ANA SƏHİFƏ / YAZARLAR

İÇİMİZDƏKİ ŞEYTAN - NƏFS

15379    |   2018-02-10 00:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Maraqlıdır, görəsən, Adəm(ə) Həvvanın xahişinə və öz nəfsinə uyub o meyvəni dərməsəydi və meyvəni yeyib, Cənnətdən qovularaq Yer üzünə atılmasaydılar, biz indi necə yaşayardıq? Oradakı gözəllikdən, rahatlıqdan, ədalətdən, huri-pərilərdən bezəcəkdikmi? Axı, biz insanlar malik olduğumuz hər şeydən tez bezib, yeni əyləncə axtarışında oluruq. Dünyada bu qədər əzab-əziyyətlərlə, çətinliklərlə, ədalətsizliklərlə, möhnətlə, aqressivliklə, sevgisizliklə, laqeydliklə, bəzən aclıqla, kinlə, nifrətlə, yalanla, riyayla, ikiüzlülüklə, yarınmalarla ... Uğraşmamıza rəğmən həyatdan bezməyə də vaxt tapa biliriksə, onda orada "yeknəsəq" gözəlliklə dolu cənnətdəki həyat daha bezdirici olardı hər halda...
Deyilənə görə, Adəm (ə) və Həvva nənəmiz Cənnətdən Yerə endirildikdə bir-birindən ayrı salındılar. Adəm Şri-Lanka adasına (Seylon), Həvva isə Məkkə şəhərinin yaxınlığına, hazırda Ciddə limanının yerləşdiyi əraziyə göndərilib və onlar uzun ayrılıqdan, tənhalığın əzabından, nəfsinə uymanın peşmançılığından sonra Məkkə ərazisində, Ərəfat dağında Allahın izniylə bir-birilə tapışıblar.
Cənnətdəki zümrüd yaşıllıqlardan, büllur çeşmələrdən, ruhani rahatlıqdan, huzurdan, əsrarəngiz gözəllikdən sonra... səhraya düşmək əziyyətini dadan ilk insan yenə də nəfsinə uymaqda davam edir. Və yəqin dünyanın sonuna qədər də belə davam edəcək. Çünki bunun əksi olsaydı, heç "dünyanın sonu" ifadəsi də yaranmazdı...
Həzrəti Əli (ə) deyir ki: "Ən fəzilətli cihad insanın öz nəfsi ilə olan cihaddır". Amma bu cihad hər kəsin bacarmadığı əbədi bir cihaddı.
Nədir nəfs? Bu qədər pisliklərə səbəb olan, təhrik edən bu hiss nəylə insanın gözünü boyaya bilir? Nəfs hər cür şəhvani arzu və istəklər, kin, nifrət, qəzəb, inadkarlıq və s. kimi müəyyən hikmətə görə insana verilən duyğuların nəticəsidir. Nəfsin islahı olduqca çətin, pis əməllərə meylliliyi isə həddindən artıq çoxdur. Ərəbcə ruh, cəsəd, insanın bədəni, qan, əzəmət, bir şeyin cövhəri və s. mənalar "nəfs" kəlməsi ilə ifadə edilir. Təsəvvüf anlamında nəfs - daxilində iradi hərəkət, hiss və həyat qüvvəsidir. Nəfs bədəni maddi dünyaya meyl etdirir, ondakı ləzzət və şəhvət istəklərini alovlandırır, qəlbi ülvi olmayan, ucuz, aşağı məqamlara doğru çəkir. Bu mənada nəfsin bilinməyən bir adı da elə Şeytandır. Bəzən insan nəfsani hisslərinə görə özünü qınayır, bu əməlləri təkrar etməməyi qərara alır, ancaq kifayət qədər kamilləşmədiyinə görə, yenə həmin günahları təkrar etməkdə davam edər. Nəfsini boğmağı bacaranlar bəşəri istəkləri tərk edərək ilahi xüsusiyyətlər qazana bilirlər.
Duyğularının əsiri olan insanları özünə tabe edən nəfs, heyvani arzuların və həmin arzulara təhrik edən Şeytanın özüdür və bu təsirlə də hər hansı bəd əmələ meyl edir.
Nəfsdə bitib-tükənmək bilməyən ehtiras, kin, inadkarlıq, həsəd və paxıllıq kimi müxtəlif fitri xüsusiyyətlər mövcuddur. Dünya ləzzətlərini varlığının qayəsi halına gətirən, nəfsinin qulu olan insanların axirəti gözləməyə səbri çatmaz. Yəni, yalnız dünya həyatını düşünən, bu həyata bağlanan nəfs, bundan daha gözəl və əbədi həyatın varlığı haqqında düşünmək belə, istəmir. Və özünü nəfsinə əsir edərək müxtəlif vəziyyətlərə düşür. Özbaşına buraxıldığı təqdirdə sahibini doğru yoldan uzaqlaşdıran nəfs onun kamilləşməsinə mane olar.
Xilqətində potensial olaraq mövcud olan nəfsani xüsusiyyəti insan müsbət istiqamətdə istifadə edərsə, ülviləşərək mələklərdən daha üstün ola bilər.
İnsanın nəfsi özbaşına buraxılarsa, sərhəd tanımaz və insanı biabırçılıqlara, gözdən düşməyə, nifrət qazanmağa və sonda məhvə aparar. Kim özünü islah etməyə çalışmasa, çirkin adətlər onu rüsvay edəcək. Öz nəfsinə və şəxsiyyətinə hörmət qoyan kəs, onu günahla xar eləməz. Özünə hörmət qoyan insanın isə gözündə nəfsi istəklər dəyərsiz olar.
Nəfs həmişə - Rəbbin rəhm etdiyi kimsə istisna olmaqla - pis işlər görməyi əmr edir. İmam Səccad buyurub: "Allahım! Həmişə pis işləri əmr edən, günaha tərəf tələsən və Sənə qarşı itaətsizliyə həris olan nəfsdən Sənə şikayət edirəm... Üzr və bəhanəsi çoxdur və uzun arzuları var. Ona bir ziyan dəyəndə dözümsüzlük, xeyir-bərəkət yetişəndə isə xəsislik edir. Oynamaq və əylənməyə vurğundur və qəflət və xəbərsizliklə doludur. Məni günaha tələsdirir və tövbə məsələsində bu gün-sabah edir".
Həzrəti Əli (ə): "Camaat! Nəfslərinizin tərbiyəsi ilə məşğul olun və onu adətlərinə hərislikdən saxlayın" - deyir.
Bu çağırış var - dövlət hərislərinə təsir edə bilirmi? Dünyadan dörd əlli yapışaraq gördükləri, istədikləri, arzuladıqları hər şeyə sahib olmağa çalışan acgözlərin belə nəsihətləri həzm etməyə həvəsi olarmı?
Bu günkü günümüzdə də kifayət qədər nəfsinin qulu olan insanlarla qarşılaşırıq. Dünya malından gözləri doymayan, başqalarının haqqından oğurladığını ata malı kimi xərcləyən, başqasının möhnətini, kasıblığını, aclığını düşünmədən öz kisəsinin başını doldurmağa çalışan binəvalar (əslində, elələri, kasıbları binəva hesab edir - F.R), ona verilən bu nemətin bir hesab günü olacağını heç düşünmək istəmir. Onlar üçün Cənnət də, Cəhənnəm də bu dünyada mövcuddur. Yəni, onların Cənnəti hər gün gəzdikləri, kef çəkdikləri, ləzzət aldıqları həyat, gözəl yerlər, bahalı marka geyimlər, ləzzətli yeməklər, istifadə etdikləri malik olduqları hər növ şəxsi nəqliyyat vasitələri və sairdir. Cəhənnəmləri isə, arzuladıqları, malik olmaq istədikləri daha çox var-dövlətin kəmliyi, son model avtomobilin, şəxsi vertolyotun, yaxud başqa planetdən almaq istədiyi yerin bir az ləngiməsidir. Olsun, kasıb bir daxmasından, bir parça soğan-çörəyindən imtahan ediləcək, imkanlı sayıb bitirə bilməyəcəyi var-dövlətindən...
Quran:
"And olsun nəfsə (insan nəfsinə) və onu şəklə salana. Sonra ona günahlarını və pəhrizkarlığını ilham edənə. Onu təmizləyən, mütləq nicat tapdı. Onu (günaha) batıran isə, əlbəttə ki, ziyana uğradı". (Ğurərul-Hikəm, hədis 2489).
Nəfsinizə uyaraq haram yeməyin, qəlblər qırmayın, çünki "bir insanın qəlbini qırmaq Kəbəni yetmiş dəfə dağıtmaq qədər günahdır".





YAZARIN ARXİVİ

2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-09-19
2018-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK