ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Alimentin ödənilməsində yeni mexanizmlər tətbiq olunmalıdır” - MÜSAHİBƏ

Dilarə Cəbrayılova: “Maarifləndirmə işinin əhatə dairəsi genişləndirilməlidir”

22271    |   2018-02-02 14:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Milli Məclisin deputatı Dilarə Cəbrayılova Adalet.az-a müsahibə verib. O müsahibəsində gənclərin zərərli vərdişlərə aludəçiliyinin qarşısının alınması, erkən nikah və ailə institutlarında mövcud problemlərdən danışıb, çıxış yollarını göstərib.

-Dilarə xanım, Milli Məclisin yaz sessiyası öz işinə başladı. Təmsil olunduğunuz Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən hazırlanan hansı qanunların qəbulu gözlənilir?

-Milli Məclisin yaz sessiyasının olduqca uğurlu olacağını indidən söyləmək olar. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunub. Artıq bu istiqamətdə bir sıra işlər həyata keçirilir. Bu şanlı tariximizi yaşatmaq, gənc nəsillərə çatdırmaq və cümhuriyyət qurucularının xatirələrinin əbədiləşdirilməsi bizim borcumuzdur. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik Respublika olub. O zamanın çətinliklərinə baxmayaraq demokratik seçkilərlə formalaşan bu hökumət qısa zaman ərzində dünya birliyi tərəfindən xüsusən Türkiyə ilə sıx münasibətlər qurub. Parlamentin formalaşması, qanunların qəbulu və ən əsası qadınlara seçki hüququnun verilməsi AXC-nin uğurlarındandır. Bu gün bu ənənə dövlət başçısı İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. İstər hüquqi dövlət quruculuğu, istər demokratik dəyərlərin qorunması, istərsə də qadınların seçki prosesində iştirakı və onların seçkili orqanlarda rəhbər vəzifələrə təyini Azərbaycanın demokratik dəyərlərə sadiqliyindən xəbər verir.

Təmsil olunduğum Ailə, qadın və uşaq məsələləri komitəsinin 2018-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi artıq komitədə müzakirə olunub. Yaz sessiyasında da komitə tərəfindən hazırlanan bir sıra qanunların qəbulu gözlənilir. Eyni zamanda onu da diqqətinizə çatdırım ki, komitə sədri Aqiyə xanım Naxçıvanlının rəhbərliyi altında "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında" qanun layihəsi hazırlayaraq baxılması üçün müvafiq təşkilatlara təqdim edilib.

- Yeri gəmişkən, komitəyə edilən statistikada bir məsələ diqqətdən yayınmır. Bu da alimentlə bağlıdır. Sizcə, mövcud problemin həlli mümkündürmü?

-Alimentlə bağlı problem hər zaman olub. Son dövrlərdə isə daha aktualdır. Millət vəkili kimi seçicilərin tərəfindən də mənə bu yöndə müraciətlər olur. Məsələnin həlli isə hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələdir. Ancaq onu deyə bilərəm ki, aliment probleminin qaynaqlanmasının kökündə maddi sıxıntılarla yanaşı, digər ictimai problemlər də dayanır. Azərbaycanda qanunverici baza çox təkmil və eyni zamanda əhatəlidir. Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu vəzifədən irəli gələrək, Ailə məcəlləsinin 78-ci maddəsi uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulması qaydasını müəyyənləşdirir. Həmin maddəyə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AR Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.

Mən düşünürəm ki, bu problemin aradan qaldırılması üçün digər xarici ölkələrdə olduğu kimi məcburetmə mexanizmi olmalıdır. Məsələn, Norveçdə, Danimarkada belə bir metod var ki, əgər ata aliment ödəmirsə, onda atanı məcburi əməyə cəlb edirlər. Ordan gələn vəsait aliment şəklində uşağa ödənilir. Bizdə isə belə bir mexanizm olmadığından problem daha ciddidir. Eyni zamanda düşünürəm ki, Azərbaycanda Aliment Fondu yaradılmalıdır.

-Statistik göstəricilərə görə, ailələrdə boşanmaların da sayı ötən illərə nisbətən daha çoxdur...

- Boşanmaların əsas səbəbi sosial və psixoloji şərtlərlə bağlıdır. Çünki, ailə quruluşu ərəfəsində insanların bir-birini yaxından tanımaması, ailə qurduqdan sonra daha dərindən tanıması xarakterlərdəki uyğunsuzluğu üzə çıxarır. Və ikinci başlıca amil isə sosial amildir. Adi bir iş yerinin bağlanması, iqtisadi problemlərin yaşanması ailə həyatına öz mənfi təsirlərini göstərir. Boşanma prosesinə ən ciddi təsir edən mexanizm isə tərəflərin bir-birini anlamaması, xırda bir məsələni böyük müzakirələrə çevirməsi, qadın hüquqlarının tapdalanması, xəyanət və s. bu kimi amillərdir. Bunun isə başlıca səbəbi insanların dünya görünüşünün dəyişməsi, ailə institutuna normal yanaşmanın olmaması və ən əsası valideynlərlə övladlar arasında olan boşluqlardır. Əvvəllər cütlüklərin valideynləri çalışırdı ki, ailəni qoruyub saxlasınlar, ailədə nizam-intizam yaratsınlar, sülh yaratsınlar, iti bucaqları hamarlasınlar. Amma indi əksinə olub. Çox şahidi olmuşam ki, gənc cütlüklər çalışırlar ki, aralarında olan inciklikləri valideynlərindən gizlətsinlər. Çünki elə bilirlər ki, valideynlər bilsələr, problem boşanmaya qədər gəlib çıxa bilər.
Sadalanan bu kimi halların qarşısını almaq üçün ictimai maarifləndirmə işi həyata keçirilməlidir. Bu iş Ailə Qadın və Uşaq Komitəsi tərəfindən həyata keçirilsə də müəyyən mənada yetərsizdir. Yaxşı olar ki, bu işə ictimai sektordan da ciddi dəstək olsun. KİV-lərdə, sosial mediada davamlı olaraq iş aparılmalıdır.

-Dilarə xanım, boşanmalardan fərqli olaraq gənclərin zərərli vərdişlərə yoluxması halları azalıb...

- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 24 iyun 2013-cü ildə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər Dövlət Proqramı" var. Bununla yanaşı "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsi bu sahədə ciddi irəliləyişlərə nail olmağa əsas verdi. Bu gün aidiyyəti dövlət qurumlarının icra planında bu məsələ prioritet məsələ kimi öz əksini tapır. Rayon icra hakimiyyətinin, Daxili İşlər Nazirliyinin və gənclər idarələrinin məktəblərdə keçirdikləri maarifləndirici tədbirlər nəticəsində sizin də dediyiniz kimi gənclərin zərərli vərdişlərə yoluxmasında azalmalar var. Düşünürəm ki, həyata keçirilən işlərin əhatə dairəsini daha da genişləndirmək lazımdır. TV-lərdə sosial çarxların hazırlanması və yayımı təşkil olunmalıdır. Çünki bu istiqamətdə iş görənlər heç zaman durmurlar. Onlar yeni-yeni yollarla gəncləri öz ovlarına çevirirlər.


Ədil Ədilzadə




İmza:

"Azərbaycan hər kəsin təhlükəsiz, rahat yaşadığı bir ölkədir" - Müsahibə

Xalq yazıçısının qızı: “Atam bizdən gizlin ağlayırdı” - MÜSAHİBƏ

Elçibəyin oğlu: “Atamı çox qınamışam” - MÜSAHİBƏ

ÖMRÜN 75-Cİ BAHARI

Orxan Pamuk: “Tarixdə mənim qədər dəyişiklik görən çox az yazıçı var”

“Gənc yazarların qələminə verilən dəyər bizləri daha da ruhlandırır”

“BANM-ın məzunu olmaq çox qürurverici hissdir” - MÜSHAİBƏ

KÖKÜNƏ ƏYİLƏN XAN ÇİNAR - Əbülfət MƏDƏTOĞLU

“Bakı Ali Neft Məktəbi uğurlarımın təməlini qoydu” - MÜSAHİBƏ

"Özümü tanıtmaq üçün təhqir olunmalıyam" - MÜSAHİBƏ

İsgəndər Həmidov: “Şərəfsizləri, şöhrətsizləri, üzdəniraqları televiziyalara çıxartdılar” - MÜSAHİBƏ

Mirmahmud Mirəlioğlu: “Yüz qramdan sonra ağızlarına gələni yazırlar” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2018-07-19
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK