ANA SƏHİFƏ / AVTOMOBİL

Binəqədi rayonunda 2 küçədə təmir-tikinti işləri bitir

23114    |   2018-02-06 15:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Binəqədi rayonunda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn daha iki küçədə aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir.

Avtomobil Yolları Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, 945 metr uzunluğunda olan Məsud Davudoğlu və 1.9 km uzunluğa malik Abay Kunanbayev küçələrinin hər ikisində təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, mövcud kommunikasiya xətləri ( su, kanalizasiya, qaz, rabitə, elektrik ) bərpa olunur və ya yeniləri çəkilir, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır. Aidiyəti qurumlarla birgə aparılan işlər gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Aparılan yenidənqurma işləri zamanı Məsud Davudoğlu küçəsinin eni 7-8 metrdən ortalama 12 metrə çatdırılıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb.

Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri tikilir, mövcudları isə bərpa olunur. Yol boyu piyada səkilərinin kənarlarına 2 min p/metr uzunluğunda yeni səki daşları düzülür. Sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 2 yerdə "cib”li dayanacaq hissələr yaradılıb.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınır, 15 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşünsə 70 ədəd yeni baxış qapaqları qoyulur.

Hazırda küçənin asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 10 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir.

Abay Kunanbayev küçəsində də yolun hərəkət hissəsini genişləndirilməsi işləri aparılıb. Küçə 1.3 km-lik hissədə 9 metrdən 12 metrə, 0.6 km-lik hissədə isə 7 metrdən 14 metrə qədər genişləndirilib.

Təmir-tikinti işləri zamanı yararsız qruntun qazılaraq çıxarılması, yararlı qrunt tökülərək kipləşdirilməsi, yeni əsasın inşası, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkilərinin qurulması, mövcudlarının isə bərpa olunması işləri aparılıb. Yol boyu piyada səkilərinin kənarlarına 3600 p-metr yeni səki daşları düzülüb.

Hazırda küçənin asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 22 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, 12 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşün isə 26 ədəd yeni baxış qapaqları qoyulub.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK