nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | AQİL ABBAS:SEVGİLİ EMİN ÇÖLAŞANA BİR KAÇ KƏLMƏ Adalet.az | AQİL ABBAS:SEVGİLİ EMİN ÇÖLAŞANA BİR KAÇ KƏLMƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS:SEVGİLİ EMİN ÇÖLAŞANA BİR KAÇ KƏLMƏ

40594    |   2018-02-11 10:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sayın Emin bəy, bizlər də sizin sevgili okurlarınızdanız və «Sözçü» Azərbaycanda bəlki də ən çox izlənən bir qəzetdi. Çünki bu qəzet öz ətrafına Türkiyənin ən ünlü və ən demokrat ruhlu Uğur Dündar, Yılmaz Özdil, Can Ataklı, Rahmi Turan, Necati Doğru, Söner Yalçın, Sayğı Öztürk kimi Atatürkçü yazarları toplayıb.

Siz bizim sevilə-seilə okunan bir yazarımızsız. Uzun yıllardır, sizi izləyirik. Hətta sizi «Hürriyyət» qazetəsindən haqsız olaraq çıxaranda da Azərbaycan aydınlarının çoxu buna təpgi göstərmişdi və sizi dəstəkləmişdi. Onlardan biri bən idim və bənim çalışdığım «Ədalət» qazetəsi idi. Türkiyəyə yolumuz düşəndə də bir neçə yazarın kitabını arayıb alırıq ki,onlardan biri, bəlkə də birincisi sizsiniz.

Və hərdən də sizin köşə yazılarınızı bizim qazetədə öz türkcəmizdə işləyib Azərbaycan okurlarına çatdırırıq. Sizin bugünki köşənizin də bizim okurlar üçün maraqlı olduğunu nəzərə alıb dərc etdik.

Amma bir məsələyə münasibət bildirməyi kəndimə borc bildim. Haklı olaraq «Zeytun dalı» əməliyyatında Türkiyənin təkləndiyini, xüsusilə də İslam ölkələrindən dəstək ala bilmədiyini yazırsız. Və eləcə də bu ittihamın bir ucunu da Azərbaycana tuşlayırsız: «HARDADIR BİZİM 2 MİLLƏT BİR DÖVLƏT DEDİYİMİZ AZƏRBAYCAN?... MADDİ DEYİL, MƏNƏVİ BİR DƏSTƏK DƏ AXTARIRIQ, AMMA TAPA BİLMİRİK!»

Ötən yazılarınızın birində də Azərbaycanla bağlı xoşagəlməz bir ifadə işlətmişdiz. Onda da nəsə demək istədim, amma sizə olan hörmətə görə fikrimdən daşındım. Amma bu dəfə cavab vermək zorundayam. Niyə?

Azərbaycanda belə bir fıkra var, yəqin ki, bu fıkra elə sizdə də var.

Bir şairi şahı tənqid etdiyinə görə şahın əmriylə bağlayırlar bir ağaca, sonra da şah əmr edir ki, hər kəs ona bir daş atsıın. Daşlayırlar, şair qəti səsini çıxarmır. Qan içindədi, amma susur, ah-uf eləmir. Şairin bir arkadaşı da baxır-baxır, nəhayət, şahın korkusundan o da yerdən bir kəsək götürür və atır şairə. Şair necə çığırırsa şah da təəccüblənir. Deyir ki, sənə bir belə daş atdılar, bir dəfə «uf» demədin, amma nasıl oldu ki, adi bir kəsəyə dözmədin və bağırdın?

Şair deyir:

- Şah, o kəsəyi atan mənim arkadaşımdı, ona görə çok ağrıtdı məni.

İndi sayın Emin bəy, Türkiyə medyasında bizə daş atanlar çoxdu, amma o bizi incitmir. Sizin atdığınız kəsək isə çox incidir, çünki sizi dostumuz bilirik, arkadaşımız bilirik, hocamız bilirik.

Türkiyədən bizə daş atılanda bizim aydınlar qaytarıb o daşı Türkiyəyə və türklərə atmırlar. Əksinə, bundan rəncidə olan xalqa çatdırırlar ki, o daş atanlar türklər deyillər və o daş atanlar Türkiyə demək deyil, boş verin.

Bursada bizim ay-yıldızlı bayraqlarımızı çöpə atanda təbii ki, xalqımız çox sinirlənmişdi. Amma içi mən qarışıq aydınlarımız həm televizyonlarda, həm də qəzetələrdə dedi və yazdıq ki, bir valinin və ya bir bələdiyyə başkanının bir axmaq hərəkətini türklərin və Türkiyənin ayağına yazmaq olmaz.

Eləcə də sayın cümhurbaşkanı Abdullah Gül Xocalı soyqırımının komutanını, cocuq qatilini evində ağırlayıb, xanımına ona plov bişirdəndə də biz aydınlar yenə də bu məsələyə çox soyuqqanlı yanaşdıq. Türkiyəni ittiham eləmədik, politikadır, olur belə şeylər dedik. Belə misalları artırmaq olar, istəmirəm.

İndi gələk sizin ittihamınıza.

Azərbaycan bir qardaş ölkə kimi həmişə Türkiyənin yanında olub və olacaq. Həm ekonomik baxımdan, həm də mənəvi baxımdan.

Bütün basqılara baxmayaraq, Ulu Öndərimiz Heydər Əliyev geri çəkilmədi, Türkiyənin xeyiri üçün petrol boru xəttini Ceyhana çəkdirdi, Bakı-Ərzrum qaz boru xəttini çəkdirdi. Sayın cümhurbaşkanımız İlham Əliyev heç bir dünya bankalarından kredi almadan və Gürcüstana aşağı faizlə kredi verməklə Bakı-Tbilisi-Qars dəmiryolunu tikdirdi. Təbii ki, burda Azərbaycanın öz çıkararı var. amma Türkiyənin çıkarları heç də bizdən az deyil. Azərbaycan Türkiyəyə qazı başqa ölkələrə satdığı fiyatdan ucuz satır. Yəqin ki, TANAP projesindən də haberiniz var. Bu projenin hayata keçirilməsində də sayın cümhurbaşkanımız çox böyük dövlətlərlə üz-üzə gəldi, amma geri çəkilmədi.

Azərbaycan qapılarını türk iş adamlarına açıb. Bəlkə də Azərbaycanda bine yakın şirkətləriniz fəaliyyət göstərir və para qazanır. Halal xoşunuz. Maddi dəstək necə olur?

Kaldı mənəvi dəstəyə. Biz həmişə Türkiyənin yanındayıq. Türkiyəyə atılan hər hansı bir daşı Azərbaycana atılmış hesab edirik. Heç uzağa getməyək, bu yakınlarda Praqada Ermənistanın cümhurbaşkanı Türkiyənin əleyhinə konuşmuşdu. Sayın Ərdoğan da həmin konfransda iştirak etmirdi. Onda sayın cümhurbaşkanımız İlham Əliyev qalxıb Sərkisyanın sözünü kəsmişdi və demişdi: «Türkiyə burda yoxdu, mən burdayam!»

Rusiya turistlərini Türkiyəyə buraxmayanda sayın cümhurbaşkanımız ailəsini götürüb turist kimi istirahətini Türkiyədə keçirtdi. Və sair və ilaxır.

Gələk «Zeytun dalı» əməliyyatına, çox təəssüflər ki, sizlər bizim qazetələrii və siteleri izləmiyorsunuz. İzləsəydiz bilərdiz ki, elə həmin gün Azərbaycan «Zeytun dalı» operasiyonuna çox böyük mənəvi dəstək verdi. Həm politikaçılarımız, həm aydınlarımız, yazarlarımız, həm də sivil insanlarımız. Və demək olar ki, hər gün Azərbaycanın bütün mediya kurumları «Zeytun dalı» operasiyonuna dəstək nümayiş etdirən geniş yazılar dərc edirlər. Şehid mehmetciklərə də burda yas tuturlar. Sizlər qədər bizim də ürəyimizi parçalayır mehmetciklərin şehid olması. «Başın sağ olsun, Türkiyə» deyə şəhidlərin şəkilləri qəzetlərin birinci səhifəsində dərc olunur.

Azərbaycan mediyasını izlemiş olsaydınız görərdiniz ki, elə həmin gün yüzlərlə azərbaycanlı gənc, Qarabağ döyüşçüləri, hətta əl-ayağını itirmiş Qarabağ qaziləri Türkiyə və Azərbaycan bayraqları ilə Türk Böyük Elçiliyinin qarşısına gəlib Afrində döyüşmək istədiklərini bildirmiş, həm sayın İlham Əliyevə, həm də sayın Ərdoğana müraciət imzalamışdılar ki, onların Afrində gedib mehmetciklərlə birgə terrorçularla savaşmalarına izn versinlər. Və Qarabağ savaşının kahramanı, Türkiyənin də çox sevdiyi İbad Hüseynov onunla birgə Qarabağda savaşmış arkadaşları ilə birlikdə səhərisi gün Türkiyəyə uçmuş, Hataya getmiş, mehmetciklərlə görüşmüş və «YANINIZDAYIZ!» demişdi.

Sayın Emin bəy, mənəvi dəstək nasıl olur? Əvvəldə qeyd etdim , siz Türkiyədə çox sevilirsiz və sizin kaleminizin türk kamooyunda böyük təsir gücünə malikdi. Yəni türk xalqı sizin kaleminize inanır. Sizin adi bir sözünüz qardaşlarımızı bizdən küsdürə bilər. Ona görə bu məktubu yazdım. Dostun atdığı kəsək daha çox ağrıdır axı.




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-04-02
2020-04-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK