ANA SƏHİFƏ / MÜSAHİBƏ

ON BEŞ YAŞLI MƏHKUMLA MÜSAHİBƏ

“Burdan çıxıb ailəmə kömək edəcəm”

20565    |   2017-12-07 15:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yolumuz Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsinədir. Müəssisədə məhkumlara yaradılan şərait, onların asudə vaxtlarının səmərəli təşkili üçün mövcud vəziyyəti öyrənmək və bu barədə oxucularımıza geniş məlumat vermək üçün bir neçə saatlıq dəmir barmaqlıqlar arasında qalmalı olduq. Çətindir. Müəssisəyə bir neçə saatlıq təşrif buyursam da ordakı aura adamı yorur. Ancaq Uşaq Məhkumlara yaradılan şərait bu yorğunçuluğu müəyyən qədər hiss etdirmədi. İlk baş çəkdiyimiz yer kitabxana oldu. Müəssisə rəhbəri məlumat verdi ki, burada 45-dən artıq məhkum var ki, onların asudə avxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Kitabxanda Azərbaycan və rus dillərində çoxlu kitablar var. Eyni zamanda ümummilli liderlə bağlı guşə yaradılıb, onun həyat və fəaliyyətindən bəhs edən kitablar burda yer alıb. Müəssisədə cəzasını çəkən məhkumlar üçün bilyard, şahmat, domino və digər stol üstü oyunlar quraşdırlıb, AFFA-nın təşəbbüsü ilə futbol meydançası yaradılıb, idman zalı fəaliyyət göstərir. Məhkumlara dərs keçilit, tədris prosesin də fərqlənənlərə sertifikatlar verilir.

Burda Azərbaycanın yaşça ən kiçik məhkumu olan Ramillə (ad şərtidir) kiçik söhbətimiz oldu. Utancaq, danışmağa çəkinən Ramil məhkumluq həyatından danışdı.

-Neçə yaşın var?

-15 yaşım var. Şirvan şəhərindənəm . Statyam 151-dir. Zorlama. 8 il 6 ay iş almışam. 11 aydır ki, məhkumluq həyatı yaşayıram.

-Təqvim qaralıyırsan?

-Qaralamıram. Ancaq günlərimi sayıram.

-Burada şəraitin necədir?

-Yaxşıdır.

-Kitab oxuysan?

-Xeyr. Dərsə gedirəm

-Burda sizlər üçün gözəl şərait yaradılıb. Ancaq bayaqdan baxıram heç nəyə fikir vermirsən. Niyə? 

-Bilmirəm. Nəsə heç nəyə marağım yoxdur. Dərslərimi oxuyuram.

-Hansı fənni xoşlayırsan?

-Hamısını.

-Gələcəkdə nə olmaq istəyirsən?

-Gələcəklə bağlı.. Nə bilim..

-Sıxılırsan burda?

-Yox

-Evdə neçə nəfərsiniz?

-Qardaşım var. 17 yaşındadır.

-Yanına gəlib gedirlər?

-Bəli

-Buradan çıxandan sonra nə olmaq istəyirsən?

-Ağıllı insan

-Bura sənə nə öyrədib?

-Bilmədiklərimi, həyatı.. Çox şey öyrədib. Qanunları.

-Hansı qanunları?

-....

-Çox danışmağı sevmirsən, deyəsən. Bilmək olar nəyi düşünürsən?

-Azadlığa çıxmağı.

-Çıxıb neynəyəcəksən?

-Ailəmə kömək edəcəm.


Ədil Ədilzadə




İmza:

Elçin: “Artur Rasizadə ilə həmişə Azərbaycan dilində danışmışam” - MÜSAHİBƏ

Ali sovetin keçmiş sədri: “ “Ona dedim, a kişi, bu milləti niyə biabır edirsən?” - MÜSAHİBƏ

Faiq Qismətoğlu: TOY KARVANLARI ÖLÜM SAÇIR

"Deyirdi, qoyma məni "Azdrama"dan götürsünlər" - Fuad Poladovun xanımı

Fuad Poladovun yayımlanmayan müsahibəsi: “İstəyirəm ki, bu narazılıq..."

Ramil Usubov: “Heydər Əliyev gözləmədiyim halda məni daxili işlər naziri təyin etdi”

Jan Valjan "Ədalət"də - MÜSAHİBƏ

“Ruslar Ermənistanı satqın dövlət kimi qələmə verir” - Müsahibə

Yafəs Türksəs arvadını niyə boşadı? - MÜSAHİBƏ

Tanınmış qiraətçi: “Canlı yayımda söyüş söyüb biabır olaram” - MÜSAHİBƏ

Yasda məni az qala öldürmüşdülər... - MÜSAHİBƏ

Elcan Rəsulov: "18+ solo konsert verəcəm" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2018-05-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.85%)
"Liverpul" (46.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kürəkən qayınanasına SMS yazır:
- Sizin istehsal etdiyiniz məhsul (qızını nəzərdə tutur) zaydır, heç bir işə yaramır. Nə yemək bişirə bilir, nə də paltar ütüləyə bilir.
Qayınana cavab yazır:
- Məhsul neçə il bundan əvvəl satıldığına görə, istehsalçı məsuliyyət daşımır...




digər lətifələr
ARXİV
FACEBOOK