Adalet.az | İYNƏ BOYU AYRILIQ Adalet.az | İYNƏ BOYU AYRILIQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İYNƏ BOYU AYRILIQ

Əbülfət MƏDƏTOĞLU

18464    |   2017-11-17 14:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Özümün özümlə söhbətim


İnsan doğulduğu məkandan, özünə aid olan yuvadan bir iynə boyu məsafə də olsa uzaqlaşanda, aralı düşəndə qəribə hisslər yaşayır. Ürəyindən bir-birini dolaşmış, sarmaşıq kimi sarınmış fikirlər gəlib keçir… ağrılar, sevinclər boy göstərir. Və bunların fonunda adam iki sualla, iki yolla, iki münasibətlə, iki fikirlə, iki yanaşmayla qarşı-qarşıya dayanır. Birincisi, bu iynə boyu uzaq düşdüyüm yuvanın sənin ətəyindən tutub geri çəkməsidi, ondan qopa bilməməyindi.

İkincisi, qarşındakı yeni mənzərə, yeni ünvan, yeni yol, yeni dünya, yeni insanlar, yeni münasibətlər və bir sözlə, həyatına daxil olacaq bütün yeniliklərdi… Bax, bu iki məqam adamın ağlında da, ürəyində də, lap yata bilsə yuxusunda da, xəyal qura bilsə xəyalında da onu tək buraxmır. Özün-özünə min dəfə sual verirsən və özün-özünə verdiyin bu min sualın min bir cavabını bilə-bilə yenə qeyri-adi, nəsə fərqli cavab da gözləyirsən. Təbii ki, bu cavablar var. Və bu cavablar o yerdədi ki, orda səni gözləyirlər. Orda səni qarşılayırlar, orda sənə qucaq açırlar, orda sənlə münasibət qururlar, orda sənə «xoş gəldin» deyirlər. Bax, bu saydıqlarımın içində min birinci cavabı görmək olur. Amma Kərəmi onda ağlamaq tutur ki, bu dediklərimin heç biri həmin o sualı verənə aid edilmir. Yəni bir tanımadığın ünvana, bir boşluğa, bir bələd olmadığın dünyaya, bir anlayışın çatmayan məmləkətəmi, insanlaramı, daha nə bilim nələrəmi doğru gedəsən, qədəm qoyasan, daxil olasan. Və görəsən ki, sən burda sözün tam səmimi mənasında heç kimsən. Sənin varlığınla yoxluğun burda hiss olunmur… sənin adın burda çəkilmir… sənin sözün burda deyilmir. Bax, onda o iynə boyu aralandığın yuva adamı elə çəkir, elə çəkir ki, sanki ən güclü maqnitdi… sanki varlığın, xüsusilə ürəyin dünyanın bütün güclərini biləyinə yığmış bir varlığın ovcundadır, ondan qopmaq olmur…

Hə, mən bütün bunları yaşadığım üçün yazdım və bütün bunları bir də ona görə yazdım ki, ataların bir müdrik kəlamı var. O müdriklər deyiblər ki, «daş düşdüyü yerdə ağırdı!». Belə baxanda daş cansız, ruhsuz, dilsiz, ağızsız, hərəkətsiz, hissiyyatsız, bir sözlə, lap kobud desəm, eləcə daşdı. Kimi onu divara hörür, kimi onu quşa atır, kimi onu yoldan kənara diyirləyir. Amma ondan səs çıxmır. Qəribədir ki, səsi çıxmayan daş hara dəydisə, ordan səs çıxarır… nəyə toxundusa onu yaralayır… üst-üstə qoyuldusa divar olur - sərhəd divar, ev divarı… Deməli, o iynə boyu uzaq düşdüyün yuva səsini çıxarmadan adamı çəkir özünə və sənə xatırladır ki, sən burda, mənim yanımda, mənim qoynumda daha güclüsən, daha gərəklisən, daha arxalısan…

Hə, mən öz-özümə götür-qoy etdiyim sapa düzməyə, ilməyə çevirməyə çalışdığım duyğuların içərisində bir şeyi də anladım. Harda olmağımdan, hara getməyimdən asılı olmadan (yəqin elə bütün insanlar belədir – Ə.M.) içimdəkiləri özümlə aparıram. Heç nəyi geridə buraxıb gedə bilmirəm. illah da ki, Səni! Və o getdiyim yerdə bircə həmsöhbətim olur, bircə güvəncim olur – o da könlümdəki Sənsən! Və mən də Sənə üz tutub nə danışsam, nə desəm sakitcə dinləyirsən. Elə bil mənə şərait yaradırsan, meydan verirsən ki, mən qəribliyin, tənhalığın, içimi alt-üst edən fikirlərin caynağında boğulub məhv olmayım… ayaqda qalım… dirəş göstərə bilim…olduğumu büruzə verim. Onda mən də tapdığım rahatlığı misralayıram.


Üz-gözümdən qəriblik

Yuxu kimi tökülür…

Dan yeri də gözümün-

Lap dibindən sökülür…


Pəncərədən dənizə

Düşən işığa baxıb…

Qarışıram dənizə-

İşıqla birgə axıb…


İçimdəki dünyanı

Dalğalara çırpıram…

Qərq olan mən - Sahildə

bəs o kimdi çırpınan?!


***

Bir yaxşı söz var. Əslində mən onu o qədər də yaxşı saymıram. Çünki onun bir damarında kin, nifrət yuva salmış olur. Amma neyləyim ki, hamıya qoşulub mən də o sözü yaxşı kimi qiymətləndirməyə məcburam. O söz də belədir ki, «heç nə yaddan çıxmır». Yəqin siz də eşitmisiniz bu sözü və yəqin ki, siz də, hardasa, nə vaxtsa təkrar etmisiniz bu sözü. Bəlkə də mənimlə razılaşmadınız. Yəni mən demək istəyirəm ki, «heç nə yaddan çıxmır» fikri normal deyil. İnsan gərək hər şeyi yaddaşına yazmasın, hər şeyi ürəyinə yük eləməsin. Unutsun ona yük olacaq, ona problem yaradacaq nələrisə. Yadında saxlasın işığı, aydınları, aydınlıqları, ona yaşamaq stimulu verən nələri və kimləri. Məncə, bu daha doğru yanaşmadı. Ən azından ona görə ki, bu, sənə yaşamaq üçün əl uzadan, ümid verən, yol göstərən bir nəsnə olacaq. Deməli, için rahat, düşüncən aydın, addımların isə qətiyyətli… Bundan gözəl nə ola bilər ki?!

İndi düşünəcəksiniz ki, bu dediklərimə, bu yazdıqlarıma mən özüm yüz faiz əməl edirəm, ya yox. Təbii ki, hə desəm inanmayacaqsınız, səmimi saymayacaqsınız. Yox desəm, onda güləcəksiniz və deyəcəksiniz ki, özün əməl etmədiyini bizə tövsiyə edirsən. Ona görə də tam səmimi olaraq gerçək bir cavab vermək istəyirəm. Demək istəyirəm ki, mənim üçün "heç nə yaddan çıxmır fikri "hər şey yaddan çıxır fikriylə bir tərəzidə tarazlıq yaradıblar. Və mən də o tarazlığın tən ortasında dayanıb heç birinə üstünlük verməməyə çalışıram. Bilirəm ki, unutduqlarım və yaxud unutmadıqlarım hər an qarşıma çıxa bilər, hər an təkrarlana bilər. Mən də bax elə hər an «hazır ol!» fikrinə istinad edərək özümü taraz saxlayıram. Yenə deyirəm, bu tarazlıq da sizin verəcəyiniz, sizin deyəcəyiniz fikirlərin yükü altında özünü ayaqda tutur. İnşallah, dözüb durar da. Və heç vaxt həyatıma, yaddaşıma qaranlıq kimi çökənlərin özünü, sözünü və əməlini mənə güc gəlməyə, məni öz durumuna çəkməyə imkan verməz. Axı, aydınlar, işıqlar daha güclü olurlar.

Bax, indinin özündə də düşünürəm ki, görəsən bu qaranlıqlar, o bəd əməllər, bəd fikirlər nədən qaynaqlanır və ümumiyyətlə, niyə insan buna zaman ayırır, ömür xərcləyir? Amma neyləyim ki, öz verdiyim sualın cavabını tam şəkildə anlaya bilmirəm. Bu sual özü-özündə yüzlərlə sualın birləşməsi olduğundan cavabı da pərən-pərəndi. Sadəcə, bildiyim odur ki, mən qədərimi, alın yazımı, Tanrı payımı özümə hamıdan və hər kəsdən yaxın bildim. Onlardan yapışdım, onlara söykəndim və yazdım:


Saxlayanım beş əlli

Qədərdi, qədər mənim…

Ürəyimə təsəlli-

Kədərdi, kədər mənim…


Bulud tək çökməyin də

Göz yumub tökməyin də…

Dərdimi çəkməyin də-

Hədərdi, hədər mənim…


Hər gün artır göynəyim

Soruşmuram neyləyim?!

Haqqım yoxdu söyləyim-

Nə dərmə, nə dər! – mənim…


İndi yəqin ki, hiss etdiniz, mövzunun hansı səmtə istiqamətləndiyini. Əgər hiss etdinizsə, onda daha ürəklə davam etdirəcəm. Yəni biləcəm ki, anlaşırıq. Bir-birimizi sayğıyla, sevgiylə qarşılayır, elə o cür də yola salırıq. Və bir də onu biləcəm ki, bütün suallar nə qədər həyatdan, hadisələrdən, zamandan, düşüncədən qaynaqlansa da, elə bütün cavablar da həmin o saydıqlarımdan doğub törəyir. Yəni sualın göyərdiyi yerdə cavab da göyərir. Ona görə də dağda, daşda sual və yaxud cavab axtarmaq heç də normal sayıla bilməz. Məsələn, sən bütün halımı, əhvalımı, durumumu bilə-bilə sual verirsən, maraq göstərirsən. Və mən də onda sənə cavab verməli oluram və deyirəm ki:


Cavabını bildiyin

Sualı soruşursan…

İçində sən olduğum-

Bu halı soruşursan…


Sanki heç nə baş vermir

Sındıran var, nə sınan…

Mən heç, özün içində

Göynəyən eşqə inan!..


Tökülən yarpaq kimi

Ələnir ömrün, günün…

Qırılan ümid simi-

Səsləndirir bu ünü…


Yer də, göy də sürüşüb

Tam boşluqda qalmışam…

Ürək elə bürüşüb-

Sanki oda salmışam…


… Cavabını bildiyin

Sualı soruşursan…

İçində sən olduğun-

Bu halı soruşursan…


***

Nə qədər istəyirəm, nə qədər cəhd göstərirəm və nə qədər də gücümü toparlayıb köklənmək istəyirəm, amma sarı sim imkan vermir. Tutub yaxamdan, asılıb ürəyimdən, oturub ağlımın içində elə öz dediyini deyir, öz istəklərini göyərtməyə çalışır. Belə olan halda bir çıxış yolu tapmaq, bir işıq ucundan yapışmaq mənə hava və su kimi gərək olur. Amma neyləyim ki, bu havanı, bu suyu qan bahasına, can bahasına almaq istəyimi də etinasızlıqla qarşılayıb əli ətəyindən uzun yola salırsan. Elə bil bütün baş verənlərin, bütün olmuşların günahı məndədi… elə bil bütün problemlər məndən başlayır… elə bil bütün yoxluqlar mənim içimdədi… elə bil bütün kədərlər mənim ürəyimdən qaynaq alır… və elə bil mənim özüm də o saydıqlarım «elə billərin» içərisində elə beləyəm, sənin miyanə bildiyin elə-belə. Amma inandırmaq istəyirəm, özü də and içmədən, ortaya müqəddəsləri, müqəddəslikləri gətirmədən. Sadəcə, inandırmaq istəyirəm ki, hər yerdə, hər anda içimdə olan, yanımda olan Sən mənim yükümü çəkməyə məcbur deyilsən… mənə təsəlli verməyə borclanmamısan… mənə dayaq olmağı boynuna götürməmisən. Sadəcə olaraq mən səndən yapışmışam, sənə güvənmişəm və demişəm ki:


A bəxtəvər, qibləmsən

Bil ki, yönüm sənədi…

Söyləyim ki, biləsən –

Ruham! - dönüm sənədi…


Gözüm bulaq-axar

Axıb nurun apardı…

Ürəyim yol ağardır-

Səndə neçə sənədi?!


Sinəmdə göyərən «ah»

Gunah edirsən günah…

Tanrıdan gəlib nigah-

Al, götür bu sənədi!


Yəqin ki, bu misralar özü-özlüyündə şeirdən öncə dediklərimi təsdiq edir. Əgər edə bilmirsə, onda yazıqlar olsun bu misralara. Deməli, özümü, sözümü misralaya bilmədim, çatdıra bilmədim. Günah məndə qaldı. Amma ruhunu oxşadısa, üzünə azacıq da olsa təbəssüm gətirdisə, onda… Onda qalanını özün deyərsən. Mən isə bu yazının ovqatını yaşadığım iynə boyu uzaqlığın ovqatıyla qarışdırmadan demək istəyirəm ki, həqiqətən ürək o zaman rahat və hüzurlu olur ki, onu duyurlar, onu dəyərləndirirlər, onun döyüntüsünə səs verirlər.

Mən bütün bunları ürəyimlə söhbət kimi özümə ünvanlayıb, özümə pıçıldayıb sonra da bilgisayara köçürdüm. Bilmirəm düz etdim, yoxsa yox. Amma ona əminəm ki, bu sözlər beş-on adamın könlünə yəqin ki, yol tapacaq və o beş-on adam bir neçə saniyəlik də olsa, mənim yaşantılarımı, mənim duyğularımı yaşayacaq və qiymətləndirəcək. Sən isə… Sən isə elə mənim düşündüyümsən. Deməli, Sənə başqa nəsə deməyə gərək yox!



İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK