bilməyərəkdən erməni təbliğatının təbliğatçısına çevrilirik.

Son günlər gündəmi nə zəbt edib? Ermənilər bir yanmış və dağılmış evin şəklinin üstünə də özlərinin bildiyi qədər pul qoyub ötürüblər xarici bir jurnalistə və ya hansısa bir zibilə, o da bundan bir məqalə yazıb və sosial şəbəkələrdə də paylaşıb. Bizimkilər də gedib onun «utkasına».

Məsələ nədi? Ulu Öndərimiz Heydər Əliyevin doğulduğu evin dağıdılmış, yandırılmış şəkli. Və onlar bunu tirajlamaqla Azərbaycan xalqının qəlbini yaralamaq, bizi sındırmaqdı. Çünki yaxşı bilirlər ki, bu xalq Heydər Əliyevi necə sevir, Heydər Əliyev ideyalarına nə qədər sadiqdi və Heydər Əliyev bu xalq üçün nə qədər müqəddəsdi! Yəni bu şəkili görənlərin qəlbi sızlayır, ürəyi ağrıyır, əsəb keçirir və özünü alçalmış və təhqir olunmuş sayır.

Hətta görün nə yazırlar? Guya azərbaycanlılar həmin evi müqəddəs sayır (Heydər Əliyevin ata ocağı həqiqətən müqəddəsdi) və tez-tez bu ocağı ziyarətə gedirlər. Yabayla dovğa içmək olar, amma belə yalana inanmaq mümkün deyil.

Dilqəm Əsgərovla Şahbaz Quliyev öz doğma vətənlərində, öz doğma torpaqlarında öz evlərini ziyarətə gedəndə tutuldular və dünyanın heç bir Cinayət Məcəlləsinə sığmayan maddə ilə ittiham olunaraq ömürlük həbs olundular Ermənistan tərəfindən. Dünyada hər şeyə inanmaq olar, amma bunun analoqu yoxdu. Özü də biri tam Rusiya vətəndaşıdı, biri də 50 faiz Rusiya vətəndaşıdı, amma Rusiya öz vətəndaşının belə haqsızlığa uğramasına göz yumdu. Amma mən bilmədən Bakıda bir Rusiya vətəndaşına bir şapalaq vursam məni 6-cı kalona göndərməyəcəklər ey, ruslar bir yol tapıb Sibirə göndərəcəklər.

Amma indi həmin o şəkili paylaşan və bu barədə yazan jurnalist bildirir ki, azərbaycanlılar sərhədi keçir və gedir həmin evi ziyarətə. Allahım, sən saxla. Və biz də bunu tirajlayırıq. Deməli, Ermənistan silahlı qüvvələri bu məsələyə göz yumur. İnanırsınızmı?!

Ulu Öndərin nəsili indiki Ermənistanın, keçmiş İrəvan xanlığının Comərdli kəndindəndi. Və biləsiniz ki, həmin kənd iki dəfə yandırılıb – bir 1905-də, bir də 1918-də.

Həmin o xarici jurnalistin yazısında qeyd olunur ki, Heydər Əliyev 1923-cü ildə həmin o şəklini paylaşdığı evdə doğulub. Və guya iki il orda yaşayıb və 1925-də də Naxçıvana köçüblər. Əvvəla, bir tarix var, sənədlər var və hər şey o sənədlərə söykənir. Heydər Əliyev adi bir şəxs deyil, bütün dünyanın tanıdığı bir siyasətçidi, bir şəxsiyyətdi və SSRİ adlanan bir dövlətdə də Siyasi Büronun üzvü olub, Nazirlər Soveti sədrinin 1-ci müavini olub. Onun tərcümeyi-halında nəyisə saxtalaşdırmaq mümkün deyil. Elə Vikipediyanı açıb baxsalar görərlər ki, Heydər Əliyev 1923-cü ilin may ayının 10-da Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlib. Yəni bu saxtakarlığın ən böyüyünün biri.

Yəni əslinə qalsa, ermənilər Heydər Əliyevin ata ocağını əsrin əvvəllərində yandırıblar. İndi yenidən uydurma bir şəkli gündəmə gətirməklə Azərbaycan xalqının hissləri ilə oynayırlar, qəlblərini yaralayırlar. Biz də bilməyərəkdən onların «utkalarını» tirajlayırıq.

Çox istərdim ki, millət vəkili, şair Musa Urud bu məsələ ilə bağlı bir açıqlama versin. Çünki Musa Urudun həm Heydər Əliyev nəsliylə qan qohumluğu var, həm də 1988-ci ilə qədər Ermənistanda yaşayıb və dəfələrlə də nənələrinin yurdu olan Comərdlidə olub. Bu şəkilə daha çox o, aydınlıq gətirə bilər.

Keçək ikinci bir məsələyə. Heydər Əliyevin ata ocağını yandırmaq olar, ermənilərin buna gücü çatar. Amma Heydər Əliyevin sözünü, ideyasını, şəxsiyyətini, dahiliyini yandırmağa ermənilərin gücü çatmaz. Nəinki ermənilərin, heç kimin gücü çatmaz.

Qısası, ev yandırmaq olar, məscid də yandırmaq olar, amma sözü, əqidəni, kişiliyi heç cür yandırmaq mümkün deyil. Min dəfə «Quran» yandırıblar, amma «Quran»dakı Allah kəlamlarını yandıra bilməyiblər. İmam Hüseyni qətlə yetiriblər, amma ideyalarını qətl edə bilməyiblər. Nəsimini soyublar, amma əqidəsini, sözünü soya bilməyiblər. Babəki doğrayıblar, amma kişiliyini, vətənpərvərliyini, azadlıq arzularını doğraya bilməyiblər.

İndi qaldı ev yandırmaq məsələsinə. Mənim də Ağdamdakı evimi yandırıblar, inşallah, ondan da yaxşısını tikəcəm və tikəcəyik.

Heydər Əliyevin ata ocağını hələ əsrin əvvəllərində yandırıblar. İnşallah, gün gələcək biz həmin evi ondan da gözəl yapacağıq və həmin ev həqiqətən bir ziyarətgaha çevriləcək.

Dostlar, boş və uydurma təbliğatlara uymayın. Özünüz də bilmədən uydurma təbliğatın təbliğatçısına çevrilməyin.

Dünyaya Heydər Əliyev kimi bir şəxsiyyət vermiş bir ocağı söndürmək mümkün deyil. Əgər bu ocağı söndürə bilsəydilər həmin ocaqdan İlham Əliyev kimi bir şəxsiyyət od alıb Azərbaycanı qısa bir zaman kəsiyində dünyanın söz sahibi ola biləcək dövlətləri sırasına çıxara bilməzdi. Ulu Öndərin gözəl bir fikri var ki, Azərbaycanın müstəqilliyi əbədidir! Heydər Əliyevin ocağı da əbədidir!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-10-24
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK