Adalet.az | «QABİL» Adalet.az | «QABİL» Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

«QABİL»

Əbülfət MƏDƏTOĞLU

10966    |   2017-11-27 12:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mahir Qabiloğluna oxucu təşəkkürü

Gəlin açıq danışaq. Bu gün ədəbi cameədə qəribə bir tendensiya var. Yəni dünyasını dəyişmiş söz adamlarımıza ikili münasibət birmənalıdı. İstər dünyasını dəyişən həmin söz adamının şəxsi keyfiyyətləri, yəni yaradıcılıq imkanları, istər onun özündən sonra qalan varisləri…

Bax, əgər bu dediyim fikir yuxarılardan dəstəklənirsə, onda həmin müəllif unudulmur. Yəni o, ara-sıra gündəmə gətirilir, xatırlanır və onun söz boğçası tez-tez açılıb oxucu qarşısında sərilir. Və yaxud imkanlı (söhbət maddi durumdan gedir), ya da vəzifəli varisi varsa, onda da həmin dünyasını dəyişmiş ədəbiyyat adamı bizimlə bir yerdə olur. Amma Kərəmi onda ağlamaq tutur ki, dünyasını dəyişmiş ədəbiyyat adamının və yuxarıda xatırlayanın, həm də maddi imkanı olan varisi olmasın…

Bu dediyim fikir kiməsə xoş gəlməyə bilər. Olsun, hər kəs öz fikrində sərbəst və hüquq sahibidir. Mən bunları görə-görə gəlmişəm. Xüsusilə müstəqilliyimiz illərində bu daha çılpaq bir şəkildə ortaya çıxıbdı. Birmənalıdır ki, yuxarıdan və ya övlad tərəfindən gündəmə gətirilməyən ədəbiyyat və incəsənət adamları – şair, yazıçı, rejissor, aktyor və digərləri yaddaşda ilişib qalır, o da xalqın yaddaşında. Gündəmin isə sahibləri başqaları olur. Hətta bəzən onların üzərinə basqılar da edirlər, haqlı, ya da haqsız. Bax, bütün bunların fonunda mən yazı masamın üstündəki yeddi cildliyi çox böyük sevgiylə gözdən keçirirəm. Öncə ona görə ki, bu yeddi cildliyin müəllifi haqq dünyasına qovuşsa da, səhv düşən yerimizi bizə göstərən xalq şairi Qabildir. Onun dediyi kimi, biz müsibət ola-ola səhv düşən yerlərimizi görmürük. Əksinə, o müsibətə müsibət qatırıq. Lakin bir məqam var. O məqamın da ipucu Qabil sözünün hökmündə, çəkisində, necə deyərlər, vəznindədi. Onu görməmək, ondan yan keçmək heç də asan deyil. İllah da, meydanda Mahir ola. Yəni Mahir Qabiloğlu!


Çox dəyərli Mahir bəy, bu yazını bir oxucu sevgisiylə sizə ünvanlayıram. Çünki siz çox savab bir iş görmüsünüz! Mənim nəzərimdə hətta Həcc ziyarəti qədər savab bir iş! İkincisi, siz övlad, oğul kimi ata qarşısında çiyninizi Qabil yaradıcılığının ağır yükünə dayaq verib onu bütöv bir halda ortaya qoymusunuz. Üçüncüsü, siz xalq şairi Qabilin külliyatını bizə təqdim etməklə düzünü deyim ki, həm də özünüzün ədəbiyyatsevər, söz fədaisi kimi də gələcək taleyinizi sığortalamısınız. Nə vaxt, hansı anda, hansı yerdə əlimizi bu kitablara uzatsaq. Və nə vaxt hansı yerdə, hansı ovqatla Qabil poeziyasından nümunləri dilimizə gətirsək… onda şəxsən mənim yanımda siz də olacaqsınız. Mən bu fədakarlığınıza, Qabilə olan sevginizə və nəhayət, övlad missiyanıza görə sizə çox-çox təşəkkür edirəm.

Dəyərli oxucular! Hər kəsin öz baxış bucağı var və bu bir həqiqətdir ki, hər söz, hər yazar etalon deyil. Mənim sevdiyim yazıçını, şairi, aktyoru, rejissoru sizlər sevməyə bilərsiniz. Bu sizin haqqınızdır. O cümlədən də xalq şairi mərhum Qabil müəllimə də hər birinizin fərqli münasibəti ola bilər. Amma mən bütün fərqləri bir kənara qoymaqla demək istəyirəm ki, bu gün ortalıqda olan və çox nəfis şəkildə çap olunmuş xalq şairi Qabilin yeddi cildlik əsərləri ədəbiyyatımız üçün hadisədir. Bu kitablardakı yaradıcılıq silsiləsinin ardıcıllığı, Qabilin bütün söz dünyasının toplanması bizə bəlli olmayan yazılarının da işıq üzü görməsi və nəhayət, yeddi cilddəki fotoların hər biri tarix olmaqla yanaşı, həm də bir ömrün əksidi, ifadəsidi, bir şair taleyinin cizgiləridi. Mən Qabilin yaradıcılığını, sözünü şərh etmək, araşdırmaq, onu hansısa bir formada ələmək fikrindən həm uzağam, həm də bu mənim gücüm daxilində deyil. Çünki Qabil ədəbiyyatda yeri, möhürü, özü və sözü olan adamdı. Sadəcə, mən bu külliyyata baxdıqca şəxsən tanıdığım, barəmdə xoş sözlər söyləmiş, müəyyən məqamlarda haqqımı qorumuş bir xalq şairinin yaddaşıma hopmuş mənə məlum günlərini gözümün önündən keçirdim. Şəkillərə baxdım və bir anlıq da olsa doğulduğum Qarabağ, Tuğ kəndinə qayıtdım. Onun bu kəndə səfərini və bu səfər zamanı bizə yaşatdığı anları təkrar yaşayıram…

Çox hörmətli Mahir Qabiloğlu, siz yeddi cildliyi bir övlad sevgisiylə yanaşı, həm də naşir peşəkarlığı ilə tərtib etmisiniz. Ailə albomundan seçdiyiniz fotoların hər biri bunu bir daha sübut edir. Çünki bu fotolarda Qabil təkcə görünmür, həm də yaşayır, düşündürür və bizimlə yanaşı dayanır . Bütün bunlara görə, xalq şairi Qabili təkrar bizim dünyamıza gətirdiyinizə görə, sizə oxucu və çiynimdə haqqı olan ustada baş əyib onun ruhuna minnətdarlığımı, sizə isə can sağlığı arzularımı çatdırıram. Var olun!




İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK