Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Salam, Günəşim! Adalet.az | Salam, Günəşim! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Salam, Günəşim!

Əzizə İsmayılova

21906    |   2017-11-22 13:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Siz heç Günəşin bir anlıq yoxluğunun fərqinə vardınızmı? Bu, romantika deyil, o "boşluğu" hiss etmənin ani təlaşıdır...

Bu təlaş içində kiçik bir məktub yazmaq gəldi ötən gün içimdən. Bir də baxdım yazmışam.

Heyf, dövran o dövran deyil, yoxsa bu məktubu status kimi yazmaqdansa, göyərçin qanadında göndərməyi daha çox istərdim... ya da bir çaparla...

"Salam, Günəşim! Bu məktubu sənə sevə-sevə yazıram, "Beynəlxalq salamlaşma" günündə. Hər gün gözümü açanda ilk salamlaşmaq istədiyim sənsən çünki.

Sənin işığına öyrəşən insanlar, sənin həmişə doğmanı istərlər. Nə olursa olsun, bircə parla, çox baxanda kor etsən belə, həmişə ol, gülümsə, isit bizi...

Axı sən Günəşsən - planetlərin ən əlçatmazı.

Əminəm ki, Sən, insanların sənə olan tutqusundan xəbərdarsan. Bəlkə bəzən sən də təkbaşına o boyda planetin yükünü çəkməkdən yorulduğunu, göründüyün yüksəklikdə olmağın əslində o qədər də asan olmadığını anlatmaq istəyirsən işığına toplaşanlara, həm də çox istəyirsən...

Kim bilir, bəlkə də məhz buna görə, əvvəlcə buludların, sonra qaranlıqların arxasına çəkilirsən.

Aramıza zaman girir - bəlkə bir həftə, bəlkə bir ay, bəlkə bir az da çox...

Ola bilər biz insanlar sənin yoxluğunun fərqinə varmarıq, çünki çıxacağına inanırıq. Sənsiz Yer kürəsi olmaz, biz olmarıq ki... istəsək də ola bilmərik. Olsaq da yəqin ki, tam başqa bir varlıq şəklində mövcudluğumuz davam edər. Sən, bizim sevinc mənbəyimizsən. Sevincsiz insan məhvə məhkum deyilmi?!

Hər gün insan xislətimizə məxsus hər hansı bir səbəb tapıb yoxluğundan da, varlığından da, istinin çoxluğundan da, azlığından da şikayət etsək də, sənə olan tutqumuz heç bitməz, heç tükənməz. Bir gülüşünə açılar üzümüzün qırışı.

Gözləyərik doğuşunu-yorulmadan, usanmadan. Ən qızmar istində deyinə-deyinə "üzünə ağ olanlar" belə büzüşərlər, üzülərlər, sıxılarlar sən qeybə çəkiləndə. Nəhayətdə, hər kəs sənin hər gün yenidən doğman, uzaqdan-uzağa xəfif gülümsəmən üçün dua edər.

Günəşim, sən elə bir şansa sahibsən ki, sənin gülümsəmək üçün həmişə bir səbəbin var - Yer adlı kainatda sənə qarşı bitib-tükənməyən sevgi, sevgi və yenə də sevgi... Sənə boylananda qıyılan gözlər, gərnəşib, sanki ətrafı qucaqlayacaqmış kimi var gücü ilə açılan qollar.

Günəşim, sən yaradılışdan qəzəbdən məhrum yaranmısan. Sən ancaq gülümsünə, ancaq başqalarının qayğısını çəkə bilərsən - bizim sevinciniz sənə bağlı çünki. Bizim sənə qayğımız, mümkünsüz, imkansız.

Bu bəlkə də sənin çəkmək istəmədiyin, amma başqa seçiminin də olmadığı bir missiyandır, çəkməyə məhkumsan. Sənsiz olmaz, Günəşim, olmaz! Çünki biz səni sevirik, GÜNƏŞİM!

Uşaq vaxtı oxuyardıq:

Qoy həmişə Günəş olsun!

Mən də olum həmişə!

Ay ana, böyüyəndə

günəş olaram mən də..

Qumral gözlü Günəşim, nə yaxşı ki varsan. Daim var ol - olduğun yerdə, olduğun özəllikdə, olduğun gözəllikdə.

Unutma, hər nə olursa olsun, səni sevirik, həm də çox sevirik...

P.S. Günəş məktubumu oxudu bu gün və mənə gülümsədi-eynən günəbaxana gülümsədiyi kimi.




İmza:

YAZARIN ARXİVİ

2017-10-02 : Nənə...
SON XƏBƏRLƏR
2019-10-14
2019-10-13
2019-10-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK