ANA SƏHİFƏ / YAZARLAR

NİCAT NOVRUZOĞLU: BİZİM MÜDİRİN DƏ FUTBOL XƏSTƏLİYİ OLMAYA DA

11631    |   2018-02-19 15:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Arada bizə bir-iki gün istirahət verir, onu da adamın burnundan gətirir. Bazar günüdü, dostlarla yığışmışıq bir yerə, istəyirik bir qismət çörək kəsək, pulumuz çatsa da bir qismət araq içək. Bir ağdamlı dostumuz var, imkanı bir az bizimkindən çoxdu, bir az yox ey, lap çoxdu, bu yazarları da sevər. Dəvət eləmişdi qəşəng yemək-içmək məclisinə. Hava da soyuq, əsl vurmalı hava.

Heç hələ süfrəyə oturmamışdıq müdir zəng elədi ki, gəl gedək futbola, bu gün «Qarabağ» Bayıl Arenada Səbaillə oynayır. Dəli oldum. İstədim ürəyimdə müdirə söyəm, gördüm nə söysəm ikimizin də dədə-balalarını tutacaq, söymədim. Nə qələt eləyə bilərdim ki? Dostlara da dedim ki, bir vacib iş çıxıb, mütləq getməliyəm.


Ürəyimdə müdirə yüngül söyə-söyə durdum gəldim, müdiri də götürüb getdim Bayıl Arenaya. Müdirlə bir-iki dəfə də futbola getmişik, VİP-də oturmuşuq, yemək də , içmək də, çay da, kofe də. Dedim, heç olmasa, eybi yox, burda alınmadı, orda alınar.

O da alınmadı. Müdir dedi ki, «Qarabağ»ın fanatları ilə birlikdə oturacağıq. Yağış, çiskin… nə isə, onlarla bir yerdə oturduq.

Amma bir az keçdi, özüm də qoşuldum o fanatlara. Nə təhər bağırıramsa: «İmarət Ağdam! Qarabağ bizimdir, bizim olacaq! Ən böyük «Qarabağ», başqa böyük yox! Qurban Qurbanov! Qurbanıq sənə!» fanklubun üzvləri də mənə baxır ki, bu hardan gəlib çıxıb bura? Hərdən müdirə baxıram, görürəm gözləri dolub. Nə qədər bağırsam da, fikrim qalıb quzu kababının yanında. Bir azdan gördüm müdir düşüb gedir, mən də onun arxasınca.

Heç demə, «Qarabağ» klubunun rəhbərliyi müdirin fanatlarla bir yerdə olduğunu görüblər, Emrah Çelikel telefon açıb ki, xahiş edirik gəlin VİP-ə, bir az da söhbətimiz var.

Ay can-ay can, əvvəllər VİP-i görmüşdüm axı. Getdik VİP-ə. Çay, kofe, şokolad, peçenye, tort, meyvə şirələri, araq da versəydilər yaxşı olardı, amma vermədilər.

Gözəl bir futbol izlədik.

Nə olsun mən «Qarabağ»ın tərəfini tuturam, «Səbail» gözəl oynadı. Şərəflə məğlub oldu. İlk dəfəydi «Səbail»in oyununu izləyirdim, ləzzət elədi belə bir klubumuz da var.

Və mən heç bilirsiz kimlərlə çay içdim? Azərbaycan futbolunun ulduzu Elbrus Abbasovla, Asim Xudiyevlə, Xəqani Məmmədovla, hətta «Qol.az»ın redaktoru Aydın Bağırovla.

Həmin gün iki qələbə sevinci yaşadım – birincisi, «Qarabağ» uddu, ikincisi də Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahandan 67 balla qələbəni.

Futbol bitdi. Fikirləşdim ki, bu qar-qiyamətdən sonra hər iki qələbəyə görə yəqin bir qonaqlıq verər. Qonaqlıq vermədi. Gətirib evinin yanında düşürəndə də mənə siqaret aldırdı, pulunu da mənə verdirdi.

Bax, bizim müdir belə müdirdi.




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK