ANA SƏHİFƏ / YAZARLAR

Bizimkilər niyə dəyişmirlər?

Züleyxa NADİR

45290    |   2018-02-02 14:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəşər yaranandan xalqlar bir-birindən çox sahələrdə fərqləniblər. Bu fərqlilik tarix boyu onları müşaiyət edərək hər millətin "boyuna, çəkisinə və yerinə” görə qəlibə salınıb. "Avropa mədəniyyəti”, "Şərq mədəniyyəti” adı etalon kimi götürülüb, eləcə də "qərbli”, "şərqli” anlayişları xüsusi əhəmiyyət kəsb edib.

Yüz illər boyu bu anlayışları özündə saxlayan qəlibin içində formalaşan mədəniyyətlər bu gün özünü daha fərqli rakursdan göstərməyə başlayıb.Nə yazıq ki, bu fərqi anlamayan, kor-korana onu təqlid edənlər arasında azərbaycanlılar da var. "Avropa mədəniyyəti”nə vurğun olan həmin insanlar ona aludə olmaqdan fəxr duyurlar. Guya ki, qərb mədəniyyətini özündə əks etdirən avropalının üstünlükləri çoxdu, şərq mədəniyyəti geridə qalıb, özündə heç bir qloballaşmanı əks etdirmir, şərqli insanlar tərəqqi edə bilmirlər, bu ərazidə yerləşən dövlətlər inkişafda ləngdirlərvə s.

Zaman dəyişdi, amma bizimkilər dəyişmədilər ki, dəyişmədilər. "Bizimkilər” deyəndə millətinə yuxarıdan aşağı baxan, dilini, dinini, mədəniyyətini aşağılayan, özünü hamıdan ağıllı, savadlı sayan, dünyagörüşünün başqalarından çox olduğunu hesab edən azərbaycanlıları nəzərdə tuturam. Çoxdu beləsi, onlarla hər gün, hər saat, hər həftərastlaşırıq, görüşürük, danışırıq. Bu adamlar nədən avropanın ətəyindən yapışıblar? Şərq mədəniyyətini, Azərbaycanın milli dəyərlərini niyə bəyənmirlər?

Şərq mədəniyyəti dünyaya meydan oxuyanda, türk əxlaqı dünya sivilizasiyasına hökmranlıq edəndə qərb hələ yeni-yeni formalaşmağa başlayırdı. Şərq elmi və mədəniyyəti, iqtisadiyyatı və siyasəti şərqin özü boyda olanda qərb ona tərəf boylanıb nəyisə öyrənməyə cəhd edirdi. Şərq mədəniyyəti formalaşanda qərb həmin mədəniyyətin mahiyyətini anlamağa çalışırdı. Şərq musiqisi, rəssamlığı, ədəbiyyatı doğan günəşin zərrin şəfəqləri altında dünya sivilizasiyasının üst qatında yer tutanda,coğrafi şəraiti sərt olan qərbdə günəşin istisi hiss olunmurdu. Şərq mədəniyyətinin mahiyyəti, əsas prinsipləri xüsusi harmoniya və ahəng qanunu ilə meydana gələndə qərb bunlardan xəbərsiz idi.Zaman-zaman şərqin bir qüdrəti olub ki, qərb bu qüdrətin kölgəsində qalıb. Tarix boyu qərb nəhəng şərqə qısqanclıqla yanaşıb. İndi dəbelədi və bu hər gün aşkar şəkildə görünür. Əsrlər boyu Şərq mədəniyyəti, əxlaqı və dünyagörüşü bəşəriyyətin aparıcı qüvvəsi olub.

Bütün bu sadaladıqlarım MƏDƏNİYYƏTdi, ƏXLAQdı.Şərqin bir parçası olan gözəlim məmləkətim – Azərbaycanım da bu mədəniyyəti, bu əxlaqı min illərdi özündə daşıyır. Bunları görməyənlər, yaxud da görmək istəməyənlər əslində mədəniyyətin, əxlaqın nə olduğunu bilmirlər. Elə bilirlər ki, mədəniyyət ən son dəbdə geyinmək, bir-iki xarici dil bilmək və bir-iki ölkəyə gedib alver etməkdir. Elə bilirlər ki, əxlaq hansisa bir avropalının davranışını götürmək, yerişini yeriməkdi. Mədəniyyət çox böyük sərvətdi, çox gözəl bilikləri özündə toplayan vərdişdi, tərbiyədi, mənəvi sərvətdi.

Azərbaycanlılar tarix boyu by sərvəti özlərindən sonrakı nəslə ötürməyə çalışıblar. Amma nə yazıqlar ki, bu gün onu özünə "ağır yük” hesab edənlər avropanın üzdə olan yüngül əxlaqını daşımağa üstünlük verirlər."Avropa mədəniyyəti”ni əlində bayraq edənlər sıradan adi insanlar olsa nə var ki?! Bunun ağrılı tərəfi odur ki, bəzi ziyalılar "Avropa... Avropa” deyərək bağırırlar. "Vəhşi şərq”, "vəhşi müsəlman” ideyaları ilə silahlanıb qərbin ucuz dəyərlərini gənclərə, yeniyetmələrə sırımağa cəhd edirlər. Doğulduğu torpağın, havasını udub, suyunu içdiyi vətənin mənəvi dəyərlərinə, milli ənənələrinə, tarixi köklərinə yuxarıdan aşağı baxırlar.

Avropa ölkələrində təhsil alanları, yaxud işləyənləri müəyyən bir məqamda anlamaq olar. Bəlkə orda hansısa üstün dəyərləri görüb Azərbaycanda da olmasının tərəfdarı qismində danışırlar. Amma Biləcəridən o yana getməyənlərin " hər şey Avropada gözəldi, burda əxlaq, mədəniyyət yoxdu, insanlar tərbiyəsizdi” deməsini anlamaq çox çətindi. Hansısa bir neqativ hərəkəti görən kimi əks fikir bildirir, xarici ölkələrə istinad edirlər ki, məsələn, Avropada, Amerikada, lap elə Rusiyada, Ukraynada hər şey gözəldi, insanlıq ucada, əxlaq yüksək səviyyədə, etik çərçivə yerindədi.

Dünyanın hər yerində hər gün qanlı cinayətlər baş verir, yüzlərlə insan qatil olur. Heç bir dövlət bu cür neqativ hallardan sığortalanmayıb. O da ki, ola dünyanın bu günkü qarmaqarışıq bir çağında -istər avropalı, istərsə də azərbaycanlı olsun - xislətində cinayətə, əxlaqdan kənar hərəkətə meyl varsa bu, bir gün özünü bir şəkildə büruzə verəcək. Əgər bu gün Azərbaycanda ailə münaqişələri baş verirsə, Avropada, Amerikada, qərbdə də eyni hal təkrarlanır. Avropada da qəddarlıq, quldurluq var, müsəlman dövlətlərində də baş verir. Avropada da qızları zorlayirlar, şərqdə də azyaşlıları ərə verirlər.

"Qərb daha mədənidi” deməklə qərbli olmaq olmaz. Avropalını yamsılamaqla nəyəsə nail olmaq mümkün deyil. Əksinə bu, təhlükəlidi, səhv yoldu. Soyuqqanlı avropalı nə zamandan istiqanlı, romantik ruhlu, qəlbi sevgi ilə dolu olan azərbaycanlıdan üstün olub? Azərbaycanlının insani keyfiyyəti Şərq ruhundan doğur. Qərbli isə xristian dəyərlərinə söykənir. Müsəlmana əxlaqsız, mədəniyyətsiz deyən dar çərçivəlilər xristian dünyasının dayaz ruhunu görmürlərmi?

Azərbaycan ziyalısının borcu, daha doğrusu, missiyası öz millətinin, xalqının mədəni potensialını qorumaq, mənəvi dəyərlərini ucada tutmaqdı. Amma "ağzının kəndiri boş olanlara” dəstək vermək çox böyük mədəniyyətsizlikdi. Bilmək lazımdır ki, belə mədəniyyətsizlik Azərbaycan bir yana, heç Avropada da qəbul olunmur. Avropa mədəniyyətindən, qərb əxlaqından dəm vuranlar bilməlidirlər ki, Azərbaycan və azərbaycanlılar unikal bir mədəniyyətə malikdirlər. Bu torpaq yüz illərlə, min illərlə şərq, qərb, yəhudi, xristian, zərdüştlük, islam mədəniyyətlərini birləşdirərək inkişaf modelini yaradıb. Bu, təkcə fərqli model deyil, həm də çox böyük xəzinədi, bitib-tükənməyən sərvətdi.Bu xəzinəni qorumaq lazımdı, mədəni sərvətimizi beş-on adamın avropa heyranlığına, qərb sevgisinə qurban vermək olmaz.

Xaricdə mədəniyyət axtaran daxili mədəniyyətsizlərin yolunu kəsmək lazımdı.




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:
- Bu nədi? Sənə nə olub?
- Ana, hər gecə saat 2-də sinif yoldaşlarımdan birinin evinə zəng vurub soruşurdum: "Tapın görüm mən kiməm?"
- Nə olsun ki?
- Heeeç. Bu gün biri tapdı.




digər lətifələr
ARXİV
FACEBOOK