ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: AKOP NECƏ DÖNÜB İSLAM OLDU?!

20272    |   2017-12-22 15:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Ötən əsrin 60-cı illəri. Erməni Akop çörək qazanmaq üçün öz kəndlərində iş tapa bilmir. Və iş tapsa da, heç ona yaxşı pul verən də olmur. Akop çox düşünür, çox fikirləşir və qərara gəlir ki, Füzulinin Bəhmənli kəndinə getsin. Çünki onun dədə-babası da həmişə Akopa demişdi ki, oğul, çörək qazanmaq istəyirsənsə, Bəhmənliyə get! O tərəfin camaatı çox ruzili və imkanlı insanlardı. Özü də həmişə bizə əl tutublar…

Akop da çox fikirləşmir və gəlib çıxır Bəhmənliyə. Həmin vaxtlar Bəhmənlidə yeni-yeni daş evlər tikilirdi. Və bu daş evləri də tikmək üçün usta - bənna, xarrat, suvaqçı lazım idi. Bizim kənddə də bu peşəni bilən az adam vardı. Ən yaxşı halda, hörgü işlərindən Zəkəriyyənin, Məhəmmədəlinin və bir də Nəsir kişinin başı çıxardı. Ancaq onlara da hər adam bir o qədər bel bağlamazdı. Yəni daha çox erməni ustalarına camaat inanardı. Və bu erməni ustaları da sel kimi gəlib tökülmüşdü Bəhmənliyə…

… Günlərin birində o Akop da gəlib Bəhmənliyə çatır. Ora baxır, bura baxır, görür ki, balam, burda daş ev tikdirən bir-iki adam var. O bir-iki adam da kəndə erməni ustasının gəldiyini eşidəndə sevinir. Və ən çox sevinən də Akop olur. Kəndin iki imkanlı adamı eyni vaxtda mişar daşından ikimərtəbəli ev tikdirir. Akop işə başlayır və ev tikdirən adam görür ki, sən öl, bu, öz kəndçilərindən daha yaxşı iş görür. Eyni zamanda Akop yaxşı iş görməklə yanaşı, həm də ucuz qiymətə işləyir.

… İki-üç ayın içərisində Akop camaata qaynayıb qarışır. Hətta heç Xankəndinə də qayıtmaq istəmir. Deyir ki, Bəhmənli Xankəndindən daha yaxşıdı. Özümüzünkülər bizə iş gördürürlər, qəpik-quruş verirlər. Pulumuzu verməyə canları çıxır. Amma bu bəhmənlilərə bir balaca iş görürsən, artıqlamasıyla sənə pul ödəyir. Akop yaxşı dülgər idi. Yəni xarratlıq işlərini çox gözəl bilirdi. Elə iş görürdü ki, bizimkilər onun yanında kölgədə qalırdı…

Düz 5 ay Akop Bəhmənlidə qalır. Sonra öz kəndçiləri Joraya, Vazgenə sifariş göndərir ki, nə yıxılıb qalmısınız Xankəndində, acından da qarnınız qurulduyur, tez özünüzü yetirin Bəhmənliyə! Jorayla Vazgen də həm bənna işlərini bilirmiş, həm suvaq, həm də dülgər. Onlar da başlarını Xankəndində isladırlar, gəlib Bəhmənlidə qırxdırırlar.

… Beş-altı ayın içərisində hər iki imkanlı kişinin evini bu üç erməni tikib başa çatdırır. Özü də o qədər səliqəli, o qədər gözəl əl işləri görürlər ki, adam baxanda bir də baxmaq istəyir. Evin döşəməsini, tavanını çox səliqəli vururlar. Və bu döşəmə, bu tavan o qədər gözəl olur ki, az qala boya vurandan sonra ora güzgüyə bənzəyirmiş . Erməni ustalar pulu alanda müəyyən hissəsini geri qaytarıb deyir ki, mən burda sizin çörəyinizi yemişəm, evinizdə qalmışam. Bu da onların haqqı. Ancaq ev tikdirən adamlar bunu qəbul eləmir və deyir ki, bizim camaat heç vaxt evinə gələn ustaya pulla yemək vermir və yatmağa görə də pul almır.

Akop bir aşagı baxır, bir yuxarı, deyir ki, mən belə camaat birinci dəfə görürəm. O gun Pehruzun dükanına getmişdim, beş-altı squşonnu aldım, Pehruz da pulu götürmədi. Amma bizim ermənilər olsa, nəinki pulu götürərdi, onu göydə qapardı, üstəlik də bir az çox pul alardı. Vallah, bu müsəlmanlar çox ürəyiyumşaq insanlardı. Allah bunlara ürək yumşaqlığı da verib, ruzi-bərəkət də. Bizimkilər o qədər bədsifət və bədğurdu ki, ruzi də bizdən üz döndərib. Elə imkanım olsa bu kənddə qalıb yaşayaram, o xarabaya dönmərəm…

Akop düz 20 il Bəhmənlinin çörəyini yeyib suyunu içir. Hətta kəndin xeyrinə-şərinə gedir. Və camaat da onu yaxın adam kimi qəbul eləyir. Artıq kənddə 50-yə yaxın daş evləri bu erməni ustaları tikir. Bir gün də Akop deyir ki, mən erməni olsam da, xristianam. Ancaq müsəlman olmaq istəyirəm. Onu kəndin dəlləyi Möhübbət kişi sünnət eləyir və Akop 40 yaşında dönüb olur müsəlman, adını da qoyurlar İslam. Bu söz-söhbət kəndə yayılanda hamı məəttəl qalır. Deyir ki, balam, bu Akop 40 yaşında necə müsəlmançılığı qəbul eləyib? Akop adını dəyişib İslam adını götürən bu adam da deyir ki, mən istəmirəm ki, əvvəlki dinin ənənələrini yaşadım. İslamdan gözəl heç bir şey yoxdur. Ən gözəl, ən ədalətli dindir. İslam beləcə, uzun müddət Bəhmənlidə yaşayır…

… Bir gün onun dostu Jora kənddə ev tikəndən sonra çoxlu pul alır. Və Asifin idarə etdiyi avtobusla Bəhmənlidən Horadizə gedir. Günorta avtobusa minməmişdən qabaq möhkəm yeyib-içir. O da araq içəndə pulları həmişə ona-buna paylayırmış. Avtobusa minir və yarım saatdan sonra Horadizə çatır. Əlini salır cibinə, bir dənə 25-lik çıxarıb verir Asif kişiyə ki, burda olan bəhmənlilərin hamısının pulunu çıx. Asif də pulun qalığını qaytarmaq istəyəndə Jora onu istəmir. Deyir ki, bu pulu Bəhmənlidə qazanmışam. Hansı ki, Xankəndində bizə dolanmağa imkan vermirdilər. İndi düzdü, öz elimə qayıtmaq istəyirəm. Amma bir ayağım gedir, bir ayağım getmir, ürəyim Bəhmənlidə qalır. Çünki yenə öz xarabamıza gedib oğraş adamların sifətini görəcəm. Köpəkuşağı elə ancaq özlərini düşünürlər. Xüsusən də qarnı yekə vəzifəli adamlarımız var ey, pul yığmaqdan, qızıl toplamaqdan gözləri doymur. İstəmirlər ki, onlardan başqa kiminsə dolanışığı olsun. Bir balaca kasıb adam əyninə təzə kostyum geyinəndə ona elə baxırlar ki, elə bil dəvə nalbəndə baxır. Noolub ay köpəkoğlu, sənə hər şey olar, bizə bir təzə paltar da olmaz?! Bax, bizimkilər belə köpəkuşağıdı…

Akop da, Vazgen də, Jora da düz 80-ci illərin axırına qədər Bəhmənlidə ev tikdilər, çörək qazandılar. Və axırda da vəziyyət çətinləşəndə kənddən çıxarkən ağlaya-ağlaya çıxdılar. Dedilər ki, bütün hoqqanı törədənlər bizim kimi kasıbların çörəyinə bais oldular. Onların dünya nə vecinə?! Bizə Qarabağ lazımdı? Onsuz da biz onların çörəyini deyil, Füzulinin, Cəbrayılın, Qubadlının çörəyini yeyirdik.

… O vaxt Akop da, Vazgen də, Jora da belə deyirdi. İndi bilmirəm onlar sağdı, yoxsa ölüblər? Amma bir onu bilirəm ki, sağdılarsa, Bəhmənlinin çörəyi üçün, ruzisi üçün burunlarının ucu göynəyir. Və aləmi bir-birinə qarışdırıb milləti bir-birinə düşmən eləyənlərin bəlkə də yeddi arxa dönənini söyürlər. Hələ onlar dünyanın yaxşı vaxtında özlərinin vəzifə sahiblərini, çörək verməyən imkanlı adamlarını yıxıb sürüyürdülər. Görün indiki durumda Akop, Vazgen, Jora onları neçə dəfə söyür, neçə dəfə qarğış eləyir…

Əgər sağdılarsa, bəlkə bu yazını oxudular, heç olmasa Bəhmənlini yada saldılar. O çörəyi, o duzu, o havanı xatırladılar. Onlardan sonra o sənəti öyrənən çoxlu sayda adamlar oldu. Və bu adamlar da həmişə deyirdi ki, Jora olmasaydı, Akop olmasaydı, Vazgen olmasaydı, çətin ki, bənnalıq, dülgərlik və suvaqçılıq sənətini öyrənə bilərdik. Ancaq erməni ermənidir. Onların neçə sifəti var, bunu özləri daha yaxşı bilir. Bir hadisədir, olanları götürüb qələmə aldım. Bilmirəm, buna görə oxucular məni qınayacaq, yoxsa qınamayacaq?! Və yazımın sonunu belə bitirmək istəyirəm: «erməninin pisinə də lənət, yaxşısına da!»…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK