deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Orda darıxmırsan ki, Tofiq Abdin? Adalet.az | Orda darıxmırsan ki, Tofiq Abdin? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Orda darıxmırsan ki, Tofiq Abdin?

11577    |   2018-02-24 00:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir vaxtlar Bakının hay-küyündən bezib Ağdama - ata yurduna, geniş eyvanlı evləri olan bu doğma şəhərə qayıdan Qədir Rüstəmov haqqında yazı çap etdirmişdi Tofiq Abdin. Təkcə böyük sənətkar kimi deyil, həm də qonşu kimi tanıdığı Qədir Rüstəmov barəsində. İndi xeyli uzaq görünən, 1978-ci ildə qələmə aldığı həmin məqalə belə də adlanırdı - "Orda darıxmırsan ki, Qədir?".
Tofiq Abdin Qədirlə bağlı yazını 2012-ci ildə işıq üzü görən "Onların dünəni" kitabına da daxil eləmişdi: "... Mən Qədir Rüstəmovla qonşu olmuşam. Bir işığın aydınlığında axşamlamışıq. Bir ulduzun işığında gəzmişik. Bir şəhərin gecəsində gecələmişik, bir şəhərin gündüzündə axşamlamışıq. Və nəhayət, günlərin birində rastlaşmışıq..."
Mən Tofiq Abdinlə qonşu olmamışam. Amma bir işığın aydınlığında axşamlamışıq, bir ulduzun işığında gəzmişik. Bir şəhərin gecəsində gecələmişik, bir şəhərin gündüzündə axşamlamışıq. Lakin bütün bunlar sonralar olub.
Mən daha geniş meydan axtarmaq üçün Bakıya gələndə paytaxtı öz imzası ilə çoxdan fəth etməyi bacaran Tofiq Abdin artıq İstanbulda yaşayırdı. Məzahir Əhmədzadə "Sezarın qayıtması" pritçasında həmin dövrü ustadcasına belə təsvir edib: "...Budur, indi o, Konstantinopoldadır. Yox, əgər Mehmet buranı fəth edib qurdağızlı soydaşlarına qaytarıbsa, onda İstanbuldadır. Hər halda Bosfor onun tellərini Zəki Mürenin səs kimi oxşayıb sığallayır. Sezar bu şəhərdə qəribə bir rahatlıq tapır. Ona çox tanış gələn yerlilərin dilini, davranışını elə sürətlə öyrənir ki, heç kim fərq edə bilmir. Sezar az vaxt ərzində bu şəhərdə, bu ölkədə yaşayan insanların çoxundan bu şəhər, bu ölkə haqqında məlumatlı olur. Onu çox sevirlər. Axı o, Sezardır.
Hərdən nələrisə xatırlayıb qəribsəyir..."
Və günlərin birində Tofiq Abdin yenidən Bakıya döndü. Çalışdığım qəzetin redaksiyasına telefon açaraq İstanbulda yaşadığı illərdə "Yasamaldan məktublar"ı oxuduğunu dedi, hətta təriflədi də. Beləcə əyani tanışlığımız başladı, "Praqa"nın arxasındakı mənzilində, iş yerlərində, restoranlarda qurulan dost məclisləri bir-birini əvəz elədi. Beləcə Tofiq abi ilə bir işığın aydınlığında axşamladıq, bir ulduzun işığında gəzişdik, bir şəhərin gecəsində gecələdik, bir şəhərin gündüzündə axşamladıq.
Sonra da eyni qəzetdə - "Ədalət"də çalışdıq. Tofiq Abdin yazılarını internetlə göndərdiyindən redaksiyada nadir hallarda görünürdü. Nəşriyyatın altıncı qatına qalxanda da əliboş gəlmirdi, Şamxal, Gülər kimi gənc dostlarına şokolad, saqqız bağışlayırdı. Redaksiyadakı digər əməkdaşların sovqatı isə ayrı olurdu, abinin payını "Ədalət"çilər ədalətli bölmək üçün məclis qurulurdu. Tofiq Abinin "Ədalət"ə qısamüddətli "ezamiyyəti" hamıya sərf edirdi. Onun payladığı müsbət enerjidən hər birimizə pay düşürdü, hər kəs sevinirdi. Hətta ilin on iki ayı üz-gözündən qaramat əskik olmayanlar da. Abinin gəlişi başqa bir aləm idi.
Məzahir Əhmədzadənin "Sezarın qayıtması"nda təsvir elədiyi kimi yəni: "... Budur, yenə Ədalət qalasının küçələri, yolları, saray dəhlizləri canlanır. Hamı öz işindədir, külüngü də əlində. Hamı bu qalanın əzəməti uğrunda can qoyur. Eybi yox, bəzən ortada yeyib qıraqda gəzənlər də olur. Yüz adamın yerinə külüng çalanlarsa bu anlaşılmazlığı kompensasiya edirlər-sakitcə, dinməzcə. Tomris bütün bunlara təmkinlə diqqət yetirir, hər kəsə şəfqətlə yanaşır, dünyanın, zəmanənin mürəkkəbliyini anladır, düşüncələrə sığal çəkə-çəkə səmimiliyi və ciddiliyi təlqin edir.
Sezar yenə öz hücrəsinə gəlir. O bu imtiyazı öz böyüklüyü ilə qazanıb. Və həmişəki kimi yenə də hamı ona ehtiram göstərir, yol verir. Eyni zamanda hamı onun neçə yüz, bəlkə də min il yaşı olmasına baxmayaraq qədim yunan idmançılarına bənzər cavan oğlan kimi addımlamasına heyranlıqla tamaşa edir. Qosqoca Alp Arslanın özü də bu sirrə mat qalır..."
4 il əvvəl, fevralın 24-də Tofiq Abdin yenə hamını mat qoydu. 73 yaşı olmasına rəğmən, "qədim yunan idmançılarına bənzər cavan oğlan kimi addımlayan" abimiz qəfil gedişi ilə hər kəsi təəccübləndirdi. Artıq 4 ildir ki, Tofiq Abdin Salyanın Qırmızıkənd kəndindən, Bakıdan, İstanbuldan çox-çox uzaqlardadı. İsa İsmayılzadənin, Vidadinin, Şahmarın, Həsən Məmmədovun, Pərviz Elsevərin, Oqtay Salamovun, Adil Qaçayoğlunun, Aslan Qəhrəmanovun, digər dostlarının olduğu bir yerlərdədi.
Əlim çatmasa, ünüm yetməsə, cavab gəlməsə belə soruşmaq istəyirəm - Orda darıxmırsan ki, Tofiq Abdin?



YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK