ANA SƏHİFƏ / YAZARLAR

YILMAZ ÖZDİL: İYİ

9630    |   2017-10-27 12:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nəzihə Mühiddin

Hər qadının tanıması vacib bir qadındır.

1889-cu ildə İstanbulda doğuldu. Fars, alman, fransız dillərini öyrəndi, elmi işçi oldu, ədəbiyyata üz tutdu, 20 roman, 300-ə qədər hekayə, pyes, operetta, senari yazdı. Hələ Cümhuriyyət elan edilməmişdən əvvəl, 15 iyun 1923-cü ildə qadın şurası yaratdı, Cumhuriyyət Xalq Partiyası qurulmamışdan öncə 13 qadınla birlikdə Qadınlar Xalq Partiyası qurmaq qərara aldı, bu yöndə cəsarətli bir addım ataraq rəsmi ərizə də yazdı. Bu, Cümhuriyyət tarixinin ilk siyasi partiyası olacaqdı. Ancaq... O dövrün seçki qanununa görə qadınların seçib-seçilmək hüququ olmadığına görə buna izn verilmədi. Qadınlar Xalq Partiyası Türk Qadınlar Dərnəyinə çevrildi. Atatürkün həyat yoldaşı Lətifə xanımın da dəstəklədiyi Türk Qadınlar birliyinin qurucu başqanı Nəzihə xanım oldu, Türk Qadın Yolu dərgisi buraxdı, kişilərin hökmranlığına, fanatizmə qarşı savaş açdı. 1925-ci ildə Xalidə Ediplə birlikdə millət vəkilliyinə namizəd oldu. Onlar, əlbəttə, qadınların seçilmək haqqının olmadığını bilirdilər, ancaq məqsədləri TBMM-nə təsir etmək, toplumu ayıltmaq idi. Seçim öncəsi qadın mitinqləri düzənlədilər. O deyirdi: "Biz türk qadınları ictimai və siyasi həyatda haqq etdiyimiz yeri tutmalıyıq, öncə türk qadınlarını məlumatlandırmalı, savadlandırmalıyıq, onlara daha artıq şey istəmələrini, buna necə nail olmağın yollarını -anlatmalıyıq. Məqsədimiz Türkiyədə qadın və kişinin ictimai, iqtisadi, siyasi bərabərliyidir”.

-

Nəzihə Mühiddinlərin cabası 1934-də bəhrəsini verdi. Həmin il türk qadınları seçib-seçilmək haqqı əldə edəndə hələ Fransa, İtaliya, İsveçrə, Yaponiya kimi bir çox mədəni ölkələrdə belə bir şey yox idi. Atatürk inqilabı türk qadınını hər sahədə cəmiyyətin bərabər hüquqlu üzvünə çevirmişdi.

-

Bəs bu gün?

"Nazi” dediyin Almaniyanı qadın idarə edir, Angela.

İngiltərəni qadın idarə edir, Tereza.

Polşanı qadın idarə edir, Beata.

Norveçi qadın idarə edir, Erta.

Banqladeşi qadın idarə edir, Hasina.

Namibiyanı qadın idarə edir, Saara.

Liberiyanı qadın idarə edir, Ellen – Afrikanın ilk qadın prezidenti oldu, Nobel ödülü qazandı.

Arakandan danışırlar, al sənə bu da Arakan... Myanmanı qadın idarə edir, San Suu, Nobel ödülü alıb, ömrü qiyamçılarla mübarizədə keçib. 15 il ev dustaqlığında qaldı, ərinin cənazə törəninə belə buraxılmadı. Hollivudda haqqında filmlər çəkildi, əfsanəvi U2 qrupu Walk On adlı mahnısını ona həsr elədi.

Çilini qadın idarə edir, Mixella.

Litvanı qadın idarə edir, Dalia.

Maltanı qadın idarə edir, Marie.

Xorvatiyanı qadın idarə edir, Kolinda.

Mavrikiyanı qadın idarə edir, Ameenah.

Nepalı qadın idarə edir, Bidhya.

Marşal Adalarını qadın idarə edir, Hilda.

Tayvanı qadın idarə edir, Tsai – Dünyada Aborigen kökənli ilk qadın prezident.

-

Bu gün bütün dünya dolların başına fırlanır. ABŞ Mərkəzi bankını qadın idarə edir, Janet.

Beynəlxalq Valyuta Fondunu qadın idarə edir, Kristina.

Dünya bankını qadın idarə edir, Kristalina.

Nasdaqı qadın idarə edir, Adena.

Rusiya Mərkəzi Bankını qadın idarə edir, Elvira.

Dünya Sağlamlıq Təşkilatını qadın idarə edir, Marqaret.

General Motorsu qadın idarə edir, Mari – atası Pontiak zavodunda qəlibçi olub.

Faceebooku qadın idarə edir, Şerli.

Yahoonu qadın idarə edir, Marissa.

YouTubeni qadın idarə edir, Susan.

Hewlet Packardı qadın idarə edir, Meq.

İnteli qadın idarə edir, Renee.

İBİ-i qadın idarə edir, Ginni.

Xeroxu qadın idarə edir, Ursula.

Oracleni qadın idarə edir, Safra.

Googlenin yarısını qadın idarə edir, Ruth.

Microsoftun yarısını qadın idarə edir, Amu.

Applenin dünyadakı bütün mağazalarını qadın idarə edir, Angela.

-

Yeni Zellandiyanı qadın idarə edir, Jacinda.

Serbiyanı qadın idarə edir, Ana.

Estoniyanı qadın idarə edir, Kersti.

Yamaykanı qadın idarə edir, Portia.

Şotlandiyanı qadın idarə edir, Nicola.

Şimali İrlandiyanı qadın idarə edir, Arlena.

Trinidad vəTobaqonu qadın idarə edir, Kamla.

-

Dünyanı qadın idarə edir.

Demokratiyanı mənimsəmiş ölkələrdə qadınların rolu sürətlə artır.

-

1934-cü illərdə bu sahədə çox qabağa getmiş, dünya qadınlarının həsədlə izlədiyi Türkiyə Cumhuriyyəti... 2017-ci ildə əks istiqamətə, molla nikahı filanla orta əsrlərə doğru gedir.

-

Dünyanın qızları Appleni, Googleni, Facebooku idarə edir, bizim qızlarımıza məktəbdə lobya əkdirir, lobya böyüsün deyə dibçəyə dua elətdirirlər.

Dünyanın qızları ABŞ Mərkəzi Bankını, Beynəlxalq Valyuta fondunu idarə edir, bizim qızlarımızı qəbirstanlığa aparıb onlara qiyamət və yenidən dirilmə dərsi keçirlər.

Dünyanın qızları Almaniyanı, İngiltərəni, Nepalı, Namibiyanı idarə edir, bizim qızlarımıza "dənizdə üzmək haramdır, günəşlənmək haramdır, parfüm haramdır, dikdaban ayaqqabı ayələrə ziddir, altı yaşında evlənmək olar, hamiləykən küçəyə çıxmaq tərbiyəsizlikdir, kişinin yad qadınla əl-ələ görüşməsi oddan yapışmaqdan daha qorxuludur, qadın ərinə itaət etməlidir” kimi şeylər öyrədirlər.

-

Dünyanın qızları dünyanı idarə edir, bizim qızlarımızı təriqət yuvalarına soxub həm mənən, həm də maddi olaraq diri-diri yandırırlar.

-

Maral Akşenərin qurduğu partiya...

Elə bu səbəbdəb İYİ partiyadır.

-

35 ildir bu məmləkətdə qəzetçilik edirəm, qadınların bu partiya qədər maraqlandığı başqa bir partiya görmədim.

Sağçımı, solçumu, mərkəzçimi, filan...

Bunlar artıq bir tarixdir.

İkinci dünya savaşından qalma soyuq müharibə qəliblərdən əl çəkin, qardaşım.

Azad qadın amili çağdaş dünyanın əsas trendidir.


Sözçü qəzeti, 26 oktyabr 2017-ci il.



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK