deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Nicat NOVRUZOĞLU: YOLDA DÜŞÜB YEYİB-İÇİRMİŞLƏR Adalet.az | Nicat NOVRUZOĞLU: YOLDA DÜŞÜB YEYİB-İÇİRMİŞLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Nicat NOVRUZOĞLU: YOLDA DÜŞÜB YEYİB-İÇİRMİŞLƏR

15070    |   2018-02-27 14:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkəmizi Qış Olimpiadasında təmsil edən avstriyalı soydaşımız finiş xəttinə gəlib çıxa bilmədi. Elə işarə veriləndən 3-4 dəqiqə sonra dombalaq açdı. Bu xəbəri eşidəndə xeyli güldüm. Yadıma 82-ci ildə Moskva Olimpiadası düşdü. Deməli, uzun məsafə üzrə velosiped yarışında, bilmirəm Çexoslovakiya Almaniyanı, yaxud Almaniya Çexoslovakiyanı saniyənin yüzdə birində uddu. Təxminən belə də: 2 saat 39 dəqiqə 21 saniyə və saniyənin yüzdə biri. Afrikadan olan adı yadımdan çıxmış ölkənin velosipedçiləri isə finiş xəttinə iki saatdan sonra gəlib çıxdılar.

Ağdamda çayxanada bunu deyib gülürmüşlər, bir yoldaş qayıdıb ki, əşi, yəqin yolda düşüb yeyib-içirmişlər.

Ölkədə az qala milyardlarla pul töküb bölgələrdə Avropa standartlarına uyğun Olimpiya kompleksləri tikilib. Eləcə də Qış Olimpiya kompleksləri. Və uzun illərdi fəaliyyət göstərirlər. Bir maraqlanan varmı görən həmin Olimpiya kompleksləri indiyədək nə qədər, dünya səviyyəli demirəm, orta səviyyəli idmançı yetişdirib? Məsələn, filan rayon, 15 ildi səndə Olimpiya kompleksi fəaliyyət göstərir, ölkəyə neçə idmançı vermisən? Heç bir dənə də. Rayonların adlarını da saya bilərəm, amma saymıram, çünki bu məsələyə ayrıca bir yazı həsr edəcəyik.


Az-çox üzümüzü ağardan idmançılarımız isə demək olar ki, tamamilə Bakıdakı klublarda yetişdirilir. Ölkə təkcə Bakıdan ibarət deyil axı.

İdman komplekslərinə də bir plan qoyulmalıdı, rəhbərliyinin də qarşısında, müəllimlərinin də. Yüksək səviyyəli məşqçilərdən rayonlara da göndərilməlidir və sair və ilaxır.

Bir dəfə də 3 milyona bir at aldıq, üstündə də bilmirəm kimisə oturtduq, eşşəyin hoppanıb keçə biləcəyi baryeri keçə bilmədi.

Özümüzün gözəl atlarımız var və Atçılıq Federasiyası da yaxşı işləyir. Öz atlarımıza və öz jokeylərimizə güvənsəydik nə 3 milyonumuz batardı , nə də o biabırçılıq olardı.

Sözümüz Gənclər və idman naziri Azad Rəhimovadı. Azad müəllim, bu barədə fikirləşməyə dəyər.




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK