ANA SƏHİFƏ / YAZARLAR

SEVGİDƏN AĞRIYAN ÜRƏK

22395    |   2017-10-27 17:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onun müalicəsinə tələsməyin

Bu da oktyabr ayı… bu da onun sonuncu şənbə günü… Və mən bu son şənbənin yazısını yaddaşımdan bilgisayara, artıq yazı yazmaqdan halsızlaşmış və yorulduğu hiss olunan Gülər xanıma diktə edirəm. Bu dəfə də özümdən, öz dünyamdan, öz düşüncələrimdən yazmaq üçün seçdiyim mövzunun ipucu payızdı. Və bu payızın tez-tez dəyişən havası məni də haldan-hala saldığı üçün özümü tarazlaya bilmirəm. Xüsusilə artan maqnit qasırğaları ətrafında təkcə ağacların yarpağını tökmür, təkcə yarpaqlara xal salmır, həm də çevrəmdəki insanları zədələyir. Mənim də, onların da ürəyini alıb ovcunun içərisində sıxır nar kimi. Və bu sıxıntılar da istər-istəməz məni halsızlaşdırır, ümidsizləşdirir. Və özüm-özümə bunun nə qədər davam edəcəyini sual şəklində ünvanlayıram. Amma kimdi bu suala cavab verən. Yoxdu axı belə bir insan!..

Bəli, şəhərin küçələrini dolaşıram. Hər tərəfdə demək olar ki, xəzəl var. Ağaclar əməlli-başlı lütləşirlər. Bu, bizim Avropa ayağıyla yerimək istəyən gənclərimizin durumuna heç bənzəmir. Yəni avropalı havasıyla oynayan gənclərimizdən fərqli olaraq yarpaqlar sarala-sarala, xallana-xallana tökülür. Və yarpaq yağışına mənim və çoxlarının ürək ağrısıyla baxdığı bir məqamda yaşlı süpürgəçi qadın isə ağacları və yarpaqları söyə-söyə diqqət yetirir. Bunun özü də bir təzaddı. Bəlkə də o yaşlı qadın tökülən bu yarpaqların simasında özünü də, öz həyatını da görür… payızın ona da yaxınlaşdığını hiss edir. nə demək olar? Hərənin öz arşını olduğu kimi, hərənin öz baxış bucağı da var. Mən belə düşünürəm...

Elə düşündüyüm məqamda da ağlıma gələn bu olur ki, görəsən mənim duyduqlarımı sən duyursanmı? Mənim yaşadıqlarımı sən yaşayırsanmı? Mənim hisslərimi ən azından öz hisslərinə yaxın buraxırsanmı? Yoxsa sən də payızdan, yarpaq tökümündən qorxursan, çəkinirsən. Və yaxud bəlkə sən də duyğulara, hisslərə, elə həyatın özünə biganəsən. Nə bilim vallah…

Qəribəliklərdən biri bax, öncədən söylədiklərimi hardasa təxmin etmək, ağıldan, ürəkdən keçirməkdi. Mən də həmin o yazdıqlarımı bir anlıq da olsa keçirirəm öz içimdən, öz dünyamdan. Və baxıb görürəm ki, bunlar çevrilib şeir olub – sənə yazdığım şeir. O şeirdə yazmışam ki:


Duyursanmı, ürəyim

Qəfəsdə quş kimidi?!

Sonuncu nəfəs ilə -

Yerə düşmüş kimidi…


Duyursanmı, gözlərim

Öləziyir, kiçilir?!

Nurla dolu piyalə -

Səs-səmirsiz içilir!..


Duyursanmı, əllərim

Barmaq-barmaq quruyur?!

Varlığın üzü sənə

Tək qurd kimi uluyur!..


Duyursanmı, bir sevgi

Payızına yıxılır?!

Dinləmə məni, qəlbin

Duyuram ki, sıxılır!..


Ötüb gedir günlər ilin sonuna tərəf. Və bu ötüb gedən günlərin yaddaş kartını çıxartmaq istəsəm də mümkün olmur. Çünki günlər təkcə mənə adi deyil… onları təkcə mən yaşamıram, hamımız yaşayırıq. Və hər kəsin də günlərin içərisində izi var, sözü var. Mən bu qədər qəribəliyin içərisində özümə aid olanı seçməkdə çox çətinlik çəkirəm, hətta deyəsən heç bacarmıram da. Ona görə günlərdən gileylənmək, hətta günlərdən dad etmək belə ağlıma gəlir hərdən. Nə olacaq ki, bütün istəklərin, bütün bu ömrün nəyi dəyişib ki, nə gerçəkləşdirib ki? mən bilən heç nəyi. Ona görə də səssizcə dayanmaq və müşahidə aparmaq hardasa özünə çəkilmək, özünə sığınmaq daha doğru olmazmı? Bax, bu sonuncu fikrim özümün də xoşuma gəlir, özüm özümdən məmnun halda pıçıldayıram:


Təkliyin sonuncu dayanacağı -

Məni daha tez-tez çəkir özünə…

Həsrətin xəmiri sıyıqdı deyə

Məni də ələyib qatır gözünə…


İndi bu misranın ovqatıyla günün ovqatını eyniləşdirmək, bir-birinə kökləmək gərək olacaq mənə. Deyəsən bunu da bacarmayacam. Və ümumiyyətlə, son vaxtlar yaman bacarıqsız olmuşam. Heç nəyi sona çatdıra bilmirəm. Beləcə hər şey, hər kəs məni yarı yolda buraxıb gedir. Və mən də yarı yolda qalmış biriləri kimi ancaq təəssüflənirəm. Əgər bilsəydim belə bir tale, belə bir aqibət gözləyir məni, bəlkə də heç bu ruhda köklənməzdim… bu istəkləri özümə yaxın buraxmazdım… bu xəyallara düşməzdim… və bir də özümü sənin sevginə layiq görməzdim. Amma neyləyim ki, heç nə tək məndən asılı deyil. Və tək məndən asılı olmayan hər şeyin içində mən özüm bəzən heç kim oluram. Və bu da ürəyimi elə ağrıdır, elə sıxır, elə göynədir, mən bütün bunlara ancaq susuram, dözürəm, ürəyimsə danışır.


Ürək, danışma, dinmə

Sus, otur öz içində…

Dərdlərin ən ağrın –

Seç, götür öz içində!


Nə şimşək ol, nə də çax

Axara kənardan bax…

Sən elə təmkinlə yağ -

Sel ötür öz içindən!..


Özünü tam bildirmə

Üstünə də güldürmə…

Demirəm ki, öldürmə -

Dərd öldür öz içində!..


İndi hər hadisə, hər söz, hətta telefon zəngi belə adamı təbdən çıxarır. Bu səbəbsiz deyil. O qədər informasiyayla, qayğıyla, problemlə, elə həyatın özünün stresləriylə yüklənmişik ki, dözümsüz olmuşuq. Necə deyərlər, sanki barıt çəlləyi üzərindəyik. Hər şeyə öz reaksiyamızla cavab verməyə, hətta doğrunu da susdurmağa bəzən çalışırıq. Bu da ikinci bir zərbəni, ikinci bir reaksiyanı ortaya qoyur. Və beləcə, günün gərginliyi içərisində üzü axşama tələsirik. Unuduruq ki, axşamın ağırlığı daha böyükdü. Çünki gecələrin təklənməyi var, qəribliyi var. Hətta mən hələ özümün ilk şeirlər kitabımda, ötən əsrin 80-ci illərində yazmışdım ki:


Vaxt var idi, dan yeriydik, sabahdıq,

Dörd tərəfə sağa, sola ha baxdıq.

Gecələr də ömürdəndir ha baxdım -

Gecələrin qəribliyi olmaya.


Bəli, bax, bu qəribliyin içərisində adama təsəlli verən elə hadisələr var ki, onun yanından susub ötmək olmur, hətta o təsadüf olsa belə. Və mən də bax, indinin özündə də həyatımın kifayət qədər təsadüflərini xatırlaya bilərəm, xatırlada bilərəm. Ola bilsin ki, kimlərsə həmin o xatırladıqlarımı və yaxud da xatırlatdıqlarımı öz yaddaşında təzələdi. Bu da mümkündü. Yəni mümkün olmayan əslində bizim etmək istəmədiyimizdi. Bax, bu mənada mən də yazdığım şeirin birində vurğulamışam ki:


Bizim görüşümüz adi təsadüf

Sayıla bilməz ki, bəxt yazısıdı…

Bu yazı mələklər dilində gəlib -

Zamanı sovrulan vaxt yazısıdı…


Vərəqi özündən, qələm özündən

Nəşəsi özündən, ələm özündən…

Yükümü tutubdu şələm özündən -

Bu ömür yazısı taxt yazısıdı…


Kim vurur, nə vurur – səsim ki, çıxmır

Zərbələr ruhumu hələ ki, yıxmır…

Məni sıxan sıxır, sevgi ki, sıxmır -

Deməli, bu görüş bəxt yazısıdı!


İndi yəqin ki, duydunuz, his etdiniz nə demək istədiyimi, sözü hardan başlayıb hara gəldiyimi. Elə mən də sizin qədər duydum, anladım bütün bu yazdıqlarımın mahiyyətini. Və bir də onu anladım ki, yazmaqla özüm öz içimi vərəqləyirəm, öz köçümün yükünü tuturam. Və istəmirəm ki, hansısa vərəqdə qırmızı rəngli sual işarəsi və yaxud da qapqara xal qalsın – ləkə kimi! Və bir də istəyirəm ki, köçümü tutub karvana qoşulanda yurdumda, ocaq yerimdə qalan utanc gətirən olmasın, ürək dağlamasın. Sadəcə, düşündürsün, xatırlatsın. Bax, bunu istəyirəm. Elə o istəyin özünü də hardasa şeir kimi görürəm, nəğmə kimi görürəm və yazıram ki:


Dərdim kölgənin altında

Yerini açıb dincəlir…

Göyün də yaxın qatında -

Canından qaçıb dincəlir…


Sönən ocaq közü kimi

Dilin bıçaq sözü kimi…

Ürəyimin özü kimi -

Dərdim də hər gün incəlir…


Çətindi dayanmaq, durmaq

Bir olub ürək tək vurmaq…

Sənə sevgimdən qurtulmaq -

Mənə ölüm tək din gəlir!..


Deməli, bu misraların kölgəsi düşən yaddaşlar, ürəklər məni bağışlasınlar, məndən inciməsinlər. Bilsinlər və inansınlar ki, tam səmimi yazdım və özümü yazdım bu misralarda. Axı, həyatın gerçəyi budu. Ötən günlərin, arxada qalan günlərin şirinli-acılı xatirələri bunlardı. Və mən də bunların içərisində ola-ola başqa nəsə düşünmək, nəsə yazmaq halında deyiləm və ola da bilmirəm. Hər halda, özünü, sözünü dürüst olduğu kimi ifadə etmək, yazmaq, misralamaq o qədər də asan və ürəkaçan iş deyil. Şəxsən mən hər dəfə bu cür ovqata köklənəndə daxilən kifayət qədər enerji itirdiyimi, daxilən sıxıntılar yaşadığımı, əridiyimi hiss edirəm. Axı, candan can qopub. Dildən sözün qopması bəlkə də asandı. Amma candan canın ayrılması bu, dözülməz bir ağrıdı!..

Bütün yaxşılıqları və yaxşıları, bütün pislikləri və pisləri bir anlıq boy sırasına düzürəm öz iradəmlə, öz istəyimlə. Və onlara bir sıra baxış keçirirəm. Yaxşıların və yaxşılıqların kürəyinin arxasında və başının üstündə günəş var. Pislərin və pisliklərin başının üstündə zülmət qaranlıq…

Bu mənə nə qədər xoş gəlsə də, amma onu da unutmuram ki, zülmət qaranlığın sakinləri, daha doğrusu, bunu özlərinə don kimi biçənləri hər şeyi bacarırlar. Çünki onlar üçün müqəddəs heç nə yoxdu. Amma mənim üçün müqəddəs insanlar, müqəddəs dostlar, müqəddəs amallar və bütün bunların fövqündə olan müqəddəs bir sevgi var. O sevgi yaşadır… ürəyini ağrıtsa da, yuxusunu perki salsa da, ömrünü baltalasa da yaşadır. Deməli, yaşamaq Allahın verdiyi sevgidən gələn haqlardan biridi. Mən də o sevgiylə yazıram:


Tutmuşam yükümü daha

Ağır-yüngül götürmüşəm…

Dərdin zəmisin biçmişəm -

Tək bir sünbül götürmüşəm…


Adəm bir dənin dadına

Cənnət dəyişdi qadına…

Mənsə sünbül adına -

Zərif bir gül götürmüşəm…


Kölgə var gözün altında

Dil sınıb sözün altında…

Köz qalıb külün altında -

Mən üstdən kül götürmüşəm…


Hə, kimin gücü nəyə çatır və bir də kimin bəxtinə nə yazılıb… bunları demək də, yazmaq da, elə düşünmək də həm xoşdu, həm də ürəkağrıdan. Sizə sevgi arzusuyla döyünən ürək diləyirəm. Bacarsanız, o ürəyi yaşadın.




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-10-19
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi iri supermarketdə alıcı qadınlardan birinə yaxınlaşır:
- Bağışlayın,mən buralarda həyat yoldaşımı itirmişəm. Sizin köməyiniz lazımdı, mənə beş dəqiqə vaxt ayıra bilməzsiniz?
- Necə?!
- Bilirsiniz ,gəlin bir az söhbət eləyək ,sınamışam ,mən nə vaxt qəşəng qadınla söhbət eləmişəm ,mənim yoldaşım tez tapılıb. Qəfil hardansa üzə çıxıb ,başıalovlu kimi bizə yaxınlaşıb...




digər lətifələr
ARXİV
FACEBOOK