ANA SƏHİFƏ / YAZARLAR

ANAM ÖLDÜ, AĞLAMADIM…

Faiq QİSMƏTOĞLU

12403    |   2017-11-24 15:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Uzun müddətdir dostluq elədiyim, çörək kəsdiyim bir jurnalist var – Lətif Süleymanlı. Elə mövzunu da onun göz yaşlarını, kövrəkliyini görəndən sonra qələmə aldım. Yəni bəlkə də 30 ilə yaxındır ki, dostluq elədiyim bu adam anasını yadına salmasaydı, kövrəlməsəydi və göz yaşlarını görməsəydim, heç bu yazı da alınmayacaqdı…

… O, anasını bir il bundan əvvəl itirib və rəhmətlik anasını mən də yaxşı tanıyırdım. Dəfələrlə evlərində olmuşdum, bizə süfrə açmışdı, yemək bişirmişdi. Hər dəfə də onunla görüşəndə elə öz anamı da xatırlayırdım. Çünki mənim anam kimi Lətifin də anası çox əzabkeş, zəhmətkeş, alın təriylə yaşayan bir xanım olub. Dörd oğul, bir qızı çətinliklə gecə-gündüz işləməklə, çalışmaqla, vuruşmaqla böyütmüşdü. Dörd oğlunun hər birinə «oğul» demişdi və dörd oğul da analarının çörəyini itirməmişdi. Və bu dörd oğul analarının çəkdiyi əziyyəti, zəhməti bir dəqiqə, bir anda yaddan çıxarmamışdılar…

Və bu dörd qardaşın bir bacısı da vardı. Onun da adı səhv eləmirəmsə, Xatirədi. Lətifin anası qızına savad verdi, diplom verdi və ən nəhayət, qızına çox gözəl tərbiyə, əxlaq öyrətdi. Və bu tərbiyə, əxlaq da zaman-zaman onu ucalığa yüksəltdi. Yəni Xatirə xanım da gözəl ailə qurdu və iki oğlu oldu. Qoy bir sözü də deyim ürəyim partlamasın. Xatirə xanımın çox təmiz, çox saf, göy üzü kimi şəffaf həyat yoldaşı var : Məlik. Bu Məlik o qədər səmimi, o qədər halal bir adamdı ki, onun yerinə Qurana əl basaram ki, indiyə kimi bir tikə də haram çörək yeməyib və balalarına da o haram çörəyi yedirtməyib.

… Otaqda əyləşmişik. Lətifin gözləri dolur və uşaq kimi ağlamağa başlayır. Deyir ki, heç anamı yuxumda da görmürəm. Ha çalışıram yuxuma girsin, yuxuma da girmir. Bilmirəm, cijim məndən küsüb, ya inciyibmi? Qəbir üstünə ziyarətə gedirəm və orda da ağlaya bilmirəm. Sağ vaxtı hər ayın iyirmi gününü onun yanında olardım. Özünün yemədiyi, üfürə-üfürə saxladığı yaxşı nə varsa, həmişə mənə saxlayardı və deyərdi oğlum nə vaxt gəlsə, bu ləziz yeməkləri də ona verəcəm.

… Lətifin gözləri yenidən dolur. Özüm də məəttəl qalıram. Mən onu daşürəkli adam kim tanıyıram. Yəni Lətif hələm-hələm kövrələn, ağlayan adam deyil. Rəhmətlik anasının yeddisində istedadlı şair-publisist, dostum Asif Talıboğlu ilə Lətifgilə başsağlığı verməyə getmişdik. Onda Asif Talıboğlu İbrahimhacılı kəndinin iki addımlığında yerləşən Mamırtı dağına baxdı və dedi ki, ayə, bu kəndin nə gözəl havası var. Nə yaxşı ki, bura gəldim. Və Asif müəllim birinci dəfə deyildi ki, Lətifgilin kəndinə gəlirdi. Asif müəllim əslən Qubadlıdandı. Dağ adamı olduğu üçün bu dağlara baxıb bir az qəribsədi və hətta gözü də doldu...

Biz onunla bir dəfə də Lətifin atası Adil kişi rəhmətə gedəndə İbrahimhacılıya getmişdik. Mənsə dəfələrlə bu kənddə, bu ocaqda olmuşdum. Lətifin qardaşlarını, əmisini, dayısı uşaqlarını və xüsusən də Bayramı yaxşı tanıyırdım. Çünki bu nəsil qonaq-qara üçün əldən gedər, onlara yaxşı süfrə açar və çalışardılar ki, evə gələn adam özünü qərib kimi hiss eləməsin…

Rəhmətlik anasının yeddisində də səhər-səhər qatardan düşüb dəmiryol vağzalında Arazın bizi gözlədiyini gördük (Araz Lətifin oğludu). Çox gözəl bir hava vardı. Bakıda görmədiyimiz havanı doyunca ciyərlərimizə çəkdik. Maşın Lətifgilin həyətlərinə çatanda ana itirmiş adamın çöhrəsini gördük. Həmişə çöhrəsindən qan daman dostumuzun rəngi-rufu saralmışdı. Ancaq yenə özünü toxdayıb dik tutmuşdu və kədərini bizə bildirmək istəmirdi. Elə gülə-gülə də bizi qarşıladı. Və dedi ki, əziyyət çəkib gəlmisiniz. Bax, bu söz məni narahat elədi. Çünki Lətif özü də mənim ağır və çətin günümdə də, yəni anamı və qardaşımı itirəndə Füzuliyə gəlmişdi və dərdimə şərik olmuşdu. Kimsə mənə pislik eləyəndə elə şeylər yadımdan tez çıxır. Ancaq bir kimsə mənə iynənin ucu boyda yaxşılıq eləsə, heç vaxt yadımdan çıxmır. Və həmişə çalışıram ki, kiminsə mənə elədiyi o yaxşılığı imkan daxilində geri qaytarım. O yaxşılıq geri qayıdana qədər mən rahat ola bilmirəm. Loru dildə demiş olsaq, ilan vuran yatar, mən yatmaram.

… Səhərin təmiz havasını bir daha ciyərlərimizə çəkirik. Lətifin qardaşları, qohumları hamısı bizimlə öpüşüb-görüşür və stol arxasında əyləşirik. Bir göz qırpımında stolun üstü səhər yeməkləri – bal, yağ, pendir, yumurta, şor, qaymaqla doldurulur. Bizsə bir balaca sıxılırıq və çəkilirik. Süfrəyə əl uzatmaq istəmirik. Bizdən əvvəl Lətif özü və qardaşları çörək kəsir və deyirlər ki, «bismillah» eləyin. Və bundan sonra biz də süfrəyə əl uzadırıq. Baldan, yağdan dadırıq. Görürəm ki, Asif Talıboğlu bir qədər utanır. Amma gözü camış qaymağındadı. Camış qayğamının üstünə balı töküb ona tərəf uzadıram. Və Asif camış qaymağını və balı yeyə-yeyə deyir ki, hələ son vaxtlar indiki kimi camış qaymağı yeməmişəm. Lətif də deyir ki, «halal xoşun olsun», anamın saxladığı camışın qaymağıdı, ürəyin nə qədər istəyir, yeyə bilərsən…

Asif Talıboğlu səhər yeməyini yedikdən və kənd havasını udduqdan sonra ovqatı bir qədər yaxşılaşır. Sonra Lətif Süleymanlıya deyir ki, qalx ayağa, gedək sənin həyətyanı təsərrüfatına baxaq. Lətif də çox zəhmətkeş adamdı. Yəni o, səhranın ortasında, daşın üstündə həyat qurmağı, yaşamağı bacaran insandı. Həyətə düşürük, bir-bir meyvə ağaclarına baxırıq: alma, armud, heyva, zoğal diqqətimizi cəlb eləyir. Alma ağacları o qədər bar gətirib ki, budaqlar buna tab gətirmir və budaqlar başlarını aşağı dikiblər. Hətta elə budaqlar var ki, ağırlıqdan qırılıb yerə düşüb. Alma ağaclarının dibi almalarla doludu. Asif Talıboğlu ağacdakı almalardan birini dərir, əliylə silib dişinə çəkir. Və sonra da bəh-bəh deyir. Deyir ki, hələ mən belə şirin alma yeməmişəm. Lətif də söz altında qalmır, bildirir ki, ürəyin istəyir, lap bir maşın yığ apar! Bir-iki addım gedirik, qarşıda bizi cərgə ilə əkilmiş üzüm ağaclarındakı qara və ağ şanılar «qarşılayır». Asif yenidən dillənir: «Halal olsun sənə! Mən bilirdim sən zəhmətkeş adamsan. Amma bu qədər fərasətli olduğunu bilmirdim. Yəqin bu ev də sənindi.»

Lətif yenidən dillənir: «Ay rəhmətliyin oğlu, mənim olmayanda bəs kimin olacaq? O evi öz gücümlə tikməmişəm ey, rəhmətlik anamın hesabına başa çatdırmışam. Usataların yeməyini düzəltməsəydi o evi tikə bilərdim? Nə qazanmışamsa, rəhmətlik arvada görə qazanmışam. Evimin-eşiyimin bütün şirinliyi, gözəlliyi onunla getdi…

… Qapı döyüləndə, külək qapını açanda elə bilirəm ki, anam gəlir. Bunu da Lətif deyir və gözləri yenidən dolur. Onu da deyir ki, anamın 80-dən çox yaşı vardı. Ancaq heç vaxt ondan doymadıq və bir də rəhmətlik arvad bizim hamımızı bir-birinə birləşdirirdi. Birimiz səhv eləyəndə, soyuqluq yaradanda o dəqiqə ağzımızdan «vurardı». Və biz də işimizi bilib geri çəkilərdik. Tay, bir-birimizi o deyəndən sonra günahlandırmazdıq. Hətta günahı olan belə susardı…

… Otaqda əyləşmişik. Lətif bir şairin misrasını xatırlayır:

Anam öldü ağlamadım,

Məhəbbət ağlatdı məni.

Deyir ki, bax, bunu heç cürə anlaya, heç cürə başa düşə və heç cürə qəbul eləyə bilmirəm. Mənim fikrimcə, vətəndən və anadan böyük varlıq yoxdur. Onların hər ikisindən böyük bir varlıq var, o da Allahdır. Bununla işim yoxdur. Amma onu başa düşə bilmirəm ki, anası ölən adam necə ağlaya bilməz?! Məgər bundan böyük məhəbbət, bundan böyük sevgimi var? Ana məhəbbəti həm də ilahi bir sevgidi və Allahdan sonra ən böyük sevgi ana məhəbbətidi. Düzdür, övlad məhəbbəti də var, nəvə məhəbbəti də var. Amma bunların heç biri ana məhəbbətinə, ana sevgisinə bənzəmir. Çünki ana sevgisinin rəngi də, ömrü də tam başqa cürdür. Hər hansı bir qızı sevə bilərsən. Məsələn, Məcnun Leylini sevib və bu ayrı bir məhəbbətdir. Və bizim məhəbbətimiz heç də Məcnun məhəbbəti deyil. Loru dildə demiş olsaq, sevgin alınmaz, gedib başqa bir qızı sevərsən, onunla ailə qurarsan. Amma ananı heç nəyə, heç şeyə dəyişmək olmaz. Çünki ana məhəbbəti dünyanın ən böyük, ən ülvi sevgisidir…

… Onun göz yaşlarına baxıb özüm də kövrəlirəm və anam yadıma düşür. Anam 1996-cı ilin noyabr ayının 27-də rəhmətə gedib. İnanın, bu gün də yadımdan çıxmır. Və hər gün səhər-səhər yuxudan duranda Allah-Təaladan doğmalarıma can sağlığı arzulayandan sonra rəhmətə gedən atamı, anamı, qardaşımı və eləcə də digər yaxınlarımı xatırlayır və onları yada salıram. Yada salıram ki, İlahi, sən mənim anamı öz dərgahında saxla, onun ruhunu şad elə, sevindir! Və bir də ona sevinirəm ki, böyük Ulu Yaradan nə atama, nə anama övlad dağı göstərmədi. Çünki rəhmətlik atam da həmişə bizə deyrədi ki, Allahdan arzum budur ki, sizin pis gününüzü mənə göstərməsin. Elə Allah da onların arzusunu yerinə yetirdi və o dərdi, o dağı onlara göstərmədi…

İndi dostum Lətif Süleymanlı, sən naşükür adam deyilsən. Bilirəm ki, ananı həddindən artıq çox istəyirsən. Amma ona da şükür eləyirsən ki, anan övadlarının heç birinin ağır gününü görmədi… anan övldalarının heç birini boynubükük hiss eləmədi… anan balalarının heç birini sınan da hiss etmədi…

Sənin ananı Allah da çox istəyirmiş. Və övladlarının içərisində anan səni hamıdan çox istəyirdi. Hər dəfə sizə gedəndə və sizdə olanda bunları hiss eləyirdim. Düzdü, o biri övladları da onun qayğısına qalırdılar, özlərini ona sevdirə bilirdilər. Amma sənin qədər yenə deyirəm, rəhmətlik anan heç kimi istəmirdi. Sən bir ay getməyəndə o özünü çox narahat, qəmgin hiss eləyərdi. Sən bir ay anana baş çəkməyəndə rəhmətlik arvad yerə-göyə sığmazdı. Bir az başın ağrayanda, hətta ürək əməliyyatı keçirəndə o arvadın nələr çəkdiyini mən görmüşəm.

… Gözlərinin yaşını sil qardaşım! Düzdür, ananı neçə yaşında itirsən də, o adamı yandıracaq. Çünki anaların yaşı olmur. Bəxtiyar Vahabzadənin təbirincə desək, biz hamımız ana itirmişik ana yaşında! Və sən xoşbəxt adamsan ki, anan sənin çiynində son məzilə gedib. Və sən yenə xoşbəxt adamsan ki, anan səndən və balalarından arxayın dünyasını dəyişib. Bircə qalır sənin hər dəfə İbrahimhacılıya gedəndə ananın məzarını ziyarət etməyinə. Onu da hər dəfə eləyirsən və məzarı üstündə Yasin oxutdurursan. Ananın ruhu sənə kömək olsun!..




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK