ANA SƏHİFƏ / AVTOMOBİL

Təkərlərlə bağlı tələb məcburiləşdiriləcək? – Yol Polisindən AÇIQLAMA

21692    |   2018-01-29 14:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyanın bir çox ölkəsində avtomobil sürücülərinin mövsümə uyğun olan şinlərdən istifadəsi məcburidir. Bu addımı atmaqda əsas məqsəd yollarda təhlükəsizliyi təmin etməkdir. Bu proses eyni zamanda sürücülərin maddi vəziyyətinə də təsir edir. Bəs Azərbaycanda da avtomobillərdə məcburi qaydada mövsümü şinlərin istifadəsi ola bilərmi?

Adalet.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, avtomobillərin qış təkərlərinə keçirilməsi ən çox yağıntının çox olduğu yerlərdə nəqliyyat vasitəsinin sürüşməsinin qarşısının alınması məqsədilə atılan addımdır.

"Amma ölkəmizdə iqlim şəraitini nəzərə alınaraq mövsümü şinlərin istifadəsi məcburi xarakter daşımır. Artıq yanvar ayının sonlarındayıq, hələ ki güclü qar yağmayıb. Sözsüz ki, şinlərə aid müəyyən tələblər var, bu protektorun naxışının qalınlığının ölçüləridir. Biz bunu daim deyirik ki, təkərlərdə protektorun naxışının qalınlığı minik maşınları üzrə 1,6 millimetrdən, yük avtomobilləri üzrə 1 millimetrdən, avtobuslar üzrə 2 millimetrdən az olmamalıdır. Bu qanunvericiliyin tələbidir”.

K.Əliyev deyib ki, sürücününmaddi imkanı şərait yaradırsa öz təhlükəsizliyini təmin etmək məqsədilə mövsümə uyğun olaraq qış və yay istifadə etməsi arzuolunandır.

"Sözsüz ki, bu təhlükəsizliyin təmin olunmasına təsir göstərir. Amma ən çoxu 10-15 günlük qara görə bütün sürücülərə şinləri dəyişməklə bağlı məcburi tələbin qoyulması əlavə vəsaitə gətirib çıxara bilər. Bilirsiniz ki, şinlərin də kifayət qədər qiyməti var. Ola bilər ki, bu məbləğ kiməsə çox gəlsin. Amma mənim subyektiv fikrimə görə, bir o qədər ehtiyac olmadığından yaxın gələcəkdə şinlərin dəyişdirilməsinin, istifadəsinin məcburi xarakter daşıması ilə bağlı dəyişiklik olması inandırıcı deyil. Bu sadəcə, sürücünün öz öhdəsinə buraxılan bir məsələdir. Əgər sürücü görürsə onun avtomobilinin şinləri hava şəraitinə uyğun deyil, avtomobilini bir neçə gün istifadə etməməlidir. Əgər maddi imkanı yaxşıdırsa, qış şinləri alıb mövsümə görə dəyişiklik edə bilər. Demək olar ki, bu gün ən çox istifadə olunan şinlər həm qış, həm də yay mövsümünə yararlı olanlardır”.




İmza:
SON XƏBƏRLƏR
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK