ANA SƏHİFƏ / YAZARLAR

YILMAZ ÖZDİL: QÜDS

26979    |   2017-12-12 15:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

9 dekabr 2017-ci il.

Qüdsü itirdiyimizin 100-cü ildönümü.

9 dekabr 1917-ci il idi.

İngilis ordusunun komandiri Allenby Yaffa Qapısında avtomobilindən düşərək əsgərləri salamlayıb Qüdsə girdi.

Yəhva Qapısı Qanuni Sultan Süleyman tərəfindən tikilmişdir.

Londonda Westminister kilsəsinin zəngi çalınır.

Parisdə Notrdam kilsəsində xüsusi ayin düzənlənir. Papa bütün dünyaya mesaj göndərir: "Türklərə yardım edən hər hansı bir xristian dövləti mürtəd elan ediləcək”.

Orda 30 min övladımızı şəhid verdik.

Qüdsü itirməyimizə ən çox ərəblər sevinmişdi. İngilis casus Lawrence tərəfindən yönləndirilən ərəblər türklərin getdiyi, ingilislərin gəldiyi üçün "dua” edirdilər.

"Daily Telegraph” qəzetinin Qüdsdə olan jurnalisti W.T. Massey yazırdı: "Türk ordusunda xidmət edən ərəb Qızıl Xaç Xəstəxanasına gətirilmişdi. Yaşasın İngiltərə deyə bağırırdı”.

Ərəblər öz-özlərinə bir vəhy uydurmuşdular. Guya "bir peyğəmbər Nilin suyunu Fələstinə gətirdiyi zaman türklər Qüdsdən чıxacaq…” Bu yalana tapınıb general Allenbeyə Allahın peyğəmbəri deyirdilər.

Türkləri Qüdsdən çıxaran ingilis generala "peyğəmbər” adı verdilər.

Allenby Qüdsə girdi. Çox qısa danışdı.

Xalq sevinclə qarşıladı, "Xaç yürüşləri sona çatdı”, - dedilər.

O vaxt Mustafa Kamal Fələstində idi, İordan çayının sahilində vuruşurdu. İstanbuldakı həmkarlarına göndərdiyi məktubda öz müşahidələrini belə yazırdı: "Bu torpağlar çox acınacaqlı duruma düşüb, vali yox, komandir yox, ingilis təbliğatı çox. İngilis casusları hər yanda fəaliyyətdədir, yerli əhali bizim hökumətə nifrət edir. Bizdən üz döndərib, ingilislərin yolunu gözləyir. Hər gün təyyarələrdən bombadan çox vərəqələr atiılır. Düşmənin ordusu bizdən çox və qüvvətli, biz onun qarşısında bir pambıq ipliyi kimiyik”.

Şəkil altı


Qüdsdə Osmanlı alaynın bayrağı


Türk süvariləri Qüdsdə


Qəzzada türk pulemyotçuları


Türk əsgəri Lut gölünə qayıq aparır


Qərbi İordanda türk əsgərinin çörək sobaları


Qüdsdəki türk yaralıları


 Qüds qalasında türk bayrağı



 İngilis ordusunun komandiri Allenby və bizə kürəyimizdən xəncər soxan, özünü kral elan edən Feysəl

Qüdsdə bu gün yaşananlar...

Ərəb xəyanətinin nəticəsidir. Bu gerçəyi ortaya qoymadan, bu gerçəklə üzləşmədən, bu gerçəyin işığında hərəkət etmədən ərəblərlə iş birliyi quraraq Qüds məsələsini çözməyimiz mümkün deyil.




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-06-18
2019-06-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK