ANA SƏHİFƏ / MÜSAHİBƏ

"Xəbərlərimiz düşmən ölkədə qıcıq yaradır" - MÜSAHİBƏ

28082    |   2017-11-13 18:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müharibə dövründə informasiya savaşının böyük əhəmiyyət daşıdığı hər kəsə məlumdur. Bu gün bir çox ölkələr informasiya müharibəsini xarici siyasətin effektiv aləti kimi qəbul edirlər. Bu müharibədə düşmənin biliklərinə və ehtimallarına, cəmiyyətin fikirlərinə təsir göstərmək üçün birbaşa hücumlar informasiya sistemlərinə edilir. Düşməni həm öz informasiya sistemi ilə, həm də dünya informasiya sistemi ilə hədəf etmək mümkündür.

Biz adətən düşmənin dilini, mədəniyyətini və s. öyrənməyə önəm vermirik. Amma mütəxəssislərin fikrincə, düşmənin dilini bilmək vacibdir. Bu onunla savaşda üstünlük yaradan amillərdən önəmlisidir.

Demək olar ki, son dövrlərdə Azərbaycanda informasiya müharibəsi yönümündə inkişaf gözə çarpacaq dərəcədədir. Müharibə vəziyyətində olan bir ölkə üçün bu sahəyə diqqət ayırmaq vacibdir. Aprel döyüşlərində cəbhə xəttində yaşanan gərginlik zamanı bu faktor ciddi şəkildə nəzərə alınırdı. Ölkə KİV-i ötən illərlə müqayisədə bu dəfə sınaqdan üzüağ çıxmağı bacardı.

Bu gün ölkəmizdə bir neçə informasiya saytlarının erməni bölməsi fəaliyyət göstərir. Bunlardan biri də müstəqil media qurumu olan Azvision.az internet saytıdır. Qeyd edim ki, Azvision.az saytı bir neçə dildə - ingilis, rus, erməni və s. informasiyalarını təqdim edir. Erməni dili bölməsinin (hayatsk.info) rəhbəri Şahin Qocayev bu informasiya müharibəsinin özəllikləri barədə suallarımızı cavablandırdı.

- Şahin müəllim, rəhbərlik etdiyiniz bölmənin informasiya bazasını təşkil edərkən əsasən hansı yönümdə xəbərlərə üstünlük verirsiniz?

- Əvvəlcədən qeyd edim ki, azvision.az saytının erməni dili bölməsi artıq iki ilə yaxındır fəaliyyət göstərir. Əsasən xəbərlərimiz ölkəmizin daxilində baş verən prosesləri, ölkə prezidentimizin, nazirlərin və nazirlər kabinetinin rəsmi görüşlərini əhatə edir. Ölkəmizin əldə etdiyi uğurlu sosial-iqtisadi islahatlar, uğurlar, nailiyyətlərdə burada öz əksini tapır. Bütün bunlarla yanaşı, ölkəmizin xarici siyasətdə qazandığı uğurları vurğulayırıq. Buna misal son hadisələrdən Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı və ya şimal-cənub beynəlxalq nəqliyyat dəhlizi barədə və s. ətraflı məlumatları qeyd etmək olar. Bütün bunlarla yanaşı saytımızda ölkəmizin qonşu ölkələrlə münasibətlərinə də xüsusi önəm veririk. Bəzən bizim həqiqətlər düşmən ölkəni qıcıqlandırır. Əsasən də digər ölkələrlə olan münasibətimiz. Bu yaxınlarda ölkə rəhbərimizin İrana səfərini buna misal çəkmək olar. Bununla yanaşı Azərbaycan-İsrail münasibətlərinin inkişaf xəttini özündə əks etdirən xəbərlərimizə də düşmən ölkə tərəfindən qısqanclıqla yanaşılır. Bununla yanaşı ölkəmizdə həyata keçirilən beynəlxalq layihələr də, idman sahəsində qazandığımız uğurlar da düşməni narahat edən məqamlardı. Azərbaycanın silahlanması ilə bağlı məlumatları onlara öz dilimizdə çatdırmağımız da düşmən ölkədə təşviş yaradır.

- Ermənistan tərəfi sizin xəbərlərə diqqət ayırırmı? Bu gün erməni oxucu kütləsinin sayı sizi qane edirmi?

- Bildiyimiz kimi, bu gün ölkəmiz Qafqazda lider ölkədir. Düşmən tərəfi də bunu yaxşı anlayır. Və onlar bilir ki, bizim inkişafımız onların ölkəsində hakimiyyətə sərf etməyən əhval-ruhiyyə yaradır. Bundan özlərini sığortalamaq üçün biz bu sayt yaradan kimi özlərinin bütün mətbuat resurslarında bizi təxribarçı kim adlandırıblar. Amma bütün bunlara baxmayaraq bizim Ermənistan tərəfdən oxucularımız kifayət qədərdi və giriş sayı çoxdur. Bu da onunla əlaqədardır ki, biz ölkə mediasında faktik olaraq operativ şəkildə, günün 24 saatı ərzində düşmənə öz dilində məlumat çatdıran yeganə resursuq. Sözsüz ki, onlar da məhz bizimlə bağlı xəbərləri operativ əldə etmək istəyirlər.

- Erməni mediasının məlumatlarından öz informasiya saytınızda istifadə edirsinizmi?

- Əlbətdə, istifadə edirik. Düşmən mediasında ümumiyyətlə müəyyən boşluqlar çoxdur. Düşməm mediasında informasiya resurslarının əksəriyyəti kənardan maliyyələşir və erməni lobbisi tərəfindən idarə olunur.

Onların bəziləri Sarkisyan rejiminə, onun kursuna qarşı olanlardır. Bu baxımdan bu kimi mətbuat resursları bizə əlavə imkanlar yaradır. Bu mətbuat resursları Sarkisyan rejiminin xalqdan gizlətdiyi, məsələn, erməni ordusunda baş verən rüsvayçılıqları, intihar hadisələrini, korrupsiya hallarını, rejimdən narazı qalan kütlənin narazılığını açıqlayır. Reallığı yazırlar. Məsələn, onlar bir neçə gün bundan öncə Ermənistan parlamentində Sarkisyanın təhqir olunduğunu yaydılar. Biz bunlardan istifadə edirik, yararlanırıq. Bu gün orda elə bir vəziyyətdir ki, bizim onlara qarşı nə isə fikirləşməyimizə ehtiyac yoxdur. Onlar öz hakimiyyətlərini ifşa etməklə məşğuldurlar. Həqiqətən bu kimi informasiya bu gün həddindən artıq çoxdur. Bu da onların informasiyalarından özlərinə qarşı istifadə etməyə imkan yaradır.

Hazırda onların düşdüyü mövcud vəziyyət onu göstərir ki, onlar bataqlıq içərisindədir. Və onlar bizim əldə etdiyimiz uğurları öz dillərində oxuduqca düşdükləri durumu anlayırlar. Öz prezidentlərinin fəaliyyətsizliyini də görürlər.

- Ermənistanda Azərbaycan dilində fəaliyyət göstərən hər hansı KİV varmı?

- Onların bir radioları var və o radio üzərində Azərbaycan dilində informasiyalar yayırlar. Bununla yanaşı, bu aprel döyüşlərindən sonra orda erməni dilində bir sayt yaradıldı ki, həmin saytda təxribatçı fikirlər, məlumatlar yerləşdirilib.

Bununla yanaşı, Xocalı.net saytları var ki, orda bizə qarşı təxribat xarakterli məlumatlar yerləşdirilib. Bu saytda yerləşdirilən informasiyaları kimsə oxusa, bu faciə barədə tamamilə fikirləri dəyişər. Bu saytlar dezinformasiya xarakteri daşıyır. Onlar bu istiqamətdə çox təkmilləşiblər.

- Kadr potensialınız necədir?

- Nəzərinizə çatdırım ki, işə başladığımız vaxtdan biz həm də məktəb kimi fəaliyyət göstəririk. Belə ki, təhsil ocaqlarından, ali təhsil müəssisələrinin auditoriyalarından tələbələr seçirik və onların bu dili öyrənməsinə dəstək oluruq. Sonra da işlə təmin edirik. Gənclərimizdə həvəs var. Bu onların gələcək karyeralarında çox önəmlidir. Digər strukturlarda işləmək şansları çoxalır.


Müsahibəni qələmə aldı:

Nicat Novruzoğlu




İmza:

102 illik şərəf salnaməsi

Rasim Müzəffərli: “Pandemiya “Vətən” anlayışını gücləndirir”

"Azərbaycan şairlərinin ölkəmizdə çoxlu pərəstişkarı var" - MÜSAHİBƏ

Qorxsam da, geri çəkilmədim - MÜSAHİBƏ

“Mavi boyalı ev”-xoşbəxtliyin, ümidin rəngidi - MÜSAHİBƏ

Aqil Abbas: "İtə çölə çıxmağa icazə verirlər, uşağa qadağa qoyurlar…" - MÜSAHİBƏ

"Arzum işğal olunmuş rayonlarımızda müəllimlik etməkdir" - MÜSAHİBƏ

"Arxiv sənədlərini almaq üçün bankdan kredit götürdüm" - MÜSAHİBƏ

Oqtay Qasımovdan Sülhəddin Əkbərə sərt cavab

“SURƏT HÜSEYNOV BU GÜN DƏ BİZƏ HƏDƏ-QORXU GƏLİR...” - Keçmiş baş prokurordan sensasiyalı açıqlamalar

“HƏBS EDİLƏNLƏR SONRADAN YAP-a QOŞULANLARDIR...” - “Partiyamızda da islahatlar olmalıdır”

“Azərbaycanı Rusiyaya o ölkə qurban verdi” - Müsahibə

SON XƏBƏRLƏR
2020-07-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.41%)
Pullsuz (11.59%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK