ANA SƏHİFƏ / YAZARLAR

Xalid KAZIMLI: Öz yanından təəssübkeşlik, yoxsa çörək-su məsələsi?

24830    |   2018-02-28 13:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əgər bu saat durub yazsam ki, Yaponiya pis dövlətidir, aqressivdir, dünyanı qarışdırır, başqa ölkələrə barmaq eləyir, qan tökür, baş kəsir, uzağı, oxuculardan biri yazar ki, elə deyil axı, bəy.

Başqa biri də yazar ki, mənbə göstərin, link (bağlantı) paylaşın, oxuyaq, bilək, bəlkə doğrudan da elədir.

Amma heç kəs yazmaz ki, antiyapon müəllif, sən nədən qardaş yapon xalqını aşağılayırsan, ona qarşı PR aparırsan, utanmırsanmı, kimə işləyirsən, Yaponiya dövlətini vurmaq sifarişini kimdən almısan və s.

Budur, illərdir Şimali Koreyadan pis-pis şeylər yazırlar, biz də götürüb yayırıq, yerə gələndə Kim sülaləsini söyürük, pis örnək kimi vaxtaşırı adını hallandırırıq, amma heç kim demir ki, siz Pxenyana qarşı qərəzlisiniz. Bəxtiyar Hacıyev gedib gözləri ilə görüb, gəlib, təəssüratlarını paylaşmasaydı, sona qədər də elə biləcəkdik ki, dünyanın ən qəddar istibdad rejimi Şimali Koreyadadır.

Amma hazırda Bəxtiyarın yalançısı olaraq düşünürəm ki, heç də elə deyil, Kim Çen Inın adı çıxıb, papaq altda daha betər müstəbidlər var, amma adlarını bilmirik.

Xüləs, söhbət dünya müstəbidlərindən getmir, təcili şəkildə qayıdaq mətləbin yanına.

Durub Qvatemalanı, Hondurası, Myanmanı pisləsəm, yenə heç kəsdən sərt təpki gəlməz. Camaat heç fikir də verməz ki, nə yazmışam, bəlkə də inanarlar ki, düz yazıram, adları çəkilən dövlətlər gerçəkdən də pis dövlətlərdir.

Eyni şey dünya üzərindəki 200 (aşağı-yuxarı) dövlətdən 190-na aiddir. Onları söyməyə görə adamı söyməzlər.

Amma beş-altı dövlət var ki, vay, amandır, onların adını pisliyə çəkəsən, onlara qarşı bir ittiham səsləndirəsən, iddia irəli sürəsən, dərhal ortalıq qarışır.

Yox, yox, heç də həmin dövlətlərin səfirlikləri, konsulluqları, nümayəndəlikləri və ya vətəndaşları işə qarışıb, etiraz bildirmir, təkzib tələb etmirlər, bunu bizimkilər, azərbaycanlılar edir.

Özü də bunlar o adamlardır ki, yanlarında Azərbaycan dövlətini pislə, qına, yerdən-yerə vur, səsləri çıxmaz, hətta "düz deyirsən” deyər, müvafiq status yazmısansa "layk” işarəsi qoyarlar, amma ABŞ-a, Rusiyaya, İrana, Türkiyəyə bir söz deyə bilməzsən, qarşında azərbaycanlılardan ibarət xüsusi dəstə görərsən.

Onlar səni başqa dövlətlərin xüsusi xidmət orqanlarına işləməkdə, onlardan sifariş almaqda suçlayar, hətta "sübut da edərlər”.

Şəxsən mənim çalışdığım qəzeti ayrı-ayrı vaxtlarda "Qərbpərəst olmaq”da, "Rusiyaya rəğbət bəsləmək”də, "sionistlik”də, "pantürküzm”də, "Qumlu ağalara satılmaq”da ittiham ediblər.

Bildiyiniz kimi, bu, bir-birinə, yumşaq desək, dost olmayan dövlətlərə eyni vaxtda işləmək, eyni vaxtda rəğbət bəsləmək mümkün deyil. Heç bir kəşfiyyatçı bunu bacarmaz.

Belə söhbətlərə yekun vurmaq üçün ittiham edən tərəfə "yalançının atabaatasına lənət” deyə daşdan keçən arqumentlə də çıxış etmək olar, amma bu da balıqqulağı səviyyəsinə yuvarlanmaq deməkdir, yaraşmaz.

O gün Rusiya mediası ABŞ-ın Suriyada öldürdüyü muzdlu rus hərbçilərin qisasını "virtual şəkildə” almaq üçün bir dezinformasiya yayıb, guya ki, ruslar da 2 min ameriakl əsgəri öldürüblər. Başqa saytlar yazıb, biz də dədə-baba qaydası ilə kopi-past edib yaymışıq ki, oxucularımız görsün, dünyada belə söhbətlər də var.

İndi hər şey, xəbəri yazan rus mediası, xəbəri tərcümə edib yayan Azərbaycan mediası qalıb bir kənarda, bəzi "Qərbpərəst dost”lar bizi qınayır, ittihamı ittihama calayırlar. Sanasan, əkiz göydələnlərə yenicə təyyarə çırpmışıq.

Adam mat qalır, axı siz niyə Trampdan artıq amerikan, Putindən yekə rus, Ruhanidən böyük iranlı, Ərdoğandan ötə AKP-çi olursunuz? Çörəyiniz, suyunuz onlardan gəlir, yoxsa siz də "Azərbaycanın əbədi səadətinin həmin qardaş ölkələr”ə bağlı olduğunu düşünürsünüz?

Öz ölkəniz, öz dövlətiniz, öz bayrağınız, öz sərhədiniz var, belə təəssübkeşsinizsə, öz dövlətinizin təəssübünü çəkin, daha 10 min kilometr o tərəfdəki dövlət üçün camaatla niyə dalaşırsınız?

Yox, çörəyiniz, suyunuz oralardan gəlirsə, ta nə demək olar, nuş olsun, afiyət-şəkər olsun, s appetitom olsun, belə lap bon appetit olsun, amma çox həyəcanlanmayın, ürəyinizə salmayın, nəzərə alın ki, biz hamımız azərbaycanlıyıq, 1 milyon qaçqın-köçkünümüz var, 11 iqlim qurşağından 9-u bizdədir, üstəlik, neft kimi təbii sərvətimiz mövcuddur.

P.S. Yaponiya yaxşı dövlətdir, amma Rusiya və Amerika, mənə görə, yaxşı dövlətlər deyil.




İmza:musavat.com

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK