nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz Adalet.az | O dünyanı görmüşəm... - MÜSAHİBƏ Adalet.az | O dünyanı görmüşəm... - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

O dünyanı görmüşəm... - MÜSAHİBƏ

38304    |   2017-11-01 12:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həftəsonu dostlarla futbol oynadıq. Oyunun axırlarına yaxın bir oğlan diqqətimi çəkdi. Meydanın kənarında səs-küy salır, əlindəki telefonla matçı video lentə alırdı. Yaxınlaşıb soruşdum ki:

- Qardaş futbol oynamaq istəyirsən? Burda niyə dayanmısan?

- Ayaqlarım protez olmasa oynayardım – bu sözləri kədərlə yox nikbin bir ədayla dedi.

- Bağışla qardaş, bilmədim

- Elə çox istəyərdim oynayım – təbəssümlə cavab verir.

Bu oğlan 4 il bundan əvvəl qəza keçirib ayaqlarını itirən İmran Lalayevdir. Onunla tanışlığımız da belə olmuşdu. İmranla ƏSA teatrında görüşdük. ƏSA-ya bir neçə ay olar ki qoşulub. İmranla həyatından, keçirdiyi qəzadan, ƏSA-ya gəlişindən söhbət etdik.

Adalet.az Əsa teatrının aktyoru İmran Lalayevlə müsahibəni təqdim edir.


- İmran uşaqlığından danışardın, özün haqqında məlumat verərdin...

-1992-ci ildə Lənkəranda doğulmuşam. Uşaqlığım da doğuldum yerdə keçib. Oxuyan uşaq olmuşam. Amma kənd yerində uşaqların təhsilinə şəhərdəki kimi ciddi yanaşmırlar. Oxudu-oxumadı önəmli deyil. Atam Rusiyada işləyirdi. Sonra qərar verdi ki, Bakıya gedək. 7-ci sinifdə oxuyanda Bakıya gəldik. Burda Buzovnada 26 N-li məktəbdə 9-cu sinfə qədər təhsil aldım. Maddi cəhətdən sıxıntılar vardı deyə məktəbdən çıxmalı oldum, işləmək lazım idi. Atam bir ildən bir gəlirdi Rusiyadan, pul da göndərirdi. Amma yetmirdi, yenə də işləmək lazım idi. Ailədə məndən başqa bir qardaşım var. Qardaşım da eynən mənim kimi əmimin yanında fəhlə kimi işləməyə başladı. Atamla anam hal-hazırda ayrıdı. Biz anamla qalırıq. Atam rayonda, biz burda yaşayırıq. Sonra əsgərlik vaxtım yetişdi. Hərbi xidməti başa vurub gələndən sonra usta işləməyə başladım.


- Bildiyimə görə, məktəb illərində KVN-də çıxış etmisən ya necə?

- Kollecdə oxuyanda. 

- Başqa nəyə marağın olub?

- Musiqiyə marağım olub. Klarnet və skripka çalmaq istəmişəm. Dəstək olmayıb. Həmdə bir barmağımı uşaqlıqda itirmişəm deyə bu da mane olub. Ayaqlarımı itirməyimin səbəbi də musiqi olub.


- Necə itirmisən barmağını?

- Uşaqlıqda qardaşım kəsib barmağımı. Kənd uşaqları qoyun otarır, həm də oxuyur. 4-cü sinifdə oxuyurdum. Evdəydik həmin gün. Evin aşağısında ağaclıq vardı. Qoyunlar üçün ot yığırdıq. Qardaşım balta ilə ağaca çıxdı ki, budağı qırsın. Mən də ağaca çıxmaq istədim. İnadkarlıq edirdim ki, mən də çıxacam, mən də çıxacam. Əlimi budağa atanda o da bilmədən balta ilə vurdu. İlk ağrımı onda yaşadım. 


- Ayaqlarını itirmənə səbəb olacaq mahnı hansı idi ?

- Elə klarnet musiqisi idi. Hüsnü Şənləndirici. Həmin mahnını indi də dinləyirəm. Musiqiyə çox xod vermişdim, həyatdan təcrid olunmuşdum. Musiqiyə yüksək səs tonunda qulaq asmağı xoşlayıram. Həmin an isə qatarın səsini eşitməmişdim.


- Hadisədən artıq 4 il keçib, necə xatırlayırsan ?

- Koroğluda qapı-pəncərə sexi vardı. Həmin sexdə işləyirdim. Tək mən yox bir çox insan oradakı qatar yolundan gəlib keçir. Demirəm ki, məndə günah yox idi. Ayda, ildə bir dəfə də ordan qatar keçirdi. Hər insan ağlına qəza keçirməyi təbii ki, gələ bilər. Mənim də ağlıma gəlirdi. Amma qatarda qəza keçirəcəyimi düşünməmişdim. Allah insanın düşünə bilməyəcəyi şeyləri qarşısına çıxarır. Ayağımı atdım reysi keçim qulaqcıqda idim. Amma qatarın səsi güclü olur, eşitdim. Siqnalı eşitməyimlə qatarın mənə dəyməsi bir oldu. Refleks oldu, özümü tulladım geri. Amma ayaqlarım qaldı. Qatar saxladı. Üzü üstə idim. Çevriləndə şoka düşdüm. Gözlərim qaraldı. Kimsə sanki məni silkələdi ki, oyan, oyanmalısan. Oyanıb arxaya baxdım ki, camaat toplaşıb. Heç kim də yaxın gəlmirdi. Elə bildilər keçinəcəm. Mənim də şokdan səsim çıxmırdı. Əlimlə işarə edirdim ki, gəlin kömək edin. Təmizlikçi işləyənlərdən biri hansı ki, hələ də əlaqə saxlayıram Gülməmməd dayı cürət elədi, qaça-qaça gələrək kəməri ilə bağladı ayağımı. Huşum getməmişdi. Kəlmeyi-şəhadətimi oxumuşdum artıq. Düşündüm ki, öləcəm. Sonra Sabunçu xəstəxanasına çatdırdılar. Xəstəxanaya gedənəcən hələ ayıq idim. Hətta həkim soruşdu ki, sənə nə olub? Gülə-gülə dedim ki, görmürsən nə olub? Sonra 8 gün komada oldum. Komadan ayıldıqdan sonra gülməli bir hadisə oldu. Gözlərim tor-tor görürdü. Dayım qızı namaz qılandı. Qap-qara geyinibmiş. Oyanan kimi onu gördüm. O da arxası mən tərəfə idi deyə üzünü görmürdüm. Kimləsə söhbət edirdi. Elə bildim ki, o dünyadayam. Artıq hesab-kitab vaxtıdı. Gözümü yumub bir də təzədən açdım. Dayım qızı soruşdu İmran-İmran ayılmısan. Onda ayıldım ki, həyatdayam.


- Koma vəziyyətində yuxu görürdün?

- Yox, 8 gün heç nə xatırlamıram.


- Bu hadisələr, qatar yolu, qulaqcıq, klarnet səndə travma, nifrət, qorxu yaratdımı?

- Olmayıb. Qatar yolundan yenə istifadə edirəm. Yenə qulaqcıqdan istifadə edirəm. Klarnet də dinləyirəm. Heç nə olmamış kimi. Qatara da minirəm. Hadisədən bir il sonra qatar görəndə qəza anı yadıma düşürdü, amma indi təsir etmir.


- 8 gün sonra kömək aksiyası oldu, protez taxıldı. Şəhərə 1 il sonra çıxdın. Qəzadan sonra nə dəyişdi? İnsanların münasibətində, dostların arasında…

- Hadisədən sonra həyatımda istər mənəvi, istər maddi çox şey dəyişdi. Həyata baxışım tam fərqli oldu. Hadisədən qabaq başqa İmran idim. İki İmranı müqayisə etsək əvvəl mənfi qəbul etdiyim şeyləri indi müsbət qarşılayıram. İnsanların münasibətində də dəyişiklik oldu. Dostlarım dəyişdi. Kinim yoxdu heç kimə. Yanıma gəlməyən dostlarım oldu. Qəzadan əvvəl sevgilim yox idi. Sonra oldu. Çox insan, valideyn düşünür ki, fiziki məhdudiyyətli insana qızımı versəm xoşbəxt olmayacaq. Amma demək istəyirəm ki, elə bir şey yoxdu. Sevdiyim qızla da indi dost kimi qalmışıq. Kalyaskada olan vaxt həmin qız məni gəlib evdən götürür kinoya aparır, gəzdirirdi. Öz işlərini təxirə salırdı. Sevgilidən çox dost kimi yanımda idi. Tək buraxmamışdı.


- Metrodan istifadə edirsən, oturmaq istəyəndə nə reaksiyalar olur sənə qarşı?

- Hal-hazırda İnşaat kollecində oxuyuram. 4-cü kurs tələbəsiyəm. Kollecə qəbul olmağımda da dostlarım və həmin qız köməklik edib, hazırlaşdırıblar. Qəzadan sonra oxumağı düşündüm. Özümə qapanmadım. Hətta komadan ayılandan sonra ayağımın olmamasını mənə demək istəyib çəkiniblər ki, qorxaram. Atam dedi ki, İmran sənə bir söz demək istəyirəm. Mənim də az yaşım yoxdu. Hiss edirdim ki, ayağım yoxdu. Dedim ki, bilirəm, hər şey yaxşıdır, narahat olma. Mən başladım ürək dirək verməyə. Oxumağa başladım. İkinci həyatın qapısı açıldı üzümə. Mənə köhnə protez verilmişdi. Cəldliklə gəzirdim ki, kollecə gecikməyim. Hətta bir xanım mənə taksi də tutmuşdu kollecə gedib gəlməyimə görə. Bəzən metrodan istifadə edirdim. O vaxt metroda yalnız metropolitenin oturması üçün yer vardı, üzərində yazılmışdı ki, kənar şəxsin oturması qadağandır. Amma indi bir neçə oturacaq qoyulub, qatar gələnə qədər oturmaq olur. Mən həmin işçidən soruşdum ki, oturmaq olar? Dedi yox olmaz. Mən ayağımın protez olduğunu dedim. O da dedi ki, inşallah protez olar. Mən güldüm. Eləmədim tənbəllik şalvarımın balağını qaldırdım. Şoka düşdü, pis oldu. Dedi gəl otur. Mən də oturmadım. Sonra səhərisi gün metroda qabağıma çıxdı. Elə bil ki, məni axtarırdı. "Bağışla, məni yata bilmədim dünən, elə bildim zarafat edib sataşırsan” dedi. Belə hadisələr çox olub. Mənim protezim oturanda qatlanmır deyə ayağımı uzadıram. Bir dəfə də oturub ayağımı uzatmışam, polkovnik qatara mindi və ayağıma vurdu ki, ayağıvı çək, mən də dedim protezdir. O da üzr istədi. Şalvar geyinəndə bilinmir. Şortikdə isə insanlar qəribə baxır. Dəmirdi də dəmir görməyiblər sanki. Qınamıram insanları da. Tələbə dostlarımla isə əlilliklə bağlı zarafatlar edirik, heç bir problem olmur.


- Əsa teatrına necə gəldin? Musiqini sevirdin və aktyorluğa başladın…

- Aktyorluq qabiliyyətim də olub. TGT-də olmuşam. KVN də fəaliyyət göstərmişəm. Universitetlər arası ikinci yerə çıxmışıq. ƏSA-ya gəlişim isə yaxın dostum Orxan Adıgözəlin sayəsində olub. Yay ayından tanış olduq rejissor Nihadla da. Beləliklə hazırda Əsadayam. "Siçanlar və adamlar” əsərini səhnələşdirəcəyik. Mən də bu tamaşada yer almışam. Bir aydan çoxdur ki, tamaşanın məşqlərinə başlamışıq. Slim rolundayam. Fermanın sahibindən sonra ikinci adam obrazıdır. Tələbkar, səliqəli, işçiləri ilə səmimi olan bir obraz.


- ƏSAdakı uşaqlarla aran necədir? KVN-dən ciddi yerə gəlmisən...

- Hər şey yaxşıdır. Səmimiyyət var. Teatr barədə əvvəlki tamaşalara baxanda dram janrının çətinliyi və məsuliyyəti var. Təhsilimi bitirəndən sonra universitetdə də oxumaq istəyirəm. Türkiyədə də ola bilər. Öz ixtisasım üzrə. İnşaat, tikinti, mühəndis kimi.


- Sonda nə demək istəyirsən?

- Kompleksim, aqressiyam yoxdu, insanları sevirəm. Gülüb danışanam. Xoşbəxtlik iki ayağın olmaması ilə yaxud hər hansı bir bədən qüsurunun olmaması ilə bitmir. Xoşbəxtlik adamın içində olmalıdı. Özün yaratmalısan. Kimdənsə də ummamalısan. Həyat və yaşamaq gözəldi.


Söhbətləşdi: Oğuz Ayvaz



İmza:

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ

Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ

İsgəndər Həmidovun bacısının ürək dağlayan müsahibəsi - VİDEO

Şahbaz Xuduoğlu: “Atamdan sonra o evi dağıdıb başqa ev tikmişdilər...” - MÜSAHİBƏ

Atam sərxoş olub Hamletin monoloqunu söylədi - İsmayıl Şıxlının evindən reportaj

Nuranə Nur: "Bəlkə də 124 min peyğəmbərin arasında qadınlar da olub "- MÜSAHİBƏ

"Məktəbdə şagirdlərlə dovğa, qutab bişirən müəllimə…" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-03-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK