ANA SƏHİFƏ / YAZARLAR

Faiq Qismətoğlu: Dirilərdən ölülər...

9438    |   2018-01-31 12:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyanın çox qəribə və qeyri-adi işləri olur. O qeyri-adi işlər ki heç kəs, heç kim bilmir, bir gündən sonra, bir həftədən sonra, bir aydan sonra onun başına hansı hadisə gələcək. Və çox qəribədir, nə vaxtsa bu hadisə ilə üzləşəndə həmin insanlar şok yaşayır və bəzən də çıxılmaz vəziyyətdə qalaraq cəhənnəmi gözləri ilə görürlər…

Qırx-əlli il bundan əvvəl jurnalistika fakültəsini bitirən və məsul vəzifədə işləyən bir tanışımız vardı. Daha doğrusu, o qədər ürəyiyumşaq adam idi ki, tanıdı-tanımadı imtahandan kəsilən tələbə yoldaşlarımızın qiymətini yazdırardı. Özü də heç bir təmənna və maraq güdmədən. Sonradan onu yüksək bir vəzifəyə təyin elədilər. O vəzifədə olanda da heç qətiyyən dəyişmədi. Elə əvvəllər olduğu kimi qaldı.

Bu hadisələrdən iyirmi-otuz il ötdü, həmin insan birdən-birə depressiya keçirtdi, psixi xəstə oldu. Nə qohumlarına sığındı, nə də hər hansı bir imkanlı adama. Hamıdan qaçmağa, uzaqlaşmağa başladı. O qədər qaçdı, qaçdı, axırda səfil həyat tərzi yaşadı. Bir vaxtlar Milli Elmlər Akademiyasının yaxınlığındakı parkda özünə bir "ev” də düzəltmişdi. O "ev”in kənarlarına daş yığmışdı, daşın üstünü isə köhnə taxta parçaları ilə örtmüşdü. Onda bu park belə təmir edilməmişdi. Küknar ağacının altında düzəldilmiş bu "ev”də o, on il yaşadı. Sonradan elə oldu ki, park yenidən qurulanda onun tikdiyi "ev” söküldü. Həmin adam da özünə Texniki Universitetin hasarının yanında yenidən bir "ev” tikdi. O "ev”i də parkdakı kimi düzəltdi. Yanına çoxlu odun qırıntıları, qurumuş taxtalar və digər qışda lazım olan yanacaqlar yığmışdı. Hətta plasmast qablarda içməli su da gətirmişdi. Ocağı qalamaq üçün isə plasmast qaba "salyarka” doldurmuşdu. Və o "salyarka”dan soyuq qış günlərində yığdığı quru taxta parçalarının üstünə səpib ocaq qalayardı. Əyninə isə o qədər cır-cındır paltar geyinmişdi ki, yeriyəndə həmin paltarlardan səs gəlirdi. Ayaqqabı əvəzinə selofan kağızdan nəsə düzəltmişdi. Elə o selofan kağızdan düzəltdiyi ayaqqabını da ayağına geyinərdi.

Qar yağanda, şaxta düşəndə həmişə yadıma həmin adam gələrdi. Düşünərdim ki, görəsən, o bu soyuq qış gecəsində düzəltdiyi "ev”də necə gecələyir. Hansı ki biz evimizdə soba yansa da hələ yaxşı isinmirik, amma o adam bu soyuq gecədə nələr çəkdiyini özündən başqa yəqin ki, heç kim hiss etməzdi.

Bir gün də həmin ali məktəb təmir olunanda yenə onun "ev”ini dağıtdılar. Birtəhər bina ilə divarın arasındakı yerdə özünə bir məkan düzəldib gecələyərdi. Amma bunu da ona çox gördülər. Yəni o "ev”i də sökdülər. Ha gözüm axtarır, daha onu görə bilmirəm. Deyirlər ki, bir vaxtlar onun qardaşı və doğmaları gəlib onu evlərinə aparıblar. Bir neçə gün həmin yerdə qalandan sonra yenidən öz doğma "yurd”una dönüb, burda da öz səfil həyatını yaşayıb. Həmişə saqqalı az qala o qədər uzanardı ki, heç bilməzdin onun uzunluğu nə qədərdir. Üstünü basmış, his, pas bu adamı başqalarından qaçırardı. Daha doğrusu, özü hamıdan uzaq gəzər, kimsə ona çörək vermək, çay gətirmək istəyəndə əli ilə geri itələyərdi. Heç kimin minnətli-minnətsiz çörəyini qəbul eləməzdi.

Bir dəfə də onunla soyuq qış günündə, qar yağanda Yasamal qəbiristanlığında üzləşdik. Orda da özünə bir "ev” düzəltmişdi. Məni görəndə gülümsədi. Dedi ki, dirilərin yanında qalmağa qoymadılar, indi gəlib bax, bu qəbirin yanında özümə "ev” tikmişəm. Ölülər dirilərdən min dəfə sədaqətlidir. Hərdənbir qəbiristanlığın yiyəsi mənə dinclik vermir, deyinir, deyinir, çıxıb gedir. Burada elə rahat yatıram ki, heç ruhum da narahat olmur. Bilmirəm, kimin qəbridir. Hər səhər durub o qəbrin üstündəki tozu silirəm, ətrafını isə təmizləyirəm. Heç bu qəbri ziyarət eləyən də yoxdur. Nə yaxşı ki yoxdur. Yoxsa gəlib məni burdan o da başqaları kimi qovar.

Dünən axşam da Bakıda hava çox soyuğuydu. Evimizdə istilik sistemi işləsə də yenə yaxşı qızınmırdım və yadıma həmin adam düşdü. Düşündüm ki, görəsən, indi o adam bu soyuqda qəbiristanlıqdakı qəbirin yanında necə yatır. Təkcə o yox, səfil həyat tərzi yaşayan insanların bu soyuq gündə həyatı yadıma düşdü. Avropa ölkələrində belədir ki, çox soyuq olanda, qar yağanda bu səfil insanları aparıb xüsusi yerlərdə saxlayırlar, onlara isti yemək, hətta əyin-baş da verirlər. Bizdə də bunun hava çox soyuq olan, qar yağanda Əmək və əhalinin sosial müdafiəsi nazirliyi həyata keçirir. Çox yaxşı addımdır. Bunu biz alqışlayırıq.

Amma heç də şəhərdə olan bütün səfillər, kimsəsizlər bu imkanlardan istifadə edə bilmir. İndi qar yağmır deyə heç belə bir şərait də yoxdur. Bayaq Avropa dedik, Avropa ölkələrində belə soyuq havalarda səfillər kilsələrdə və digər yerlərdə gecələyə bilirlər. Onlara isti yeməklər, paltarlar verilir. Görəsən, bizim məscidlərdə də belə şərait varmı? Bununla bağlı Qafqaz Müsəlmanları idarəsinin mətbuat xidməti ilə əlaqə yaratdıq. Mətbuat xidmətinin sözçüsü Etibar Cəbrayılova həmin sualı ünvanladıq. O isə birmənalı olaraq bildirdi ki, bizim məscidlərdə belə bir şərait yoxdur.

Amma gəlin onunla razılaşaq ki, soyuq havalarda, qarlı günlərdə bu cür səfil həyat tərzi keçirən insanlar heç vaxt cəmiyyətin diqqətindən kənarda qalmalı deyil. Çünki onları da ana doğub, onlar da pis ya yaxşı bu ölkənin vətəndaşlarıdırlar. Deməli, qar yağanda, soyuq düşəndə onlar da yaddan çıxmalı deyil. Amma düşünürük ki, nə yaxşı hələ Bakıda möhkəm qar yağmayıb və möhkəm də şaxta olmayıb. Çünki möhkəm qar yağsa, möhkəm də şaxta düşsə küçələrdə gecələyən, qəbiristanlıqlarda yatan bu səfil həyat tərzi keçirən insanları don vuracaq, cəhənnəmi gözləri ilə görəcəklər.




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK