ANA SƏHİFƏ / YAZARLAR

Sincab günü

İradə TUNCAY

10236    |   2017-11-25 11:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çoxdan baxmışam o filmə. Və etiraf edim ki, baxdığım vaxt - vaxt anlayışı fərqli idi. Yəni gündəlik qayğıların təkrarlandığının fərqinə varmırdım. Heç təqvimdə hansı günün olduğu da maraqlı deyildi. Hər həyat tsiklinin öz sürəti var. Səhər oyanırsan, uşaqları yedirdirsən, məktəbə yola salırsan, sonra yenə də evə qayıdacaq ailə üzvlərinin rahatlığını təmin edəcək işlərlə məşğul olursan. Beləcə illər keçir. 

Film isə yadımdan çıxmadı. İndi hər gün xatırlayıram.

Televiziyada çalışan meteoroloq Fil Konnors artıq dörd ildir ki, kiçik əyalət şəhərində keçirilən "Sincab günü" festivalından reprotaj hazırlayır (zəruri qeyd - bu bayram Amerikada qışın bitməsini göstərən bir bayramdı. Qışın sonu, yazın əvvəlinə təsadüf edir). Hər şey olduğu kimidi yenə - reportaj da, insanlar da, gecəni keçirdiyi otel də. Yalnız yeni prodüsserlə gəlib bu çəkilişə. Gecə qayıtmaq fikri var, amma tufan yolları bağlayır. Otelə qayıdıb sabahı gözləmək lazım gələcək. Hər şey də elə bu sabahın gələcəyi (ya da gəlməyəcəyi) məsələsi ətrafında dönür-dolaşır. Sabah açılmır - daha doğrusu açılır, amma dünənki günün sabahı açılır. Yenə eyni hadisələr, yenə eyni reportaj, yenə eyni söhbətlər, yenə eyni oteldə gecələyir. Səhər ayılır və yeni gün deyil. Həkimə gedir, başına gələnləri danışır. Həkim sabah gəlməsini tövsiyə edir, SABAH isə yoxdu. Bezir bu təkrardan. Həyatını maraqlı etməyə çalışır - içir, qadınlarla vaxt keçirir, dava salır, inkassatorları qarət edir, pulları dağıdır. Sabah isə açılmır. Eyni hadisələr davam edir. Bezdirir bu zaman halqası onu. İntihar etmək istəyir, özünü asır ... və sabah yenə eyni çarpayıda, eyni musiqi sədaları altında oyanır. Yenə dünənki gün oyanır... Olayın faciəsi isə odur ki, heç kim nə baş verdiyini xatırlamır. Normal qarşılayırlar ...Olduğu kimi... Qəsəbə sakinlərinin həyatını bütün təfərrüatları ilə öyrənən adam özünü Tanrı zənn etməyə başlayır. Onunla bu qəsəbəyə gəlmiş prodüsser qadına eşq elan edir, qadın isə hər vəchlə bunun alınmayacağını anlatmağa çalışır. Və buna faciə kimi, lənət kimi yox, başqa tərəfdən baxmağı düşündüyünü söyləyir. Yəni bacardığı kimi həyatında dəyişiklik etməyi tövsiyə edir. Fil musiqi dərsləri alır, fransız dilin öyrənir, təbabətlə maraqlanır, buzdan heykəllər düzəldir. Təkrar günün birin xeyirxah işlərə həsr edir - boğazında sümük ilişib qalmış şəhər merini xilas edir, yolda maşını xarab olmuş yaşlı qadınlara yardım edir, evsiz qocanı ölməkdən qurtarmağa çalışır. Təkrar səhərin birində prodüsser qadın Filin festivalda qəsəbə sakinləri ilə birlikdə musiqi ifa etdiyin görür. Və məzəli, zarafatyana auksionda satılan subay oğlanların içindən dostunu satın alır. Qayıdırlar otelə, gecəni birlikdə keçirirlər. Sabah "Sabah" açılır... Xeyir işlər görəndə açılır sabah...


Film Hollywood filmidi və janr etibarı ilə komediyadı. Amma Amerikada komediya olan başqa bir yerdə tragediya sayıla bilər. Nəticə nə çıxır - həyatına bütün rakurslardan baxmağa çalış, özün dəyişdir onu. Sevgidi açar. Bunu əlbəttə mən demirəm, çünki Amerikada yaşamıram. Ona görə də varlısıynan, kasıbıynan, məmuruynan (necə nifrət doğuran sözdü eləmi?!), fəhləsiynən hamı sincab günündə, ya da günün yaşayır. Sabah açılmır - qarət eləsən də, pul dağıtsan da, qadınlarla kef eləsən də... İntiharlar artsa da, cinayətlər artsa da, göz yaşı artsa da... Öz yağımızda qovruluuq. Və qovrula-qovrula da qalırıq. Çünki hətta sevgi açarı da düşmür açılacaq qapıya.

Bir çərçivə içində dövran edir məişət - həyat. Televiziya proqramları kimi, kompüter oyunları kimi. Bu gün kimsə getdi - ağlayırıq, düzülür ard-arda nekroloq mətnlər. Təkrar sabahda kimsə ad günün qeyd edir - düzülür ard-arda təbrik mətnlər. Doğulub ölməyimiz çərçivəsində sabah gözləmək. Zaman halqası... Tufan ...

"Heç nəyi dəyişə bilmədiyiniz bir yerdə ilişib qalsanız, hər gününüzün əvvəlki kimi keçdiyi bir yerdə nə edərdiniz ? - sualını verir filmin qəhrəmanı. Cavab isə belədir -Ağlına nə gəlsə!!!"

"Sakitlik bir illüziyadı. Əgər "mən" hər şeyə qadirəmsə deməli, hədsiz-hüdudsuz xeyirxahlıq da edə bilərəm. Filmin qəhramanı "mən" sözüylə bağlı anlayışı dağıdır. Buddizm ümumiyyətlə "mən"i qəbul etmir. "Mən" eqoya xidmət edən sərfəli illüziyadı. Bu illüziyadan nə qədər uzaqlaşsan, həyat bir o qədər rahat olur. Hardan gəlmişiksə ora da qayıtmaq məcburiyyətimiz var - kiməsə yardım etmək kimi".

Bu filmin rejissorunun fikridi. Mən isə sincabın yuvadan çıxıb yazın gəlişini xəbərləyəcəyinə inanmaq istəyirəm. Mən, ya biz? Hər nəysə... Hər günə Şükür!!!



İmza:

YAZARIN ARXİVİ

2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-09 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : DAŞ
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : İMTAHAN
2007-02-16 : TƏZADLAR
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017
11.10.2017


VİDEO