Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | VAXT GÜNAHKARI Adalet.az | VAXT GÜNAHKARI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

VAXT GÜNAHKARI

Əbülfət MƏDƏTOĞLU

17604    |   2017-11-24 17:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kürəyə sancılan xəncərin sızıltısı

Biz elə bir cəmiyyətdə, elə bir dünyada və ən vacibi elə bir məmləkətdə yaşayırıq ki, gördüklərimiz, eşitdiklərimiz, içərisində olduqlarımız bəzən nə kitablara, nə qanunlara, ən əxlaqa, nə insanlığa sığışmır. Hansı bucaq altında, hansı prizmadan baxırıqsa baxaq, yenə inanmaq olmur ki, bütün bunları insan edir və bütün bunların damarında bir insan tərbiyəsi dayanır…

Təəssüf! Etiraf etməliyik ki, inanmadığımız həmin öncə söylədiklərimiz bugünün reallığıdır. Və biz də bu reallıqla barışmağa məcburuq. Başqa yolumuz da yoxdur. Guya barışmayıb nə edəcəyik. Onsuz da dəyirman bildiyini edir. Və əgər dəyirman bildiyini edirsə, istər dəyirmançı ol, istərsə də dəyirmana gələn. Zatən üyünəcəksən bu dəyirmanda. Elə üyünə-üyünə də əriyib gedən ömrün arxasınca boylanacaqsan… gözün, nəzərlərin gedib sancılan nöqtəyə qədər!.. Həmin o nöqtədən o tərəfdə isə daha bir baxmaq, görmək məsafəsi qalacaq. O isə lap uzaq xatirə olacaqdı. O qədər uzaq ki, xatırlamaq səndən güc istəyəcək, özü də yaddaş gücü və əgər o gücü özündə tapsan, baxacaqsan, görəcəksən. Tapmasan…

Hə, burda da deməyə söz qalmır. Amma mən hərdən düşünürəm ki, səndə o güc olacaq. Çünki səni baxmağa vadar edən bu günün özü o günün köynəyindən çıxıb gəlib. Gələndə də özündən kəsib ata bilmədiyin, yaddaş kartından silinməsi mümkün olmayan bir gerçəklik gətirmisən özünə ömür saydığın, özünü onda tapdığın və onu da özündə gördüyün gerçəklik…

Bəli, mən elə bu düşüncələrin içərisində ağlımdan nə vaxtdı gəlib keçən misraları kağıza köçürürəm. Və bir də görürəm ki, kağıza köçürdüyüm misraları elə sizə də söyləyirəm. Deyirəm ki:


Bitir, sovurulur artıq

Ürəyimin həvəsi…

İstəsən büküb saxla…

Öləzəyən nəfəsi –

Hərdən sığınmaq üçün….


Zamanın xırmanında

Ömrün günlərin ələt…

Həyatın bir anında

Dözümümə min lənət -

Belə yıxılmaq üçün…


Dua edək Allahım

Bizi bizdən almasın…

Əgər varsa günahım

Sevgimdən iz qalmasın -

Sənə, sıxılmaq üçün!..

***

Hə, mən elə bu misraları pıçıldaya-pıçıldaya yaşantılarımı göz önünə gətirməyə çalışıram. Onların içərisində həyatın çox mənalı tərəfləri ilə yanaşı, ağrılı-acılı, hətta bəzən adamı intihara tərəf çəkən məqamlarını da görürəm. Və etiraf edim ki, həmin intihara çəkən məqam getdikcə daha çox güclənir. Sanki hansısa bir qüvvə, hansısa bir cazibə çəkir məni o istiqamətə. Elə bilməyin ki, bu fikirlərlə sizin qəlbinizin həssas nöqtələrinə toxunmaq, bir rəhm aurası yaratmaq istəyirəm. xeyr! Gerçək nədisə budur! Və bu gerçəyin içərisindəki şah damara özü də artıq o intiharın hənirini duyur, onun addım səslərini eşidir… İndi elə bir zamanda yaşayırıq ki, intihar da adiləşib. Bütün ölümlər kimi, intiharlar da insanda ötən əsrdə yaratdığı əks-sədanı yarada bilmir. Bunun bir səbəbi atəşkəsini yaşadığımız müharibə olsa da, ikinci səbəbini mən informasiya bolluğunda görürəm. Çünki günün istənilən məqamında dünyanın bu və ya digər nöqtəsindən törədilən qanlı cinayətlər, terror, qətl və digərləri barəsində bir-birindən üzücü xəbərlər alırıq. Təbii ki, bu da yaddaşımızda öz izini açır, öz təsirini canımıza hopdurur və beləcə, ölümlər də adiləşir, ölənlər də. Deməli, bir anın içərisində itirməyin qorxusunu yavaş-yavaş unutmağa başlayırıq. Düşünmürük ki, unutduqca özümüz də unuduluruq…. İtirdikcə özümüz də itirik… Nə yazıqlar ki, biz, elə mənim özüm də yazdıqlarımı, sizə söylədiklərimi bildiyim halda, elə mən də unuduram, elə mən də itirirəm. Elə mən də unuduluram, elə mən də itirilirəm. Nə isə…

Hə, bir işıq görəndə, bir iynə ucu boyda köz işartısını, qor istisini ovcumda hiss edəndə həyatın etdiyinə ümumiyyətlə, mövcudluğuna azacıq da olsa inamım yaranır. Və o inam da mənə elə dediyim iynə ucu boyda həvəs də qaytarır. Elə yapışıb o həvəsdən, o inamdan yenə üzümü sənə tərəf çevirirəm. Axı sən o inamın, o yaşam həvəsinin içərisində baş verənlər üçün stimul yaratmısan, səbəbkar olmusan. Mən də səndən aldığıma güvənib demişəm ki:


Məndən sənə məsləhət

bilməzsən

unudarsan özünü

xatirələr

səni

mənli günlərə çəkər…

bax onda,

işdi

yadına düşsəm,

üzülmə…

sıx dişini

və sakitcə gör

gündəlik işini…

hətta

televizoru da aç,

qoy danışsın

başın qarışsın

sonra

həmişəki kimi

telefon zəngləri,

qapının döyülməsi,

qonşunun cır səsi,

qatıq satanın

«nərəsi»…

yəni həyat qayğılarının

bu düzümlə

və səndəki

dözümlə

davamı…

inan ki,

unutduracaq məni

elə mən də

bacardığım kimi

çalışacam

unutduram

özümü ki,

üzülməyə

qoymasın səni!..

****

İndiki nəslin bəlkə də heç ağlına da gəlmir və yaxud da ağıllarına gəlsə də, təkrar etməyi xoşlamır. Çünki deyəcəyim fikir daha çox sovet dönəminə aiddi. Həmin o dövrdə tez-tez təkrar olunan bir fikir var idi. Şüar xarakteri almışdı. Deyirdi ki:

- UNUTSAQ UNUDULARIQ!

Heç bilmirəm hardan yadıma düşdü, hardan gəlib qapımı döydü. Amma inanıram ki, bu təsadüf deyil. Çünki bir deyim də var. Həmin deyimə görə də söz sözü çəkir… İndi düşünürəm ki, unudulmağın astar üzünü düşünmək, onu göz önündə saxlamaq heç də pis olmaz. Axı, bu unudulmaq özü əslində bir güzgüdü. Ona baxıb özünün özündən sonrakı gününü fəhm etmək, xəyal qurmaq çox asan olur. Doğrudur, güzgüdə əyri görmək istəyənlər mənim dediklərimi qəbul etməyəcəklər. Amma mən öz bildiyimdə qalıram. Çünki unudulmağın təkcə mehini yox, küləyini də yaşamışam, canımda-qanımda hiss etmişəm, qasırğası da üstümə tərəf çaparaq gəlməkdədi. Və mən elə yazımın bir məqamında dediyim kimi, intihar qoxusu da həmin o çaparaq gələn qasırğadan yararlanır. Siz düşünməyin ki, bu təbii hadisələrin fonunda söylədiklərim şair sözüdü. Yazının damarına buz qatmaq üçündü. Əsla! Əksinə, mən get-gedə daha dəqiq və daha çox dərk etməyə başlamışam ki, kimliyindən asılı olmayaraq, hər an qurbanlıq olduğunu adım kimi, soyadın kimi gərək yadında, yaddaşında dəqiq saxlayasan. Necə deyərlər, saatından, yerindən asılı olmadan harda, nə vaxt soruşsalar, necə deyərlər, gözüyumulu söyləməyə hazır olmalısan…

Hə, hadisələrdən, sifətlərdən danışanda bir məqamı nəzərdə tutmuşdum. İndi o məqama qayıdıram. Dönürəm tarixin arxada qalan bir gününə… qayıdıram bir hadisənin üstünə. Və baxıb görürəm ki, söylənilən, nəyəsə hesablanan sifarişlər, tapşırıqlar, daha nə bilim nələr özünün kimlərsə tərəfindən hesablanmış nəticəsini ortaya çıxaranda qurbanlıq olanın təkcə başı kəsilmir. Onun həm də ürəyi tapdalanır, ruhu öldürülür. Müəyyən zamandan sonra təkrar vurulan zərbə ölən ruhu da, tapdalanan ürəyi də elə bir hala salır ki, ona nə ruh demək olur, nə ürək. Nə də bənzədiləsi heç nə tapa bilmirsən ki, bu deyilənləri ona şamil edəsən. Və dərin düşüncələri, kürəyə saplanan xəncərin, yarıyolda qalan ümidi, söndürülən işığın nə demək olduğunu, ümumiyyətlə, nələr ortaya qoyduğunu sözə çevirmək, yazıya köçürmək insanın, daha doğrusu, ölümün dirilərə yazdığı məktub kimi oxunulmaz olur. Tam dəqiq ifadə etsəm, bu məktubu oxumaq dediyim halları yaşamaq demək olduğundan hamı qaçır bu məktubdan. Heç kim ona tərəf əlini uzatmır. Mən də çəkilmişəm öz içimə, öz dünyama, öz tənhalığıma, öz kimsəsizliyimə. Məni də məcbur edən kürəyə saplanan xəncər, ürəyi tapdalayan addım oldu. Həmin an ilk ağlıma gələn səndən kömək istəmək, sənin əlindən yapışmaq idi.

Amma sonra düşündüm ki, yaşadıqlarımı sənə yaşatmaq haqqım yoxdur. Haqqım olmadığı halda haqq ummağın özü də ağrıdı. Deməli, mənim ümidim sözə, qələmə qalıbdı. O sözə ki, onu bəlkə nə vaxtsa kimsə sənin üçün oxudu.


Gülüm, mən bu həyatın

Tapmacasın tapmadım…

Nə ələyin ələdim –

Nə kündəsin yapmadım…


Dəyirman daşı kimi

Mən öz içimi ovdum…

Sevincin izlərini –

Səssizcə silib sovdum…


İstəmədim adımdan

Kölgə düşsün yoluna…

Sənə rahat olarsa –

Ruhum girsin qoluna…


***

Hər zaman bir anın, bir sözün ucunu axtarıram. Elə anın, elə sözün ki, onun içərisində sən olasan… onun içərisində sənin nişanən olsun. Bax, o axtardığını tapanda, o aradığının izinə düşəndə az qala böyük Cəfər Cabbarlı kimi «Evrika!» deyib bağırmaq istəyirəm. Amma neyləyim ki, indi hər yerdə bahalıq, hər yerdə kasadlıq, hər yerdə qıtlıq və bunun dalğası da həyatımızda, ömrümüzdə, ürəyimdə… Mən də bu dünyanın bir sıra nəfəri kimi həyatımızda olanın maddi sıxıntıları ilə yanaşı, mənəvi sarsıntılarını da yaşamağa məhkumam. Elə bil boyuma biçilir bu sarsıntılar, bu sıxıntılar. Az qala öz-özümdən min dəfə soruşuram:

- Günahım nədi? Nədən bu qədər ağrılara, acılara, sayğısızlığa, laqeydliyə və bir də ən vacibi haqsızlığa tuş gəlirəm? Nədən Allahın verdiyi alın yazısını, qisməti qaralamaq, silmək, dondurmaq, arxa plana keçirmək, yubatmaq, görməmək, qəbul etməmək, daha nələr, nələr sual işarəsi tək sıralanır qarşımda. Birini aşanda ikincisi boy göstərir, ikincisini aşanda üçüncüsü. Və ən dəhşətlisi odur ki, cavabını öyrənməyə çalışdığım sualın yerində göbələk kimi daha bir neçə sual boy göstərir. Buna tablamaq, buna dözmək və haqlı olduğunu bilə-bilə haqsız duruma düşmək ürəyin iplərini doğrayır, tellərini kəsir, quyusunu dərinləşdirir, işığını azaldır, nəfsini qısaldır. Ümid yerim olan Allah bütün bunları görür və susur…

Bəlkə də Allahım daha haqlıdı. Axı mən səni qibləgahım seçdim, səni and yerim bildim. Ona görə də Allahıma asi olmaq haqqım da yoxdu. Bir özümdən başqa… Özümü çarmıxa çəkməyə, çəngələ vurmağa hər gün daha çox yaxın gəlirəm, hər gün daha çox hazır oluram. Hətta üzümü sənə tutub yazmışam ki:


Öyrət yoxluğuma öyrət özünü

Öyrət varlığıma öyrətdiyin tək…

Dərdin şırımların sevgiylə aç –

Göynətsin həmişə göynətdiyin tək…


Dağılsın, səpilsin kip bildiklərin

Uyğun saydıqların, tip bildiklərin…

Bir az ulduzlansın qoy kirpilərin –

Hərdən inciyəndə kövrəldiyin tək…


Şəhəri, yolu bil tanış özünə

Cır at şəkilləri yalnız özünə…

Ağaca, daşa bax danış özünə –

Mən özüm özümü söylətdiyim tək…


Hə, bütün bu yazılar, bütün bu deyilənlər yəqin ki, sizə heç nə deməyəcək. Çünki deyilənləri, deyilməli olanları hər kəs özü-özlüyündə daha dəqiq, daha yaxşı bilir. Və mənim də sizin yaxşı bildiyinizi, sizə eləcə adda-budda söyləməyim sadəcə vaxtınızdan vaxt qopartdı. Mən əlinizdən aldığım vaxtın da günahkarı oldum…

… Axı, günahkar olduğumu, günahların boyuma biçildiyimi mən həmişə demişəm…




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK