ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: AĞZINI ƏRİŞTƏ YANDIRIB?

19491    |   2018-01-26 12:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Gərək insan  oxuyanda, danışanda sözü elə ifadə eləsin ki, o sözlər onun ağzından tökülməsin. Yəni hər hansı adamın danışdığı söz, ifadə etdiyi fikir bal kimi şirin olmalıdır. Tanınmış xanəndə Əlibaba Məmmədov bir dəfə televiziyada çıxışında danışırdı ki, o oxuyanda rəhmətlik Hacıbaba Hüseynov çox narahat olub. Deyib ki, ay Əlibaba, sənin çox  gözəl səsin var. Amma  sözləri elə deyirsən ki, elə bil ağzını əriştə yandırıb. Sözlə musiqi yarıbayarıdı. Yəni əlli faiz sözdü, əlli faiz də musiqi. Gərək gözəl səsi olan xanəndə qəzəlin sözlərini də elə gözəl ifa eləsin ki, bu onun səsinə xələl gətirməsin.

Böyük sənətkar Əlibaba Məmmədov deyir ki, ustadın bu sözlərindən sonra mən  oxuduğum qəzəllərin sözlərinə, onun ifadə formasına, səslənməsinə xüsusi diqqət yetirdim. Sonradan gördüm ki, ustad xanəndənin mənim ifamdan xoşu gəldi…

Gözəl insan və böyük xanəndə Əlibaba Məmmədovun bu xatirələrini təsadüfən yada salmırıq. Düzdür, sözümüz heç də musiqiylə, muğamla və onun sözləriylə bağlı deyil. Söhbətimiz onunla bağlıdır ki, bu gün bizim bir çox tanınmış  siyasi icmalçılarımız, şərhçilərimiz, politoloqlarımız efirdə danışarkən sözləri elə deyir ki, elə bil ağızlarını əriştə yandırıb. Bəzi politoloqlarsa o qədər qəliz və mürəkkəb terminlərlə danışır, onu çətin ki, hər tamaşaçı anlasın, başa düşsün. Burda yadımıza «O olmasın, bu olsun» filmində Məşədi İbadın Həsən bəyə dediyi sözlər düşür: «Ay rəhmətliyin oğlu, sən o qədər qəliz danışırsan ki, mən «Tarixi-nadir»i yarısına qədər oxumuşam, sənin dediklərini başa düşmürəm. Bəs bu avam adamlar səni necə başa düşsünlər».

İndi Məşədi İbadın sözü olmasın, biz də «Tarixi-nadir»i oxumasaq da, ancaq az-çox özümü oxumuş insan kimi sayırıq. Yəni bizim kimi adamlar o qəliz danışan siyasi icmalçıları çətin başa düşəndən sonra bəs adi tamaşaçı necə onu anlaya bilər? Elə bir çətin fikir, çətin söz yoxdu ki, onu sadəcə ifadə etmək  olmasın. Burda yenə yadımıza rus yazıçısı Gersenin bu sözləri düşür: «Dünyada elə bir fikir yoxdur ki, onu sadə və aydın dildə ifadə etmək, başqasına çatdırmaq mümkün olmasın».

Deməli, hər şey efirdə danışandan, onun nitq mədəniyyətindən və fikri ifadə formasından asılıdır. Akademik, professor var ki, çox savadlıdır, çox da elmlidir və çox da  dərin yazılar qələmə alır. Amma  efirdə, ekranda onu dinləyəndə, qulaq asanda yorulursan və o dəqiqə əlindəki pultla kanalı dəyişirsən. Ya da görürsən ki, nə akademikdi, nə alimdi, nə də elə dərin savadı var. Amma elə gözəl danışır ki, axıra qədər onu dinləyirsən…

Görünür, gözəl danışmaq, gözəl fikri ifadə eləmək özü də bir istedaddır. Və bu istedadın olmamağına görə heç də kimisə suçlamaq və qınamaq olmaz. Amma bir halda ki, hər hansı siyasi icmalçı, politoloq televiziyaya çıxır, efirdə olur. Gərək o elə danışmalıdır ki, onu milyonlarla tamaşaçı axıra qədər dinləsin və dediklərini anlasın. Təəssüflə deməliyik ki, bizim ölkədə bu cür politoloqlar çox azdır.

Vaxtilə ölkəmizdə çox savadlı, çox səviyyəli və çox da gözəl danışan siyasi icmalçılar vardı. İndi bu ada politoloq deyillər. Onlar televiziyada çıxış edəndə hər hansı siyasi mövzuyla bağlı tamaşaçı axıra qədər bu siyasi icmalçıları dinləyərdilər. Ötən əsrin 70-ci illərində bizim ən çox yadımızda qalan və televiziyada gördüyümüz siyasi icmalçılar rəhmətlik  hüquq elmləri doktoru, professor, Milli Məclisin sabiq sədri Murtuz Ələsgərov və professor Şirməmməd Hüseynov idi. İnanın, onlar hər hansı siyasi mövzunu o qədər gözəl danışırdılar ki, tamaşaçı üçün heç bir qaranlıq məqam qalmırdı və onların danışığından da doymaq olmurdu.

Bu günün özündə də auditoriyanı ələ ala bilən, insanlarla canlı ünsiyyət yaradan siyasi icmalçı var. Başqalarının xərinə dəyməsin, amma professor Qulu Məhərrəmli kimi indi biz gözəl siyasi icmalçı tanımırıq. Çünki o, hər hansı mövzuyla bağlı o qədər zəngin bilgilər, məlumatlar, informasiyalar toplayır ki, professoru dinləyən hər hansı tamaşaçı axıra qədər məcbur olub ona qulaq asır. Burda Qulu Məhərrəmliyə bir şey də çox köməklik göstərir: çünki o, jurnalistdir, uzun müddət televiziyada çalışıb. Məhz bu sahədəki peşəkarlığı onu auditoriyaya daha da yaxınlaşdırır, doğmalaşdırır.

Bir zamanlar SSRİ dövründə çox güclü siyasi icmalçılar mərkəzi televizyada efirə çıxırdılar. Onlar o dövrdə SSRİ-nin ideologiyasına elə təbliğ edirdilər ki, həmin çıxışa qulaq asan adamın istər-istəməz bu quruluşa hörməti artırdı. Yalanı da o qədər şirin, o qədər gözəl tamaşaçıya çatdırırdılar ki, tamaşaçı bu təbliğatın yalan, ya da doğru olduğunu əsla aydınlaşdıra bilməzdi. Xüsusən də mərkəzi televiziyada tez-tez siyasi mövzuları şərh edən Valentin Zorin və Anatoli Bovin bu gün də bizim yaddaşımızda qalıb. Ona görə yaddaşımızda qalıb ki, onlar savadlı olmaqla yanaşı, həm də fikirlərini obrazlı, gözəl ifadə etməyi bacarırdılar. Tay onların ağzını əriştə yandırmırdı.

Əlbəttə, danışandan çox şey asılıdır. Elə danışarsan ki, hamı sənin danışığına qulaq asar. Yaxud da elə söhbət eləyərsən ki, camaat səndən  bezər və deyər ki, bunun danışığı lap ətimizi tökdü. Gəlin onunla razılaşaq ki, gözəl yazmaq kimi, gözəl də danışmağı Allah-Təala hər adama qismət eləmir.

Bir aya yaxındır ki, Xəzər TV-də hər səhər saat 8-də «Xəbərlər» proqramı yayımlanır. Özü də bu proqram nə az, nə çox düz iki saat davam eləyir. Onun da iki savadlı və səviyyəli aparıcısı var – biri yazıçı-şair Həmid Herisçi, digəri isə onun həyat yoldaşı istedadlı jurnalist İlhamiyyə Rza. Sözün düzü, ilk dəfə verilişə baxanda düşündüm ki, yəqin bu veriliş yorucu olar. Ancaq  bir qədər baxandan sonra gördüm yox, hər iki aparıcı tamamilə fərqli rakusdan, bucaqdan hadisələrə yanaşır. Xüsusən də Həmid Herisçinin siyasi savadına, məntiqi təfəkkürünə və hadisələri özünəməxsus bir tərzdə, şirin və orijinal dildə şərh eləməsi mənə ləzzət elədi. Şair olasan, yazıçı olsan, hər hansı siyasi icmalçıdan, politoloqdan siyasi vəziyyətə və hadisələrə daha gözəl şərh verəsən. Buna görə Həmid qardaşımıza yağlı bir «beş» düşür. Çünki orijinal yanaşma tərzi, hadisələrə qeyri-adi təhlil vermək bacarığı və eyni zamanda mürəkkəb siyasi proseslərin alt qatına enərək onu təhlil etmək təfəkkürü çox az-az aparıcıda görmüşük. Bunu adətən rus politoloqlarında görürük.

Və nə yaxşı ki, bu gün Həmid Herisçi kimi çox istedadlı bir siyasi icmalçımı deyim, şairmi deyim, filosofmu deyim, şəxsiyyətmi deyim məmləkətimizdə yetişib. Əvvəllər də onun müxtəlif televiziya kanallarında tarixi abidələrlə, inanclarla bağlı çox maraqlı layihələrinin şahidi olmuşuq və həmişə də bu istedadlı insandan yeniliklər, fərqli yanaşma  tərzi görmüşük.

Deməli, bizim ölkəmizdə də savadlı, istedadlı və  tamaşaçıyla ünsiyyət yaratmağı bacaran siyasi icmalçılar, aparıcılar var. Sadəcə olaraq, belələrinə şans vermək, imkan yaratmaq lazımdır. Məsələn, professor Qulu Məhərrəmli kimi gözəl siyasi icmalçını, politoloqu efirlərdə görmürük. Bax, ona görə də hər şey sadəyə doğru gedir və müəyyən dəyərləri  də itiririk. Amma istəsək o istedadları taparıq, üzə çıxararıq və şans da verərik ki, onlar öz gözəl fikirlərini, bilgilərini tamaşaçılara çatdırsınlar. Yoxsa ağzını əriştə yandırmış kimi danışan politoloqdan nə təməsik anlamaq olacaq…

 



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK