ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Elmar müəllim deyibsə, ATƏT-in yeni kreativ nağıllarına inanmaq olar…” - Aqil Abbas

25661    |   2018-01-19 17:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Göydən 5 rayon düşdü” deyən yazıçı-publisist indi də, deyəsən, Minsk Qrupunun kreativ nağıllarından yazacaq…

Xəbər verdiyimiz kimi, bu günlərdə Krakovda ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 6 saata yaxın davam edən görüşü keçirilib. Xarici İşlər naziri Elmar Məmmədyarov Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavabında belə deyib:"Həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb”...

Bir neçə gün öncə Moderator.az-ın "Azərbaycan nağılları: Göydən beş rayon düşdü” köşə yazısını təqdim etdiyi millət vəkili, yazıçı-publisist Aqil Abbasın ATƏT-in Minsk qrupu həmsədrlərinin yeni kreativ fikirlər irəli sürməsi məsələsinə münasibətinə öyrəndik:

-Aqil müəllim, sizin "Göydən beş rayon düşdü” yazısında Azərbaycanın işğal altındakı bölgələrinin guya qaytarılması haqda müxtəlif xarici siyasi dairələrin vədlərini nağılla müqayisə etməyiniz, rəhmətlik Nüsrət Kəsəmənlinin təbirincə "Daha nağıllara inanmıram” söyləməniz, deyəsən, həmsədrləri hərəkətə gətirdi. Xarici İşlər naziri Elmar Məmmədyarov da bundan həvəslənərək deyib ki, həmsədrlər bir sıra kreativ fikirlər irəli sürüb...

-Vallah, nə deyim... Minsk Qrupu xarici işlər nazirlərini yenə görüşdürüb... Allah axırın xeyir eləsin. Görüşlərlə bağlı mən fikrimi dəfələrlə demişəm. Bunun bir kəsə yolu var... İndi yenə hörmətli Elman Məmmədyarov deyir ki... Nədi, o söz? Dilim tutmur deməyə... Onun mənasını deyin, sonra cavab verim...

-Aqil müəllim, kreativ... Yəni, yaradıcı...

- Hə... Kreeeaativvv... Biz xarici sözlərdən ötrü ölürük. Yəqin bunun əvəzinə "yaradıcı” sözünü işlətmək olar da... Deyir, həmsədrlərin görüşü çox uzun və gərgin keçib. Çox ciddi görüş olub. Yəqin daha tez-tez görüşüb, daha ağıllı, yaradıcı təkliflər irəli sürəcəklər. Yəni, öz dilləri ilə desək, daha kreativ nağıllar düşünəcəklər... İnşallah, yaxşı olar. O təkliflərin nədən ibarət olduğunu bilmirik... Amma əgər Elmar müəllim deyirsə, yaxşı olar...

- Onda belə çıxır ki, rəhmətlik Nüsrət Kəsəmənlinin dediyinin əksinə olaraq Qarabağ haqqında təzə nağıllara inanmalı olacağıq...

-Daha Xarici İşlər nazirimizin bu sözlərindən sonra artıq nağıllara inanmaq olar... Elmar müəllim deyirsə, inanmaq olar... İndiyədək adi nağıllara qulaq asırdıq. Bundan sonra yeni, kreativ nağıllara qulaq asacağıq...



İmza:

O, BÖYÜK AZƏRBAYCANÇILIĞIN TƏMSİLÇİSİDİR

Azay Quliyev: “Girovlarla bağlı ATƏT PA-nın komitə sədrindən cavab gözləyirəm”

Səməd Seyidov: “Rusca rusların özündən də yaxşı danışıram” - MÜSAHİBƏ

Borca görə adam döyənlər saxlanıldı

Qismət : “Yazıçının avara olmasına əsəbləşmişəm” - MÜSAHİBƏ

"Özümü tanıtmaq üçün təhqir olunmalıyam" - MÜSAHİBƏ

Cavanşir Paşazadə: “Həyata keçirilən işlərin kökündə Azərbaycan xalqı dayanır”

“Dövlət əhəmiyyətli torpaqlarda özlərinə villalar tikiblər” - Cavanşir Paşazadə

DGKA-nın tələbəsi: Məqsədim gömrükçü olmaqdır

Məşhur yazıçının oğlu: - “Atam çörək qarşılığında fəhləlik edirdi”

XİN-in yeni mətbuat katibi: “2 övladım var” - MÜSAHİBƏ

Azərbaycanlı yazar: “Oğlumun adını Roman qoyacam” - MÜSAHİBƏ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK