ANA SƏHİFƏ / YAZARLAR

FAİQ QİSMƏTOĞLU: HƏRF

17451    |   2018-02-02 13:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Biz bir-birimizi daha çox "hərifləmək" istəyirik. Özü də o adamları "hərifləmək" istəyirik ki, onlar bizi bir o qədər də avam adam saymırlar. Amma biz heç də bu yazımızda kimlərinsə bir-birini "hərifləmə"sindən danışmaq istəmirik. Mövzumuz tamamilə bambaşqadı...

Hamımız orta məktəbə də getmişik, bir çoxlarımız ali məktəbi də oxuyub diplom almışıq və müəyyən ixtisaslara yiyələnmişik. Və orta məktəbdə oxuyanda bütün nitq hissələrinin Azəbaycan dili dərsliyində təriflərini bizə öyrədirdilər. Yəni nitq hissələrindən biri, məsələn, isim haqqında danışanda öncə müəllimlərimiz onun tərifini bizə öyrədərdilər və tələb edərdilər ki, hər bir nitq hissəsinin tərifini bilək. Təbii ki, orta məktəbdə oxuyan hər bir şagird o nitq hissələrinin hamısının tərifini bilməmiş deyil.

Mən də orta məktəbi, yekəlik olmasın, çox yaxşı oxuyurdum. Və demək olar ki, dərslərimin hamısından "beş" alırdım. Atam rəhmətlik o vaxtlar Horadiz şəhərindəki pambıqtəmizləmə zavodunda baş əmtəəşünas (tovorovet) işləyirdi. Həmin zavodun da direktoru o vaxtlar Azərbaycanın ən hündür adamı olan Tiflis Ağayev idi.

Bunu qoyum o məsələyə keçim. Bir dəfə Yüngül Sənaye Nazirliyində pambıq zavodlarının direktorlarının iştirakıyla müşavirə keçirilirmiş. Orda da Tiflis Ağayev orta cərgədə əyləşibmiş. Təzə nazir onu tanımırmış. Salona girir, Rəyasət Heyətində əyləşir və görür ki, ortada bir adam var və hamıdan çox hündürdü. Elə bilir ki, Tiflis müəllim ayaq üstə durub. Nazir üzünü ona tutub deyir:

- Ay yoldaş, əyləşin, iclasımıza başlayaq!

Tiflis Ağayev ayağa qalxaraq:

- Hörmətli nazir, məni deyirsiniz?!

Nazir görür ki, o ayağa qalxandan sonra az qala başı tavana dəyir. Təəccüblənir və dillənir:

- Ay yoldaş, əyləşin, əyləşin!

Tiflis Ağayev də əyləşir, sonra nazir onunla çox səmimi söhbət edir və görür ki, doğrudan da zavodun direktoru Azərbaycanın ən hündür adamıdı. Və onunla uzun müddət dostluq eləyir...

Sözümün canı odur ki, həmin dövrdə mən də atama kömək məqsədilə pambıq zavoduna gedərdim. Oraya müxtəlif kolxozlardan və sovxozlardan yük maşınıyla, lafetlərlə pambıq daşınardı. Pambığı da atam rəhmətlik qapanda çəkəndən sonra kənddən gələn kolxozçular maşını, lafeti pambıq tayasının yanına sürər və sonra həmin pambıq lafetdən, maşındakı meşoxlardan, bardenlərdən boşaldılardı. İki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənovanın kolxoz sədri olduğu Araytılı kəndindən pambıq gətirib tayaya boşaldan bir kişi məni çox istəyirdi. O, kolxozçu olmağına baxmayaraq, çox savadlı adamıydı. Hər dəfə mənə müxtəlif fənlərdən suallar verərdi və cavablarım da onu razı salardı. Deyərdi ki, halal olsun sənin dədənə ki, belə savadlı uşağı var. Görürəm dərslərindən "beş" alırsan. Sənə bir sual verəcəm, onu bilsən tay sözüm yoxdu. Bu sualı çox adama vermişəm, onlar da dərslərindən "beş" alıblar, cavabını bilməyiblər. İndi de görüm, hərf nəyə deyilir? Ha hıqqındım, ha fikirləşdim, cavablarım onu qane etmədi. Kişi dedi ki, az-çox yaxınlaşırsan. Ancaq dəqiq tərifini deyə bilmirsən. Mən sənə deyirəm, yaxşı-yaxşı yadında saxla. Bunun tərifini sənə nə orta məktəbdə deyəcəklər, nə də gələcəkdə qismət olsa, ali məktəbə girsən, orda söyləyəcəklər.

Doğrudan da həmin sualın cavabını nə mənə orta məktəbdə dedilər, nə də ali məktəbdə. Hətta o sualı bir dəfə bizə dərs deyən elmlər doktoruna verdim. O da bundan bərk əsəbləşib başıma olmazın oyununu açdı. Hətta az qala məni universitetdən qovdurmaq istəyirdi. Nə yaxşı ədalətli və vicdanlı insanlar mənə arxa durdular və kömək göstərdilər. Yoxsa o müəllimin insafına qalsaydı, mən bu "qəliz" suala görə çoxdan universitetdən qovulmuşdum...

... Kolxozçu kişi bir də diqqətlə mənə baxdı və dedi:

- Səsin yazılı şəklinə hərf deyilir!

... Düz 45 il bundan əvvəl deyilmiş bu tərif mənim yaddaşıma adım qədər möhkəm həkk olunub. Sonradan da orta məktəb dərsliklərinə bir daha baxdım, vərəqlədim, orda bütün nitq hissələrinin tərifini görsəm də, hərf haqqında tərifə rast gəlmədim. Hətta nəvələrimin ikisinin də dərsliyinə bir daha nəzər yetirdim və orda da bu təriflə üzləşmədim.

Bir neçə yaxın dostuma bu yaxınlarda yenə hərfin tərifiylə bağlı sual ünvanladım. Onlar da elə-belə adam deyildi. Yəni savadlı insanlardı. Hətta ikisi filologiya elmləri namizədidi. Soruşdum ki, qardaşlar, hərf nəyə deyilir? Susdular. Dedilər ki, müəllim, çox maraqlı sualdı. Amma vicdanınız haqqı, bu sualın cavabını dəqiq bilmirik. Bəlkə sən deyəsən, biz də bilək. Təbii ki, mən də bir zamanlar bilmədiyimi onların diqqətinə çatdırdım. Onun tərifini mənə Füzuli rayonunun Sovet dönəmində "1 May" kolxozunda kolxozçu işləyən bir kişi deyib və mən də onu yadımda saxlamışam. Amma nə orta məktəbdə, nə də universitetdə onun tərifini bizə kimsə deməyib. Dilim dinc durmayıb bir dəfə müəllimimizdən soruşdum. O da mənə elə əzab verdi ki, buna görə cəhənnəmi görüb qayıtdım...

.. Bir neçə jurnalist dostumdan da o tərifi soruşdum, onlardan da kimsə dəqiq cavab vermədi. Və çiyinlərini çəkib "bilmirəm" dedilər. Bir neçə gün bundan əvvəlsə işə gələndə redaksiyamızın gənc və istedadlı yazarlarından biri Emin Akifdən belə bir mövzuda yazı qələm almaq istədiyimi bildirdim. Dedim oğul, sən də savadlı bir gəncsən. Deyə bilərsən hərf nəyə deyilir? Emin güldü və dilləndi:

- Faiq müəllim, çox maraqlı sualdı, dəqiq deyə bilmərəm. Amma qoy görüm dostlarımdan kimlər bu suala cavab tapa bilər.

Bu sözləri deyib Emin Akif internetdə dostlarına müraciət elədi. Amma bir neçə dəqiqədən sonra dostlarından biri sualın 99 faiz cavabını tapdı.

Burda qəribə heç bir şey yoxdu. Çünki biz çox mürəkkəb sualların cavablarını asanlıqla tapırıq. Amma belə sadə suallarınsa cavablarını həm dərsliklərdə, həm də digər elmi ədəbiyyatlarda tapmaq müşkül məsələyə çevrilir.

Bir dəfə də bizim tələbə dostlarımız universitetdə oxuyanda hamımıza qəribə bir sual verdi:

- Pişiyin balasının adı necə adlanır?

Sözün düzü, üç-dörd gün biz hamımız bir-birimizə dəydik. Ancaq bu sualın cavabını tapa bilmədik. Amma uşaqlardan hansısa eləməyib tənbəllik, gedib Süleyman Rəhimovun romanlarının birində o adı tapmışdı. Və sabah sevinə-sevinə dostumuz auditoriyaya daxil oldu:

- Axır ki, tapdım. Pişiyin balasının adı Mavrıdı.

Biz də hamımız yığışıb ona yaxşı bir qonaqlıq verdik. İndi mən də fikirləşirəm ki, heç o vaxt hərfin tərifini deyən kişiyə heç bir şey vermədim, quru bir "sağ ol" da demədim. Amma düz eləməmişəm. Bu dəfə rayona gedəndə onu axtarıb tapacam. Sağdırsa, yaxşı bir qonaqlıq verəcəm. Rəhmətə gedibsə, mollanı aparıb məzarının üstündə "Yasin" oxutduracam...




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK