PARTAPART...

FAİQ QİSMƏTOĞLU
44212 | 2017-12-13 12:55

Bizim millət hərcür səsə öyrəşib. Bir də görürsən ki, bir partapart başladı, az qaldı bu səsdənadamın ürəyi dayansın. Və birdən baxırsan ətrafına, görürsən ki, şükür Allaha,yaxşı qurtarmısan və ölməmisən. Bir də var ki, partapart ola və o partapartdada sənə bir güllə dəyə, sən də canını elə ordaca tapşırasan. Yadımıza böyük bəstəkar,yazıçı-publisist Üzeyir Hacıbəyovun "Partapart" felyetonu düşür. Felyetonun məzmunu belədir: "Durmuşdum,birdən partapart səsi eşitdim. Soruşdum: "O nədir?" Dedilər:"Heç, o yanda müsəlmanlar bir müsəlmanı öldürdülər". Əyləşmişdim,birdən partapart səsi eşitdim. Soruşdum: "O nədir?" Dedilər:"Heç, bu yanda müsəlmanlar bir müsəlmanı öldürdülər". Uzanmışdım,birdən partapart səsi eşitdim. Soruşdum: "O nədir?". Dedilər:"Heç, o tərəfdə müsəlmanlar bir müsəlmanıöldürdülər". Yatmışdım. Birdən partapart səsi məni oyatdı. Soruşdum:"Bəs bu nədi?". Dedilər: "Heç, bu tərəfdə müsəlmanlar bir müsəlmanıöldürdülər".

... Guya müsəlmanöldürmək elə bil ki, iki dırnaq arasında "Molla Nəsrəddin"inin sözüolmasın, bit və birə qoymaqdı".

İndi o vaxtkıpartapartla müqayisədə indiki partaparta min şükür. Onda partapartda hər dəfəbir müsəlman öldürülürdü. Amma indiki partapartda müsəlmanlar ölmürlər, ürək-göbəkləridüşür, qorxu keçirirlər, rəngləri avazıyır və s. və ilaxır.

Yolla gedirsən,bir də görürsən ki, hər hansı yüksək mərtəbəli binanın yüksəkliyindən ayağınınaltına bir partlayıcı oyuncaq atıldı. Və bu partlayıcı oyuncaq da bir səsçıxardı ki, az qala bu səsdən ürəyin getsin, ya da qulağın tutulsun. Ürəyingetməyi də, qulağın tutulmağı da çox qorxuludur. O qədər qorxuludur ki, adi birpartapartdan insan şəkər xəstəliyi də tuta bilər.

Bizdə partapartyeni ilə 15-20 gün qalmış başlayır. Və bu 15-20 gündə yolla keçən hər hansı biradam bu səsi eşidir, diksinir və həyəcanlanır. Hansı ki, ölkəmizə müxtəlifalışqan və yandırıcı oyuncaqların gətirilməsi qanunla qadağan edilib. Və hər ilölkənin giriş və çıxış nöqtələrində qeyri-qanuni yolla məmləkətimizə gətirilənbu cür partlayıcı alışqanların və oyuncaqların qarşısı alınır. Və aldığımız məlumatagörə, Dövlət Gömrük Komitəsinin sərhəd keçid məntəqələrində fəaliyyət göstərənpostlarında çoxlu sayda qeyri-qanuni yolla gətirilmiş alışqanlar, partlayıcıoyuncaqlar aşkar edilərək müsadirə edilib.

Əcəba, indi necəolub ki, artıq partapart başlayıb və camaatı əməlli-başlı qorxuya salıb. Dünənaxşam yaşadığımız binanın yanından keçəndə ayağımın altına bir partlayıcıoyuncaq atıldı. Necə partladısa, az qaldı həyəcandan birtəhər olum. Mən heç, həminanda ordan keçən əliuşaqlı qadının rəngi avazıdı və qorxusundan dodağı qurudu.Dedi ki, bu gülləni kim atdı belə? Onu yüksək mərtəbədən atan yeniyetmə uşaq isəhırıldaya-hırıldaya dedi ki, bu, güllə deyil ey, alışqandı. Bilmirsiniz, bayramgəlir?!

Belə anlarda vəbelə məqamlarda heç nə demək olmur. Bircə dişinin dibindən çıxanı o uşağınvalideynlərinə ünvanlayırsan. Valideyn bədbəxt də hardan bilir ki, uşaq çıxıb mənzilineyvanına ordan gəlib-gedənlərin ayağının altına bu partlayıcı oyuncaqları atır.Və o da elə partlayır ki, az qala adamın qulağı tutulsun.

Partlayıcı maddələrin,alışqanların və oyuncaqların qeyri-qanuni satışına görə, cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Və ənyaxşı halda burda inzibati məsuliyyət var. Və bu inzibati məsuliyyətə də qeyri-qanuni yolla həmin əşyaları sataninsanlar cəlb olunurlar. Ancaq istifadə edən şəxs heç bir məsuliyyət daşımır.Bax, burda istər-istəməz narahat olmağa dəyər. Yəni ən azından ondan istifadəedən uşaqlar və gənclər qanundakı boşluğa görə, sudan quru çıxırlar. Elə bupartlayıcılardan da ən çox adlarını çəkdiyimiz uşaqlar və gənclər istifadə eləyirlər.

Bir neçə gündənvə daha doğrusu, dekabrın 25-dən sonra bu partapartların səsi daha daçoxalacaq. Yəni indi bir neçə nəfər partlayıcıoyuncaqlardan istifadə edərək yoldan keçənlərin ayaqlarının altınaatırlarsa, göstərdiyimiz müddətdən sonra bu daha kütləvi hal alacaq. Bax, ondada camaat bu cür partaparta alışsın ki,onun səsini eşidəndə elə bilməsin atılan top, güllə, nə bilim nə səsidi. Bunaalışmaq üçün gərək adamda əməlli-başlı möhkəm ürək ola!..

Artıq polis də belə qanunsuz halların qarşısını almaq üçünciddi addımlar atır. Görünür, hələ bu da yetərli deyil. Çünki partapart səsi günbəgün daha da çoxalır. Onuyolun ortasına, insanların ayaqlarının altına atan uşaqlar və gənclər düşünmürlərki, hər hansı xəstə adam, lap elə hamilə qadın, balaca uşaq bu səsdən qorxuhissi keçirib ağır xəstəliyə düçar ola bilər.

Vallah, yenəAllaha şükür eləməliyik! Çünki bu partaprtda nə yaxşı ki, böyük bəstəkar,yazıçı-publisist Üzeyir Hacıbəyovun təsvir etdiyi hadisələrdə olduğu kimi, heçbir müsəlman, heç bir insan ölmür. Dünyanın işini bilmək olmur. Bir də görərsənki, elə bu partapartdan da kimsə qorxu hissi keçirdi, həyəcanlandı və infarkt oldu. İnfarktdən da sonra nə gəlir? Gələn Əzrayıldı...


TƏQVİM / ARXİV